Gundemxeber.az » Ölkə » Cəmiyyət » Valideynlər arasında qızılca xofu - "Uşağı məktəbə göndərməyə qorxuruq"
Bakıda uşaqlar arasında qızılca xəstəliyinin yayılması valideynlər arasında ciddi narahatlığa səbəb olub. Valideynlər övladlarını məktəbə göndərməkdən ehtiyat edir, təhsil müəssisələrinin direktorları isə rayon gigiyena və epidemiologiya mərkəzlərindən rəsmi məktub daxil olmadan, Elm və Təhsil Nazirliyinin qərarı olmadan distant təhsilə keçidin mümkün olmadığını söyləyirlər.
Valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edir
Bu gün Sputnik Azərbaycan-a açıqlama verən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksin direktoru İlahə Carçıyeva bildirib ki, məktəbin V sinfinin şagirdi valideyn Ağazadə Valid Ramil oğlunun qızlcaya yoluxduğu barədə məlumat verib. Bundan sonra valideynlər narahat olduqlarını ifadə edərək uşaqlarını məktəbə göndərməkdən ehtiyat etdiklərini söyləyiblər.
Lakin İ.Carçıyeva bildirir ki, məktəb rəhbərliyinin qızılcaya görə sinifi distant təhsilə keçirmək səlahiyyəti yoxdur.
"Təhsil müəssisəsində dərslərin distant təhsilə keçirilməsi barədə qərarın verilməsi məktəbin səlahiyyətlərinə daxil deyil. Bu qərar Elm və Təhsil Nazirliyinin müvafiq tapşırığı ilə həyata keçirilə bilər. Bunun üçün rayon gigiyena və epidemiologiya mərkəzi hansı şagirdin qızılcaya yoluxduğunu rəsmi təsdiqləməlidir", - deyə direktor bildirib.
Valideynlər isə bildiriblər ki, sinifdə qızılcaya yoluxma olduğundan, övladlarını dərsə göndərməyə ehtiyat edirlər. Onlar qızılca müşahidə olunan siniflərdə dərslərin distant üsula keçirilməsini tələb edirlər.
Ən azı bir həftə distant tədrisə keçmək zərurətdir
Təhsil üzrə eksept Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə yoluxma arealının genişlənməməsi, yoluxanların ağırlaşmaması üçün bütün təhsil müəssisələrində tədrisə bir həftəlik fasilə verilməlidir.
"Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, bir şagird bu xəstəlikdən dünyasını dəyişib. Biz mütəmadi olaraq məktəblərin dezinfeksiya işlərini həyata keçirməliyik, qızılca əlaməti müşahidə olunan şagirdi nəzarətə almalıyıq və ən əsası, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Düşünürəm ki, ölkədə qızılca alovlanmasının müşahidə olunduğu dövrdə, yoluxma arealının genişlənməməsi, yoluxanların ağırlaşmaması üçün bütün təhsil müəssisələrində tədrisə bir həftəlik fasilə verilməlidir. Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında da yoluxma halları baş verib", - deyə K.Əsədov söyləyib.
Qeyd edək ki, müəllimlər şagirdlər arasında qızılcanın alovlanmasına digər səbəb kimi tibbi arayış tələbinin olmasını göstərirlər.
Tibbi arayış tələbi qızılcaya yoluxmanı sürətləndirir
Adının çəkilməsini istəməyən paytaxt məktəblərindən birinin müəllimi Sputnik Azərbaycan-a bildirib ki, qızılcaya yoluxmuş şagirdlər məktəbə gəlməkdə davam edirlər. Əks halda şagirdlərdən tibbi arayış tələb olunur.
"Valideynlər bildirirlər ki, 10-15 manat ödəyib polikilinikadan arayış almalı olurlar. Ona görə də, qızılcaya yoluxan uşaqlar da məktəbə gəlirlər. Digər tərəfdən, rayon GEM-ləri də bizə tələb qoyub ki, arayış olmadan qızılcaya yoluxmuş şagirdi məktəbə buraxmayın. Buna görə valideynlərin çoxu uşağın qızılca olduğunu gizli saxlayır", - deyə müəllim bildirib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildiriblər ki, qızılcaya yoluxmuş şəxs iki həftə ərzində karantin tələbinə əməl etməlidir. Əgər şagird qızılcaya yoluxubsa, sağaldığı barədə ərazi üzrə polikilinikadan müvafiq arayış təqdim etdikdən sonra təhsilinə davam etməlidir.
Qeyd edək ki, qızılcaya yoluxma üzündən ölkədə dörd uşaq vəfat edib. Onlardan biri məktəblidir.
Gundemxeber.az
22-09-2020, 11:28
20-12-2012, 14:37
22-01-2021, 13:39
13-06-2017, 15:30
27-08-2020, 18:54
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?