"Melissa Group”a məxsus "Feba MTK” G3 nömrəli binadan yıxılan zərərçəkən şəxsin şikayəti ilə bağlı məhkəmə iclası keçirilib.
Sevindik Həsənov adlı şəxs "Melissa Group”a məxsus olan MTK tərəfindən yeni inşa edilmiş G3 nömrəli binanın tikintisində bənna işləri görərəkən taxta ayaqaltının üzərində büdrəyib və beton səthin üzərinə düşərək ağır xəsarət alıb.
"Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev adlı şəxs Sevindik Həsənov barəsində özəl xəstəxanaların birində müsbət rəy alaraq, onu Ağdaş rayonunda yaşadığı evinə göndərib. 2-3 ay ona dvlət qurumlarına şikayət etməməsi üçün hər ay 100-200 manat pul göndərib və sosial problemlərini həll edəcəyinə də söz verib. Sağaldıqdan sonra onu şirkətə mühafizəçi kimi işə götürəcəyini də bildirib. Lakin bir neçə aydan sonra Sevindik Həsənovun kredit borclarının şişdiyi, sosial durumunun ağırlaşdığı üçün Elçin Ağamalıyeva maddi kömək üçün zəng edib. "Melissa Group”da iş icra edən şəxs onun telefon zənglərinə cavab verməyI
Sevindik Həsənov onun vədinə əməl etməyəcəyini bilib və prokurorluğa müraciət edib. Prokrorluqda 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Elçin Ağamalıyev barəsində Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev sözügedən maddə üzrə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Sorğu
Yeni dizaynımız necədir?