Bakı sakini əməkdar müəllim Səlahəddin Kərimov 1960-ci ildən yaşadığı evinə sahiblənə bilmir.
Gundemxeber.az bildirir ki, bu barədə Teref-az-a şikayətçi özü danışıb və məsələ ilə bağlı sənədlər təqdim edib. Səlahəddin müəllimin dediklərindən və təqdim etdiyi sənədlərdən bəlli olur ki, 2012-cu ildə Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyərkən məlum olub ki, evin başqa mülkiyyətçisidə var. O deyir: "Məlum oldu ki, mənə məxsus ev Mərdanova Şahnaz Abdulla qızı tərəfindən Mərdanova Xumar Afət qızına bağışlanıb. Məsələ burasındadır ki, bu ev 1959-cu ildən bizim olub. Şahnaz Mərdanovanın bunu hansı əsasla Xumar Mərdanovaya bağışlaması məlum deyil”. Şikayətçinin sözlərinə görə, bununla bağlı mübahisə yaranıb və o, məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi bağışlanma ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Saləddin Kərimovun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarıb. Biz BTİ-dən çıxarış aldıq.Və 2012 -ci ildən sonra bu barədə heç bir söz söhbət olmadı. Bura qədər hər şey qanunlar çərçivəsində gedir. İlk dəfə bu məhkəmədə tanıdığı xamıla biz məhkəmədən sonra heç görüşmədik. Lakin 2023-cü ildə "Lux Residense" MMC bu ərazidə mülkləri almağa başladı. Gələcəkdə burda yaşayış bunası tikilməli idi. Bu məsələ ortaya çıxan kimi, 11 ildən sonra baxmayaraq ki, 2012-ci ildə Mərdanova Xumar Afət qızı ilə danışıb razılaşmışdıq, yenədə məhkəmə çəkişmələri başladı. Mərdanova Xumar Afət qızı 11 ildən sonra Yasamal Rayon Məhkəməsinin qərarrından apelyasiya şikayəti verib. Nəinki məhkəmə qərarından sonra keçən 12 ildə, heç bu evdə yaşadığımız 1959 ildən bu xanımı nə görmüşük nədə o bu evlə maraqlanmayıb. Səlahəddin müəllim deyir: "Qarşı tərəf apellyasiya şikayəti verib. 11 ildən sonra apeilyasiya şikayəti vermək nə deməkdir? Məhkəmə qərar verib, qərar icra olunub, biz halal evimizə çıxarış almışıq və birdən birə apelyasiya şikayəti icraya götürülür... Bu absurd deyilmi? Bəs bu 11 ildə o harda idi? İndi söküntü məsələsi ortaya çıxıb, pul məsələsi var, qanunları ayaq altına ataraq apelyasiya şikayəti verib. Təbii əgər sadə qanunları o qədərdə bilməyən vətəndaş olsa idi bu başa düşülən olardı. Lakin Apelyasiya Məhkəməsinin hakimi olan bu xanım qəşəng bilir ki, qanun 11 ildən sonra məhkəmə qərarından apelyasiya şikayəti verməyə icazə vermir.Əsas isə bu qərar artıq icraya götürülüb və icra edilibsə. Onun şikayəti təmin olub. Bəs o şikayət verib, niyə məhkəmə bu şikayəti icraya götürüb? Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, qarşı tərəf, yəni Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsinin hakimidir. Sizcə Apelyasiya Məhkəməsinin hakiminin işi Apelyasiya Məhkəməsində kimin xeyrinə ola bilər? O, bundan yararlanaraq qətnaməni ləğv etdirib. Eyni zamanda bu məsələ ilə bağlı məhkəmə mübahisələrində səlahiyyətindən istifadə edərək işə obyektiv baxılmasına mane olur”, deyə Saləddin Kərimov vurğulayıb.
Şikayətçi onu da qeyd edib ki, evinin yerləşdiyi ərazidə söküntü işləri aparılır. "Lux Residence” MMC köhnə evləri sökərək yerində yeni binalar inşa etmək istəyir. Xumar Mərdanovanın ərizəsi əsasında ( heç bir məhkəmə prosesi gedməyə gedməyə) mənim evimlə bağlı hər hansı addımın atılmasına qadağa qoyulub”, deyə Saləddin Kərimov vurğulayıb. O, məsələ ilə bağlı yuxarı instansiyalara da şikayət etmək niyyətindədir.
Məsələ ilə bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynovla əlaqə saxlayıb onların mövqeyini öyrəndik. Vasif müəllimin sözlərinə görə onlar bu 11 ildə məhkəmə qərarından xəbərləri olmayıb. Və 11 ildən sonra xəbər tutduqlarına görə apelyasiya müddətini bərpa ediblər. Hörmətli Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimovun bu məsələni nəzarətə götürməsini xahiş edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?