Bakıda fəaliyyət göstərən estetik mərkəzlərin birindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamaqda təqsirləndirilən Səid Fərəczadənin cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Anar Rzayev iş üzrə hakim təyin edilib.
Səid Fərəczadə əvvəllər də məhkum olunub. DİN-nin hadisə ilə bağlı yaydığı məlumatdan aydın olur ki, paytaxtın Nəsimi rayonu ərazisindən "Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçiridyi əməliyyat nəticəsində Səid Fərəczadə saxlanılıb.
Araşdırmalar zamanı onun ayrı-ayrı yerlərdən oğruluq etməsinə dair əsaslı şübhələr yaranıb. Səid Fərəczadənin cinayət işi üzrə 14 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri də iş adamı Təmkin Əliyevdir.
Qaynarinfo-ya daxil olan məlumata görə, Səid Fərəczadə Təmkin Əliyevə məxsus "Zəngəzur” kafesindən oğurluq edib.
Təmkin Əliyev Qaynarinfo-ya açıqlamasında faktı təsdiqləyib. Lakin detalları açıqlamayıb.
Səid Fərəczadə Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq - təkrar törədildikdə) maddəsi ilə mühakimə ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?