GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » CƏMİYYƏTİN ÇÜRÜMƏSİ İLƏ NARIN ÇÜRÜMƏSİ BƏNZƏR PROSESDİR

CƏMİYYƏTİN ÇÜRÜMƏSİ İLƏ NARIN ÇÜRÜMƏSİ BƏNZƏR PROSESDİR

Tarix: 21-11-2023, 20:47 Bölmə :Cəmiyyət Baxış: 272


“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, 3:104.


Son dövrlər Azərbaycanda müşahidə edilən mənəvi aşınma cəmiyyəti sürətlə çürütməkdədir ki, bu da hər bir düşünən insanı narahat edir. Onu da qeyd edək ki, Allah bütün heyvan və bitkiləri insanlara nümunə olaraq yaratmışdır. Məsələn, “Quran”ın “Bal arısı” surəsində açıq-aşkar göstərilir ki, Biz bal arısını dövlət, ordu, ailə qurmaq və onları idarə etmək üçün insanlara nümunə yaratdıq. Eləcə də bir çox meyvələr kollektiv yaşamaq və birgəyaşayış qaydalarına əməl etmək üçün insanlara nümunədir. Məsələn, götürək narı. Narın dənələri cəmiyyətin fərdlərinə işarədir. Allah hər bir gilənin qidasını kapilyarlar vasitəsi ilə özünə çatdırdığı kimi, hər bir bəndəsinin də ruzisini özünə çatdırır. İnsanın nardan öyrənəcəyi, nümunə götürəcəyi çox ibrətlər vardır. Təəssüflər olsun ki, cahilliyimiz öyrənməyimizə, gördüyümüzdən ibrət almağımıza imkan vermir. Ağıl sahibi olsaydıq, görərdik ki, narın dənələri özlərinə gələn ruziyə qane olurlar və digər gilənin ruzisinə şərik olmurlar (qidasını mənimsəmək üçün biri digərini əzmir). Bununla da birgəyaşayış qaydalarına əməl etməklə, yetişkənlik  (oxu: kamillik ) mərhələsinə çatırlar.

İnsan cəmiyyətində isə, bu nizama demək olar ki, əməl olunmur. İnsanların böyük əksəriyyəti cahil və nadan olduqlarından, özlərinə gələn ruzi ilə kifayətlənməyib, başqalarının da var-dövlətini mənimsəmək üçün onları əzməyə çalışırlar. Buna nail olduqdan sonra isə, əzən fərd özündən daha güclü fərd tərəfindən əzilir və bu proses dayanmadan davam edir... Bu əzilmələr, sıradan çıxmalar məhz birgəyaşayış qaydalarına (yaradılış qanunalarına) əməl etməməyin, gördüyümüzdən ibrət almamağın nəticəsidir...


Cəmiyyətdə gedən çürümə prosesini bu cür dayandırmaq olar


Narda ibrət alınası digər məqam onun təbəqələri arasında olan pərdələrdir. Təcrübə göstərir ki, narın daxilində çürümə ilk növbədə pərdədən başlayır: pərdə çürüyüb qurtardıqdan sonra dənələr (oxu: fərdlər) çürüməyə başlayır. İnsanlar bundan ibrət götürüb cəmiyyətin müxtəlif təbəqələri arasında olan pərdələri qoruyub saxlamalıdırlar.

Məhz bu səbəbdən yaşadığımız cəmiyyətdə gedən çürümə prosesini narda gedən çürümə ilə müqayisə etdik. Təəssüflər olsun ki, bu gün dünyada aparılan məqsədyönlü siyasət nəticəsində yaşadığımız cəmiyyətdə pərdələr demək olar ki, götürülüb. Pozğun həyat tərzi və açıq-saçıqlıq təbliğ edilərək, artıq insanların həyat normasına çevrilib. Bu da cəmiyyətin mənəvi çöküşünə və Allahın qəzəbinə səbəb olmuşdur. Bu barədə Rəbbim "Qurani-Kərim"də belə buyurur:

“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın...  Onlar bu cür ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”, - deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” 7:27-28.

Açıq-saçıqlığı tənqid etdiyimiz zaman elə bilməyin ki, biz bütün qadınların çarşaba bürünüb evdə oturmalarını təbliğ edirik. Əsla yox! Təcrübə göstərir ki, çarşaba bürünməmiş də qadın abır-həyasını, ismətini qoruya bələr. Sadəcə, ciddi və əxlaqlı qadınlar geyim tərzinə görə digər (bardakı) qadınlardan fərqlənməlidirlər. Yəni, insan küçədə rastlaşdığı qadının geyimnə baxarkən, onun əxlaqlı, yaxud, əxlaqsız (sahibli, yxud, sahibsiz) olduğunu hiss etməlidir. Allah da “Quran”da bizlərə məhz bu mesajı verir. Belə ki, örtünməklə bağlı olan ayədə məhz belə buyurulur:

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, örtüklərini örtsünlər. Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” “Quran”, 33:59. 

Bu ayə o vaxt nazil oldu ki, müharibədə əsir alınan və iman gətirməyən qadınlar vardı ki, onlar hüquqsuz olduğundan küçədə onlara sataşırdılar. Bəzən elə olurdu ki, cahil insanlar küçədə mömin (hüquqlu) qadına da sataşırdılar (onları cariyələrdən ayırd edə bilmədikləri üçün). Bütün bu yaramazlıqların baş verməməsi üçün yuxarıdakı ayə nazil oldu ki, mömin (sahibli) qadınlar öz geyim tərzlərinə görə əsir alınmış (sahibsiz) qadınlardan fərqlənsinlər. Bu fərqlilik o vaxt ancaq baş örtüyü ilə ola bilərdi. Çünki, o dövrün qadınları hamısı uzun libas geyinirdilər. Onları ancaq baş örtüyü ilə biri-birindən (azad qadını cariyədən) fərqləndirmək olardı.

İndiki dövrdə isə, cəmiyyətimizdə əsir (cariyə) qadınlar olmasa da, küçə qadınları (bar qadınları) kimi qəbul edilən bir təbəqə mövcuddur ki, onlar öz açıq-saçıq geyimləri ilə başqalarından fərqlənirlər. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə bir tendensiya müşahidə edilməkdədir ki, bəzi ərli qadınlar geyim tərzlərinə görə artıq bar qadınları ilə bəhsə girirlər. Beləliklə də, küçədə rastlaşdığımız qadınların hansının sahibli, hansının sahibsiz olduğunu müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. Bu da Allahın qəzəbinə gətirib çıxaran və cəmiyyətin çürüməsinə səbəb olan əlamətlərdəndir. Bunu aradan qaldırmaq üçün yaxşı olar ki, ərli qadınlar və qızlar başlarını bağlamırlarsa, heç olmasa küçə qadınlarından fərqlənən (intim yerləri görünməyən) paltarlar geyinsinlər və özləri ilə naməhrəm kişilər arasında; həmçinin, böyük-kiçik arasında pərdə saxlasınlar. Pərdələr narı çürüməkdən qoruduğu kimi, ailələrimizi, cəmiyyətimizi də çürüməkdən qoruyacaqdır.

Bəzi kişilər elə bilməsinlər ki, çürümə (fahişəlik, pozğunluq...) qonşunun evinə daxil olubsa, daha bunun evinə daxil olmayacaq. Xeyr, elə deyil, cəmiyyəti boşuna nara bənzətmədik. Narda başlayan çürümə pərdələri bir-bir aşıb, digər hissəyə keçdiyi kimi, cəmiyyətin çürüməsi (əxlaqsızlıq) də evlərin divarlarını bir-bir aşıb, bütün evlərə daxil olmaqdadır (artıq cəmiyyətdə bu proses çox sürətlə gedir). Sonda cəmiyyətimiz tamamilə çürümüş, heç nyə yaramayan bir duruma düşə bilər. Çürümənin qarşısını almağın ən asan yolu cəmiyyətin təbəqələri arasında götürülmüş pərdələri yenidən bərpa etməkdir. Digər pərdə insanların geyimidir ki, buna hər bir ailə başçısı nəzarət etməlidir. Kişilər çalışmalıdır ki, həyat yoldaşı, qızı küçəyə çıxarkən geyimləri bar qadınlarının geyimindən fərqlənsin və onların sahibli olduqları bilinsin. Hər birimiz belə etsək, onda cəmiyyətdə çürümənin qarşısı alınar, ailəmiz, namusumuz qorunmuş olar.


Dr. Paşa Yaqub - elmi-lədun bilicisi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Teleaparıcıya qarşı kampaniya başladıldı: “İnsanlara pis nümunə olur”

    Teleaparıcıya qarşı kampaniya başladıldı: ...

    2-04-2018, 10:56

  • 
  • İnsanlara şəfa verən beş heyvan

    İnsanlara şəfa verən beş heyvan ...

    23-01-2017, 21:31

  • 
  • Prezident İlham Əliyev: "Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır"

    Prezident İlham Əliyev: "Biz bu gün bir ...

    28-03-2017, 22:26

  • 
  • Şamaxıda ayı toyda insanlara hücum çəkdi

    Şamaxıda ayı toyda insanlara hücum çəkdi ...

    24-06-2013, 00:25

  • 
  • Türkiyədə 4,1 bal zəlzələ oldu, camaat evlərini tərk etdi

    Türkiyədə 4,1 bal zəlzələ oldu, camaat evlərini ...

    22-11-2018, 11:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu