GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » UNESCO-da korrupsiya qalmaqalı: Mətbu orqanın ifşa etdiyi qurum çaşqınlıq içindədir

UNESCO-da korrupsiya qalmaqalı: Mətbu orqanın ifşa etdiyi qurum çaşqınlıq içindədir

Tarix: 19-10-2023, 14:48 Bölmə :Cəmiyyət Baxış: 197

“Antonio Quterreşin başçılıq etdiyi BMT Nyu-Yorkda korrupsiyaya bulaşdıqdan sonra bu mərəz qurumun bütün sisteminə, o cümlədən UNESCO-ya tamamilə sirayət edib”.

Bu fikir “Inner City Press” nəşrinin UNESCO-da korrupsiya qalmaqalı ilə bağlı dərc etdiyi yazıda yer alır. 

Qeyd olunur ki, məqalədən sonra UNESCO, bir növ, çaşqınlıq içindədir və qurumda daxili araşdırmalara başlanılıb.

Yazıda bildirilib ki, istintaq nəticələri və sanksiya tövsiyələri ilə bağlı bir neçə hesabat UNESCO-nun baş direktoru Odre Azulenin masasının üzərindədir və onun hansı qərar qəbul edəcəyi maraq doğurur. Odre Azulenin ədalətli sanksiyalar tətbiq edəcəyi, yoxsa kabinetindəki insanlarla bağlı məlumatları gizlədəcəyi gündəmdə olan məsələlərdəndir.

Qurumun baş direktorunun inzibati məsələlər üzrə köməkçisi, britaniyalı Nikolas Ceffrisin sözlərinə görə, UNESCO-nun Honkonqdakı insan resursları direktorunun ötən ilin iyulunda işdən çıxarılmasından sonra insan resursları menecmentinin müvəqqəti idarəçiliyi zamanı belə, qurumun fəaliyyətində irəliləyişlər müşahidə edilməyib.

“Hətta UNESCO-nun İnsan Resursları İdarəsinin direktoru Honq Kvon Parisdə UNESCO-nun insan resursları sistemini korlamaq üçün “əlindən gələni edib”. Təqib hallarının sayı artır, heyət formalaşdırılması ilə bağlı yürüdülən siyasət tam bir fəlakətdir, yenidən təsnifatlandırma işlərində qarışıqlıq hökm sürür.

Honq Kvon ən azı daha iki il Parisdə qalmağı planlaşdırırdı, lakin UNESCO-nun İcraiyyə Şurasının aprel ayında keçirilən son sessiyası zamanı onun idarəçiliklə bağlı bərbad fəaliyyəti ifşa olundu və baş direktor Azulenin Kvonu ən qısa zamanda işini tərk etməyə məcbur etməkdən başqa çarəsi qalmadı”, - deyə yazıda qeyd edilib.

“Qurumda korrupsiya ilə bağlı son hallardan biri də Honkonqun Braziliyanın UNESCO-dakı səfirinin oğlu üçün konsaltinq müqaviləsini təsdiq etməsidir. Xanım səfir UNESCO-nun İcraiyyə Şurasının son iki sessiyasında Azule və komandası tərəfindən təklif olunan çirkin islahatlara qeyd-şərtsiz və danılmaz dəstəyi ilə məşhurdur. İndi bu mehriban və sədaqətli xidmətlərinə görə ona və onun nəslinə Azulenin şəxsi “qənnadı müəssisəsi”ndən “konfet” hədiyyə edilir - UNESCO bax belə bir şeyə çevrilir”, - “Inner City Press”in məqaləsində deyilir.

“Fundamental məsələ ondan ibarətdir ki, nə üçün üzv dövlətlər, xüsusən də Şimali Avropa ölkələri aşkar edilmiş korrupsiya, qərarlara təsir gücü və mənimsəmə halları ilə bağlı heç bir addım atmırlar? Aydındır ki, burada Avropa İttifaqının zəngin ölkələr klubu ilə həmrəyliyi rol oynayır və qurumun fransalı baş direktoru Azule ilə onun top-menecerlərinin institusional olaraq cəza almayacaqlarına təminat verir”, - deyə məqalədə vurğulanıb. 

“Inner City Press”in eksklüziv xəbərinə görə, fransalı baş direktor Odre Azulenin seçilməsindən sonrakı iki il ərzində siyasi çürümə UNESCO-nu təsiri altına alıb və quruma ciddi zərbə vurub.

“Onun kabinetinin direktoru Nikolas Kassianidis Parisin ən bahalı rayonunun düz mərkəzində beşotaqlı lüks mənzil kirayələyib. Nəticədə UNESCO Kassianidisin kirayə ödənişləri üçün onminlərlə dollar xərcləyib, halbuki Fransa vətəndaşlığına görə bu vəzifəyə təyin olunduğu üçün onun buna haqqı olmayıb.

Eyni şeyi Kassianidisin UNESCO tərəfindən sərəncamına verilmiş şəxsi avtomobildən əlavə, birinci sinif səyahətləri ilə bağlı da demək olar ki, bu, bütün qaydalara ziddir”, - deyə yazı müəllifi bildirib. 

Nəşrin fikrincə, Azule administrasiyası göstərdiyi davranış nümunəsi ilə qurumu dibə doğru çəkir.

“İşçilərin həmkarlar ittifaqları daxili nəzarətin olmamasına və hətta bu dərəcədə ciddi mənimsəmə hallarında belə, heç bir sanksiyanın nəzərdə tutulmamasına heyrət edirlər”, - deyə müəllif fikrini tamamlayıb.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə üzv seçilib

    Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə ...

    6-06-2018, 21:39

  • 
  • UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd etdi

    UNESCO Ermənistanın “Köçəri" iddiasını rədd ...

    2-12-2015, 15:35

  • 
  • İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”

    İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay ...

    20-05-2021, 21:40

  • 
  • Azərbaycanın mənəvi haqqı tanındı

    Azərbaycanın mənəvi haqqı tanındı ...

    20-12-2012, 13:23

  • 
  • UNESCO: "Azərbaycanın azad olunan ərazilərinə tezliklə missiya göndərəcəyimizə ümid edirik"

    UNESCO: "Azərbaycanın azad olunan ...

    6-12-2021, 14:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu