Gundemxeber.az » Ölkə » Cəmiyyət » Agentlik Vüqar Hüseynovla bağlı məsələyə AYDINLIQ GƏTİRDİ - AÇIQLAMA
"Bəzi sosial şəbəkə səhifələrində Vətən müharibəsi veteranı Hüseynov Vüqar İlqar oğlu ilə bağlı video yayımlanıb.Bununla əlaqədar bildiririk ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 01.01.2022-ci il tarixindən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir. Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib".
GUNDEMXEBER.AZ bildirir ki, bu xüsusi açıqlama ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxış edib.
Açıqlamada daha sonra deyilir: "İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib.
Əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında o, 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb.
Sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb".
GUNDEMXEBER.AZ
17-06-2021, 15:42
21-12-2021, 12:11
5-07-2021, 11:00
13-04-2022, 13:35
23-11-2020, 11:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?