GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Qızıl" kimi təhsilə indi də qızılca kimi "düşmən"... - "Yoluxma artarsa, distant təhsilin "qayıdış"ı gözlənilir"

"Qızıl" kimi təhsilə indi də qızılca kimi "düşmən"... - "Yoluxma artarsa, distant təhsilin "qayıdış"ı gözlənilir"

Tarix: 7-12-2023, 15:29 Bölmə :Cəmiyyət Baxış: 299

Qızılca ilə əlaqədar distant təhsilə keçilə biləcəyi son zamanlar gündəmdədir. Biz bu təcrübə ilə pandemiya dövründə tanış olduq və ölkə təhsilinə necə təsir göstərdiyini gördük. İkinci belə bir vəziyyət şagirdlərin, tələbələrin təhsilinə, onların psixoloji vəziyyətinə necə təsir göstərə bilər? Təhsilimiz növbəti distant rejimə keçməyə hazırdırmı? Bu, özü ilə hansı problemləri gətirə bilər? Qızılca və pandemiya kimi ciddi problemlər və onların özü ilə gətirdiyi maddi-mənəvi təsirlər çoxumuza məlumdur. Bu problemlər qarşısında tələbə və şagirdlərə hər hansı güzəştlərin olunmasını zəruri hesab edirsinizmi? Qəbul ballarının azaldılması, ödənişlərin miqdarının aşağı salınması və sair istiqamətlərdə yeniliklər reallaşa bilərmi?
Mövzu ilə əlaqədar Bizimyol.info xəbər portalının suallarını şərh edən elm və təhsil üzrə ekspert Qoşqar Məhərrəmov distant təhsilə məxsus təlim-tədris alətlərinin unudulduğunu, buna dönüşün bir qədər çətin olacağını, amma zərurət yarandığı halda müəllimlərin, şagird və tələbələrin buna hazır olmalı olduqlarını deyib.

"Əlbəttə, belə bir vəziyyət həm müəllimlər, həm şagirdlər, həm də tələbələr tərəfindən arzulanan hal deyil. Çünki müəllimlərimiz başda olmaqla, bir çoxları distant təlim-tədris alətlərini istifadə etməkdə çətinliklər çəkirlər. Bəzən internet qırılır, bəzən işıq sönür və başqa problemlər yaranır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Qiymətlər şəffaf olmur, şagird-tələbələr köçürmələr edir, ona görə də heç kəs bu təhsilin "qayıtmasını" istəmir. Elm və Təhsil Nazirliyinin özü də daxil olmaqla, hər kəs çox yaxşı bilir ki, əyani təhsil daha keyfiyyətli və daha arzuolunandır. Amma məcburiyyət qarşısında belə bir hal baş verərsə, əlbəttə, bütün təhsil sahəsi buna hazır olmalıdır.

Qeyd edim ki, pandemiya dövründəki distant təhsil zamanı öyrənilən səriştələrin bir çoxu artıq unudulmuş vəziyyətdədir. Çünki bir neçə il həmin alətlərdən istifadə olunmadığı üçün bir çoxları unudub. İndi yenidən distant təhsilə qayıtmaq müəyyən çətinliklər yaradacaq, amma elə bir zərurət yaranarsa, əlbəttə ki, müəllimlər buna tam hazır olmalıdırlar. Hazırkı vəziyyətdə isə sistem və infrastruktur olaraq universitetlərimiz buna hazırdır. Amma kadrlar nöqteyi-nəzərdən mən hazır olmadığımız düşüncəsindəyəm. Qiymətləndirmə, dərsin keyfiyyətinə nəzarət, uşaqların kameraları açmadığı üçün onların dərsdə olub-olmaması kimi ciddi problemlər sual altında qalır. Bununla yanaşı, psixoloji təsir kimi, dərsin qalıcılığının zəifləməsi də dərsin və ümumiyyətlə, təhsilin keyfiyyətini aşağı salır. Hər hansı bir güzəşt olmamalıdır. Çünki tələbə və şagirdlər anlamalıdırlar ki, onlar artıq daxili motivasiya və özü öz cəhdi ilə öyrənməyi bacarmalıdır. Qiymətləndirmədə bir güzəşt olarsa, əlbəttə ki, bu, ümumi təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Məlumdur ki, "PISA" beynəlxalq qiymətləndirmə proqramında görünən "eniş"in səbəbi elə pandemiyadır. Araşdırmalar göstərir ki, pandemiya səbəbindən şagird və tələbələrin bir neçə illik boşluğu "PISA" nəticələrində özünü ciddi göstərib. Ona görə də düşünürəm ki, hər hansı bir güzəşt olunmamalıdır" -deyə, Qoşqar Məhərrəmov qeyd edib.

Məlumat üçün qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev yaxın günlərdə qızılca xəstəliyi ilə əlaqədar məktəblərin, digər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı mətbuata açıqlama verərək, qeyd edib ki, hazırkı vəziyyət böyük pandemiya təhlükəsinin olmadığını göstərir: "Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir"-deyə, nazir qeyd edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil ictimaiyyətinin internetlə bağlı müraciəti qulaqardına vuruldu - PROBLEM

    Təhsil ictimaiyyətinin internetlə bağlı müraciəti ...

    6-01-2021, 14:01

  • 
  • Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA

    Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA ...

    14-10-2021, 11:23

  • 
  • Daha 13 şagirddə koronavirus aşkarlanıb

    Daha 13 şagirddə koronavirus aşkarlanıb ...

    25-09-2020, 16:20

  • 
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu

    Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu ...

    8-10-2020, 22:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu