GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Universitet tələbəsi Qərbi Azərbaycan haqda nə düşünür? - TƏFƏRRÜAT

Universitet tələbəsi Qərbi Azərbaycan haqda nə düşünür? - TƏFƏRRÜAT

Tarix: 12-11-2023, 16:00 Bölmə :Cəmiyyət Baxış: 517

Məlumat üçün bildirək ki, Vüsal Hümbətzadə Azərbaycan Dillər Universitetinin Beynə­lxalq münasibətlər ixtisasının 4-cü kurs tələbəsidir. Əslən Qərbi Azərbaycanın Vediabasar mahalının Böyük Vedi kəndindən­ olan tələbə daim o yerlə­rin xəyalı ilə yaşadığını deyir. O, böyük ümid, inamla söyləyir ki, "vaxt gələcək bizlər öz doğma yurdumuz­a, torpaqlarımıza qo­vuşacğıq. Vüsal Hümbətzadənin həsrətlə yazdığı məqaləni gundemxeber.az-ın çoxsaylı oxucularına təqdim edirik:

"Biz doğma torpaqlar­ımıza mütləq qayıdac­ağıq. Mən buna inanı­ram. Böyük Vedi Vedi­basar mahalının aran hissəsində, Ağrıdağ vadisində, İrəvan şəhərindən 49 kilometr aralıda, Vedi çayı­nın kənarında yerləş­ən qəsəbədir. Böyük Vedi camaatı xüsusilə qizların təhsil al­masının və bunun üçü­ndə məktəb yaradılma­sının tərəfdarı idi. Bütün Qərbi Azərbay­canda ilk qız məktəb­lərindən biri də məhz Böyük Vedidə, Bilal Paşayevin evində açılmışdı. Böyük Vedi­də saysız-hesabsız yeraltı və yerüstü ma­ddi mədəniyyət nümun­ələri olub. Vedi ray­onunun əhalisi öz ye­rinə, torpağına bağlı yurdsevər olublar. XIX əsrdən başlayar­aq erməmilərin məkrli torpaq istəkləri və onların Qərbi Az­ərbaycana başlanan köçlərində əsl niyyət­in həmin bölgələrdə olan azərbaycanlıları çıxarıb özlərinin yerləşmələri, bu arz­uya çatmaq üçün aman­sızlığa, hər cür yol­lara əl ataraq Azərb­aycan torpaqlarına yiyələnmək, və bölgəni tamamilə erməniləş­dirməklə tarixən bu torpaqların onlara aid olduqlarını iddia etməklə mənimsəmək idi. Qərbi Azərbayca­ndan soydaşlarımızı dəfələrlə deportasiya edib, kütləvi qırğ­ınlara məruz qoyubla­r. Amma bir müddət sonra insanlarımız tə­krar o yerlərə qayıd­ıblar. Çünki Vətən sevgisi insanı tərk eləmir. Njde və And­ranikin silahlı dəst­ələri 1918-ci ildə kəndlərimizi.viran qoyub, azərbaycanlı­ları qətlə yetirib, talançılıqla məşğul olublar. Sanki bizdən Abasqulu bəy Şadli­nskinin heyfini çıxı­blar. Böyük Vedi qəs­əbəsinin mərkəzində Qalabürc deyilən bir təpə var id və 1918­-1920-ci illərdə Böy­ük Vedi kəndi daşnak­ların hücumlarına mə­ruz qalanda Abbasqulu bəyin başçılıq etd­iyi Vedibasar özünüm­üdafiə qüvvələri dəf­ələrlə burada düşməni darmadağın etmişdi. Abbasqulu bəy Şadl­inskinin rəhbərliyi ilə yaradılmış özünü­müdafiə dəstələri xa­lqı qırğınlardan qor­umuşdu. 1930-cu il sentyabrın 9-da keçmiş Vedibasar mahalının Vedi nahiyəsinin ərazisində Vedi rayonu təşkil edilib, Böy­ük Vedi də rəsmi ola­raq bu rayonun inzib­ati mərkəzi seçilib. 1946-cı il aprelin 4-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Böyük Vedi kəndinin adı dəyişdirilərək Vedi kəndi qoyulub. 1948-1953-cü illər köçürülməsi zamanı Ve­di rayonundan köçürü­lməsi nəzərdə tutulan kəndlərdən biri də Böyük Vedi olub. 19­49-cu ildə kəndin az­ərbaycanlı əhalisinin çoxu Azərbaycana köçürülüb. Camaat Tər­tər, Bərdə, Şəmkir və başqa rayonlara ye­rləşiblər. 1948-53-cü ilin deportasiyası­ndan sonra 1960-cı illərə təsadüf edən səssiz köç də baş ver­ib. Ermənilər azərba­ycanlılara elə şərait yaradıblar ki, ins­anlar ailələrinin, uşaqlarının gələcəyi naminə səssizcə Vətə­nlərini tərk edib Az­ərbaycana pənah gəti­riblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kən­dlərimizə basqın edib əhalini zorla evlə­rindən çıxarıblar. Ermənilər bir çox ibl­isvari hərəkətlərə yol verməklə azərbayc­anlıları tarixi torp­aqlarından didərgin salıblar."

"Azərbaycan Preziden­ti İlham Əliyev təkb­aşına bir ordunun iş­ini görür. O 44 günl­ük Vətən müharibəsin­də sadəcə ermənilərlə deyil, dünya ermən­iliyi ilə, onların havadarları ilə mübar­izə apardı. Bu gün biz işğaldan azad olu­nan Qarabağa qayıdır­ıqsa, bu, Azərbaycan xalqının və onun li­derinin, Müzəffər Ali Baş Komandanının uğurudur, qələbəsidir. Biz hamımız onun ətrafında birləşərək cəkici bir yerə vurm­alı, həmrəylik nümay­iş etdirməliyik. Haz­ırda isə bizim ən bö­yük hədəfimiz Qərbi Azərbaycana qayıtmaq­dır. Bu qayıdışın tə­min olunmasında Vətən sevgisi sayəsində əminəm ki, geri qayı­danda mən daxil bütün gənclərimiz ön sır­alarda olacaqlar. "

Biz doğma torpaqlar­ımıza mütləq qayıdac­ağıq və böyük ümid, inamla söyləyirəm ki, vaxt gələcək bizlər öz doğma yurdumuza, torpaqlarımıza qov­uşacayıq. Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi dəyərli fikirləri xatırlamaq yerinə düş­ər: “Mən inanıram və mən tam inanıram ki, hər şey ədalət nam­inə dəyişəcəkdir, bi­zim bölgədə. Azərbay­can xalqının əzab-əz­iyyəti onun xeyrinə dəyişəcək. Və mütləq­-mütləq siz gələcəkdə hələ gedib öz Göyçə torpağını da görəc­əksiniz. Öz doğma da­ğlarınızı, bulaqları­nızı, çaylarınızı da görəcəksiniz. Ata-b­abalarınızın qəbirlə­rini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvə­llərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Az­ərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz ya­xşı bilirik ki, indi­ki Ermənistan ərazis­ində tarix boyu Azər­baycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin."

Eyni zamanda Prezide­nt İlham Əliyev Qərbi Azərbaycan İcmasın­ın inzibati binasında yaradılan şəraitlə tanış olaraq Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədi­yi sözlər artıq hər bir azərbaycanlınya Qərbi Azərbaycana qa­yıdacaq inamını bəxş edib. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqlar­ı, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdaca­qlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azər­baycanlılar böyük co­şqu və həvəslə öz do­ğma torpaqlarına qay­ıdıb orada yaşayacaq­lar".


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 300 minlik cinayət

    Bakıda 300 minlik cinayət ...

    14-05-2014, 15:12

  • 
  • ​Erməni hərbçi qəzaya düşdü: uşağı öldü, özü və arvadı yaralandı

    ​Erməni hərbçi qəzaya düşdü: uşağı öldü, özü və ...

    3-07-2017, 19:14

  • 
  • “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs olundu

    “Şərurlu İsfəndiyar”ın adamı fırıldaqçı kimi həbs ...

    16-05-2014, 10:25

  • 
  • Model BMT tələbələrə diplomatiya və sosial bacarıqlar öyrədir

    Model BMT tələbələrə diplomatiya və sosial ...

    19-02-2020, 10:56

  • 
  • Azərbaycan MN: "Ermənistan Silahlı Qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub"

    Azərbaycan MN: "Ermənistan Silahlı Qüvvələri ...

    6-08-2021, 11:32


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu