Vəfa xanım Əzizova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə işbirliyi edərək,...
Redaksiyamıza Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsi, d 1, ev 18 ünvanında yaşayan Cəbiyeva Validə Eldar qızının şikayət məktubu daxil olub. Müəllif məktubunda Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizovanın qanunazidd əməllərindən, məlum qanunlara sayqısızlığından bəhs edir. Biz Yenixeber.org olaraq məktubda yer alan iddialrla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...
GundemXeber.Az olaraq yenixeber.org-a istinadən Aktuallığını nəzərə alıb, məktubu olduğu kimi dərc edirik:
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevin Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən mənim qanunsuz işdən azad olmağım barədə 20040011806 nömrəli, 27.07.2020-ci il tarixli əmrinin mənə aid olan hissəsinin ləğv edilməsi və işə bərpa ilə əlaqədar iddiam Sumqayıt İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin olunmayıb (hakim Vəfa Əzizova). Həmin iddiamla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2021-ci il tarixdə, 2-1(105)-401/2021 nömrəli Qərarı ilə Apellyasiya Şikayətim təmin olunmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının “işə bərpa olunmağım və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə” iddiama qarşı qəbul edilmiş 2-1(105)-401/2021 №-li Qərarından 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişəm. Həmin kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.01.2022-ci il tarixli, 2-1(102)-73/2022 nömrəli Qərarı ilə iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılıb və həmin məhkəmənin 06.07.2022-ci il tarixdə, 2-1(105)-290/2022 nömrəli Qərarı ilə iddiam təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin Qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli 2-1(102)-2026/2022 nömrəli Qərarı ilə kassasiya şikayəti təmin olunmayıb, mənim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunmağım və işsiz qaldığım müddətin pulunun ödənilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-290/2022 nömrəli Qərarı öz qüvvəsində qalıb. Lakin həm Sumqayıt Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin İnzibati Kollegiyasının mənim müvafiq işlə təmin olunma və işsiz qaldığım müddətin pulunun ödənilməsi barədə Qərarların icrası nədənsə, mənim iddia tələbimi 5 aprel 2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarı ilə təmin etməyən, mənim haqsız yerə illərlə işsiz qalmağıma və əzab-əziyyət çəkməyimə səbəb olmuş məhkəməyə, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovaya göndərilib. Hakimi Vəfa Əzizova israrla Qərarın icrasını aidiyyəti üzrə rayon üzrə Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə yönəltmir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 7.2. maddəsində göstərilir: “Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir”. Sumqayıt İnzibati Məhkəməsinə, hakimi Vəfa xanım Əzizovaya və Məhkəmə-Hüquq Şurasına etdiyim bütün şikayətlərimə baxmayaraq, Vəfa xanım Əzizova qərarı özündə saxlayır. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 13.1-ci maddəsində göstərilir: “İcra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir:
13.1.1. bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində”.
Şikayət ərizələrimə cavab olaraq Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizovanın imzası ilə göndərilən 14.04.2023-cü il tarixli məktubda DSMF tərəfindən mənə təklif olunan kargüzar vəzifəsindən imtina etdiyimi yazır. Bu səbəbdən işlə təmin olunmadığımı göstərir. Bildirirəm ki, mən kargüzar vəzifəsindən imtina etmişəm. Mənə təklif olunan vəzifənin qanunamüvafiq, ştat cədvəlində olmasını təsdiq edən ştat cədvəlinə baxmaq istəmişəm, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi ştat cədvəlini göstərməkdən imtina etdi. Dəqiqləşdirdiyim məlumata əsasən Qusar rayon qəbul şöbəsində belə bir vəzifə ştat cədvəlində yoxdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi mənim mövcud olmayan vəzifədən imtina etdiyimi təkidlə israr edir. Mən yazdığım şikayət ərizələrimdə DSMF-nin Quba-Xaçmaz Regional filialının Qusar rayon şöbəsində kargüzar vəzifəsinin ştat cədvəlində mövcud olmadığını, Quba-Xaçmaz Regional filialında onlarla boş ştat vahidlərinin olduğunu, mənim ikinci qrup əlil olmağımı nəzərə almalarını xahiş etmişdim. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.5-ci maddəsində göstərilir: “Bu Məcəlləyə uyğun olmadan bağlanmış müqavilə etibarsız sayıla bilər”. Belə hesab edirəm ki, ƏƏSMN-yi məni ştat cədvəlində olmayan vəzifəyə təyin etməklə, bir müddətdən sonra işdən azad etmək üçün hüquqi əsas yaratmaq istəyir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli, 2-1(102)-2026/2022 №-li, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli, 2-1(105)-290/2022 №-li Qərarları artıq 5 aydır ki, kağız üzərində qalıb, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa xanım Əzizova israrla məhkəmə Qərarlarının icrasına mane olur. Məhkəmə Qərar qəbul edən orqandır, icra orqanı deyil. Azərbaycan Respublikası İcra haqqında Qanunun 2.1-ci maddəsində göstərilir: “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir”. Lakin hakim Vəfa xanım Əzizova Qərarın icrasına süni mane yaradaraq, məhkəmə Qərarlarını özündə saxlayır. Hətta Vəfa xanım Əzizova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs ilə işbirliyi edərək, mənim Qusar rayon şöbəsində kargüzar vəzifəsini qəbul etmədiyimi bildirirlər. Halbuki, mən göndərdiyim bütün şikayət ərizələrimdə Quba-Xaçmaz Regional filialının Qusar rayon şöbəsində ştat üzrə kargüzar vəzifəsinin olmadığını, bu səbəbdən həmin vəzifəyə razılıq vermədiyimi bildirmişəm. Qeyd etdiklərim bunu deməyə əsas verir ki, Vəfa xanım Əzizovanın hakimliyi ilə qəbul olunmuş 15.04.2021-ci il tarixli, 2-1(118)-264/2021 saylı Qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin 06.07.2022-ci il tarixli, 2-1(105)-290/2022 saylı və həmin Qərarın qüvvədə qalmasına və ƏƏSMN-nin kassasiya şikayətinin təmin olunmamasına dair 05.12.2022-ci il tarixli 2-1(102)-2026/2022 saylı Qərarı ilə razılaşmır. Bu səbəbdən də mənim işlə təmin olunmağıma maneçilik törədir, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.07.2022-ci tarixli 2-1(105) -290/2022 saylı Qərarının icra olunması üçün icra sənədini icraya yönəltmir. Hakim Vəfa xanım Əzizovanın israrla icra sənədini icraya yönəltməməsinə görə Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyim onlarla şikayət ərizələrim nəticəsiz qalır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?