GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun” - Şəhid anası

“Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun” - Şəhid anası

Tarix: 24-11-2023, 14:19 Bölmə :Cəmiyyət Baxış: 249


“Mən antiterror əməliyyatlarında şəhid olmuş Cavid Əliyevin anasıyam. Mən dövlət başçısına, aidiyyəti qurumlara bildirmək istəyirəm ki, bizim evimiz 2 il bundan əvvəl qaz idarəsinin səhvi ucbatından partlayıb. Lazım olan yerlərə müraciət edilib, məhkəmə keçirilib, ancaq nəticə yoxdur. Bu ev partlayandan sonra iki oğlum əsgər getdi, uşaqlarıma yığıncaq belə təşkil edə bilmədim. Arzumuz idi ki, inşallah, oğlum gələndə ona qurban kəsim, yığıncaq təşkil edim. Olmadı”.

GUNDEMXEBER.AZ bildirir ki, bu sözləri Yeniavaz.com-a 2021-ci il dekabrın 28-də Mingəçevir şəhəri Günəşli bağlar massivi 12-ci küçə ərazisində yerləşən fərdi evlərin birində qaz sızmasından baş verən güclü partlayış zamanı evi dağılaraq yararsız hala düşən Pərvanə Əliyeva deyib.
P. Əliyeva, həmçinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabrın 19-da şəhidlik məqamına ucalan Cavid Əliyevin anasıdır.

“Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun”
“Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun”
“Heç olmasa, balamın şəkillərini, paltarlarını qoymağa otağımız olsun”

O bildirir ki, ailəsi ilə birlikdə 17 il həmin evdə yaşayıb. 3 oğul övladı da həmin ünvanda dünyaya göz açıblar. P. Əliyeva deyir ki, bu gün üstündən iki il keçməsinə baxmayaraq, hələ də problem həllini tapmayıb, belə demək mümkünsə, çöllərdə qalıblar:
“Nə oturası, nə uşaqlarımı qarşılayası bir yerimiz yoxdur. Oğlum şəhid oldu, onu da atamgilin həyətində qarşıladıq. Nə salamatını qapımızdan yola sala bildik, nə şəhid olmuşunu qapımızda qarşılaya bildik. İndi ikinci oğlum gəlməlidir, üçüncü oğlum da 6 aydan sonra əsgər getməlidir. Nə yerimiz var, nə yurdumuz. Şəhid olan balamın şəkillərini qoymağa da yerim yoxdur. Aidiyyəti orqanlardan xahiş edirəm, kim bu işlə məşğuldur, qaz idarəsindən tələb etsinlər, dəyən ziyanı ödəsinlər, bizim evimizi tikib versinlər. Heç olmasa, uşağımın ilini öz qapımızda verim. Gələn o biri oğlumu öz evimizdə qarşılayım, o biri oğlumu da buradan yola salım. 17 ildir, biz burada yaşayırıq. Uşaqlarım bu həyətdə böyüyüblər. Amma biz bu həyətdə heç nə edə bilmədik. Çox xahiş edirəm, bizim bu işimizə baxılsın.
İki ildir bu partlayış olub. Nə qədər yerə müraciət etmişik, nə qədər məhkəmə olub, heç bir nəticə yoxdur. Neçə dəfə məhkəməyə getmişik, heç düzgün qərar da verilməyib.
Uşaqlar əsgər gedəndən sonra həmişə xəbər alırdılar ki, ana vəziyyət necədir. Onda məhkəmə də davam edirdi. Mən də deyirdim ki, ay oğul, heç bir nəticə yoxdur. Deyirdi ki, ana, eybi yoxdur, heç nə olmaz, onun fikrini eləmə, Allah qoysa, gələk yığışaq, özümüz həll edərik.
Yaşadığınız bu ev də özümüzün deyil, qonşunun evidir. Hamı da bilir ki, 17 ildir uşaqlarımın böyüdüyü ev o evdir. Balamın arzusu ürəyində qaldı. Nə gəlib evi gördü, nə anasına qovuşdu. Ona görə də, istəyirəm ki, o evi düzəldək, balamın heç olmasa orada bir otağı olsun, şəkillərini qoyum, paltarlarını qoyum, balamın yatdığı yatağı qoyum. Çox xahiş edirəm sizdən, balamın da, mənim də arzumuzu ürəyimizdə qoymayın”.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə antiterror əməliyyatı – 5 polis şəhid oldu

    Türkiyədə antiterror əməliyyatı – 5 polis şəhid ...

    7-04-2016, 21:41

  • 
  • Şəhid atası: "Fəxr edirəm ki, şəhid atasıyam"

    Şəhid atası: "Fəxr edirəm ki, şəhid ...

    6-03-2020, 15:37

  • 
  • Şəhid Anası Mehriban Əliyevaya müraciət etdi - DOLANA BILMIRIK

    Şəhid Anası Mehriban Əliyevaya müraciət etdi - ...

    23-04-2020, 12:25

  • 
  • BŞTİ: Uşaq İnkişaf Mərkəzində partlayışın yeraltı qaz sızmasından baş verdiyi ehtimal edilir

    BŞTİ: Uşaq İnkişaf Mərkəzində partlayışın yeraltı ...

    16-12-2019, 14:23

  • 
  • Şəhid hərbçimizin tək yaşayan anası Birinci Vitse-prezident Mehriban Əliyevadan kömək istədi... - "Mən də istəyərdim ki..."

    Şəhid hərbçimizin tək yaşayan anası Birinci ...

    27-07-2021, 11:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu