Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsini istəyib.
Alimpaşa Məmmədov mülki iddiaçının vəsatətinə etiraz etməyib. Vəsatət təmin olunub və məhkəmə istintaqı yenilənib
Məhkəmə dekabrın 5-nə kimi təxirə salınıb.
Xatırladaq ki, ötən proses məhkəmə istintaqının başa çatdığı elan olunub və prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub./apa
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?