Gundemxeber.az » Ölkə » Cəmiyyət » ÜST-dən vəba ilə bağlı həyəcan təbili: “30-dan çox ölkədə aşkar edilib”
“Bu il azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb. Bu, dünyada təxminən bir milyard insanın xəstələnmək riski ilə üz-üzə qalması deməkdir”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki diplomatik missiyaların nümayəndələri qarşısında çıxışında bəyan edib.
O, 2022-ci ildə vəba xəbərlərinin sayının 2021-ci ilə nisbətən iki dəfə artdığını, bu il isə daha da pis olduğunu vurğulayıb:
“Biz bu xəstəliyi çoxdan məğlub etməliydik, o isə faktiki olaraq böyüyür”, - deyə ÜST rəhbəri bildirib.
Qebreyesus hazırda ən çox narahatlıq doğuran hadisələrin Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedə olduğunu qeyd edib. Onun sözlərinə görə, Afrikanın cənubunda xəstəliyə nəzarətdə əhəmiyyətli irəliləyiş əldə edilib, lakin yağışlı mövsüm ciddi epidemiyaların baş vermə riskini artırır.
“Uzun illər əvvəl vəba xəstəliyini aradan qaldıran ölkələrin bu il bu xəstəliyin yenidən təkrarlanması ilə üzləşməsi xüsusilə narahatedicidir”, - deyən ÜST rəhbəri vəba peyvəndi də daxil olmaqla həyati vacib ehtiyatların ciddi çatışmazlığına da diqqət çəkib.
O, dünya ictimaiyyətini vəba ilə mübarizə üçün 160 milyon dollar tələbinə cavab verməyə çağırıb.
Oktyabrın əvvəlində Cenevrədə dərc olunan ÜST xəbər bülleteninə görə, ilin əvvəlindən vəbaya yoluxma hallarının sayı 582 mini keçib, 4,5 mindən çox insan dünyasını dəyişib.
Vəba - vəba vibrionları tərəfindən törədilən xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Patogen orqanizmə çirklənmiş qida və ya su ilə daxil olduqda baş verir.
Gundemxeber.az
2-07-2017, 11:34
7-04-2021, 12:47
9-06-2020, 12:33
14-03-2023, 16:44
25-06-2017, 17:29
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?