GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sinif yoldaşını 400 manat borca görə bayram günü öldürdü - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Sinif yoldaşını 400 manat borca görə bayram günü öldürdü - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Tarix: 23-01-2024, 15:21 Bölmə :Cəmiyyət Baxış: 162

Sinif yoldaşını 400 manat borca görə bayram günü öldürdü -

2021-ci il dekabrın 31-də Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsindəki 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevin meyiti aşkar edilib. Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə və əraziyə baxış keçirib. Bundan təxminən 5-6 saat sonra 20-ci Polis Bölməsinə gəlib, könüllü təslim olan 1988-ci il təvəllüdlü Asim Nəcəfov sözügedən cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Gundemxeber.az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Asim Nəcəfov sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Şahmar Balayevə 2018-ci ildə borca 400 manat verib. Dəfələrlə pulunu geri tələb etməsinə baxmayaraq Şahmar borcunu qaytarmayıb, hər dəfə onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Buna görə də Asim dekabrın 31-i saat 12 radələrində yaşadığı mənzildən ov bıçağını götürüb Səməd Vurğun küçəsindəki 116 saylı binanın 7-ci blokunun zirzəmisinə gəlib. Yuxudan oyanan Şahmar Balayevin başına və qollarına əvvəl bıçağın dəstəyi ilə zərbələr vurub. Sonra kəsici alətin düyməsini sıxıb, açaraq onun sinəsinə və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Nəcəfov zərərçəkmişi qəsdən öldürüb.
İş üzrə dindirilmiş Asim Nəcəfov bildirib ki, o, valideynləri və uşaqlıq dostu Bəhruzla birlikdə Feyzulla Qasımzadə küçəsi, 28 ünvanında yaşayıb. Ata-anası vəfat edəndən sonra Bəhruz tək qaldığından, onlarla yaşamasını təklif edib:
“2006-cı ildə Nəsimi rayonunda yerləşən 42 nömrəli orta məktəbi bitirmişəm. Hərbi xidmətdən sonra Bakıdakı özəl şirkətlərdə ekspeditor, sonra isə mühafizəçi kimi çalışırdım. 2017-2021-ci illərdə Türkiyənin İstanbul şəhərində işləmişəm. Şahmar Balayevlə birinci sinifdən bir yerdə oxumuşuq. 2018-ci ilin sentyabr ayında Türkiyədə olduğum zaman Şahmar zəng edərək, anasının xəstə olduğunu söyləyib, məndən borca 500 manat pul istədi və həmin məbləği 15-20 günə qaytaracağına söz verdi. Mənim tapşırığım ilə anam Şahmara 400 manat pul verdi. Bir aydan sonra zəngləşəndə dostum pulunun olmadığını dedi, mənim və ailə üzvlərimin ünvanına söyüş söydü. Şahmarın davranışından əsəbiləşdim və yaxın zamanda Bakıda görüşüb, danışacağımızı bildirdim. Tanışlarım vasitəsilə dostumun narkotikə qurşandığını öyrəndim. 2021-ci ilin noyabr ayında Bakıya qayıtdım. İlk dəfə Şahmarı təsadüfən dekabrın axırlarında gördüm. Dostum siqaret çəkə-çəkə mənə tərəf gəlirdi. Salamlaşıb, söhbət edərkən ondan 400 manatı nə zaman qaytaracağını soruşdum. Şahmar əvvəl pulu qaytaracağını söyləsə də, sonra kobud şəkildə, “vermirəm” deyərək, söyüş söyməyə başladı. Dostuma sonra görüşəcəyimi bildirib ondan aralandım. Şahmarı cəzalandırmaq qərarına gəldim.
Dekabrın 31-də anamın səhhəti qəflətən pisləşdiyindən Təcili Tibbi Yardıma zəng etdim. Həkimlər anamı müayinə edib, dərmanlar yazdılar. Onları yola salıb, anama çay verdim. Saat 12 radələrində öz otağımda saxladığım bıçağı götürüb evdən çıxdım. Həyətə düşəndə, yaşadığım binanın 7-ci mərtəbəsində olan baltanı da özümlə götürdüm. Şahmarın yaşadığı ünvana çatanda, həyətdə dayanan insanlara fikir vermədən, birbaşa binanın 7-ci girişinə daxil oldum. Zirzəminin qapısının açıq olduğunu görüb, pilləkənlə aşağı düşdüm. Artıq еhtiyac olmadığı üçün, gətirdiyim baltanı sellofan torbadan çıxarıb, qapının kənarına qoydum və girişdən sağ tərəfdəki otağa keçdim. Şahmarın üzü qapıya tərəf, ayaqları yarım bükülmüş şəkildə yatdığını gördüm. Gödəkçəmin cibindən bıçağı çıxarıb, dəstəyi ilə оyatmaq üçün dostumun çiyninə və qoluna zərbələr vurdum.

Məqsədim Şahmarı yuxudan oyadıb, son sözümü demək, ardınca da onu bıçaqla vurmaq idi. Zərbələrdən sonra oyanan Şahmar, əl-qol atıb, məni söyməyə başladı. Bıçağın tiyəsini açaraq, əsəbi vəziyyətdə onun kürəyinə və sinəsinə xəsarətlər yetirdim. Balayevin yerdə hərəkətsiz qaldığını görüb, sanki ayıldım və dərhal otaqdan çıxdım. Bıçağı qatlayıb gödəkçəmin cibinə qoydum. Baltanı sol tərəfdə, ağacların yanına atdım. Evə gəldikdən sonra Bəhruz əl-üzümün qana bulaşdığını görüb, nə baş verdiyini soruşdu. Ona Şahmarı bıçaqladığımı dedim. Təzə paltarlarımı geyinib təlaş içində evdən çıxanda, ata-anama “Şahmarı vurmuşam, rayona gedirəm” deyib, mənzildən çıxdım. Ələt qəsəbəsi istiqamətində hərəkət etsəm də, törətdiyim əməlin düzgün olmadığını düşünüb geri qayıtdım. Saat 19 radələrində 20-ci Polis Bölməsinə gedərək, polis əməkdaşlarına adam öldürdüyümü etiraf etdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Nizaməddin Balayev ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Səməd Vurğun küçəsi, 116 ünvanında, 7-ci girişin zirzəmisində yaşayır:
“Narkotik vasitələrdən istifadə edən oğlum Şahmar Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və rayon məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilib. 2021-ci ilin dekabr ayında oğlumun cəza müddəti sona çatdı. Dekabrın 31-i saat 15 radələrində Şahmarın tanışı Nizami zəng edərək, mənə evə gedib, oğluma baxmağımı dedi. Otağa girəndə, oğlumu qan içində, uzanıqlı vəziyyətdə gördüm. Mənim xahişimlə, binanın həyətini süpürən MKİS-nin işçisi polisə və təcili yardıma zəng edib məlumat verdi”.
Şahid Rəfiqə Nəcəfova bildirib ki, oğlu Asimlə Şahmar sinif yoldaşı və çox yaxın dost olublar:
“Sonralar Şahmarın narkotikə qurşandığını bildim və oğlumun da o yola düşə biləcəyindən narahat olaraq, onları ayırmağa çalışdım. Buna görə Asimi məcburi şəkildə işləmək üçün Türkiyəyə göndərdim. Dəqiq xatırlamadığım tarixdə oğlum mənə zəng edib, Şahmarın anasının xəstə olduğunu dedi və buna görə dostuna 400 manat pul verməyimi xahiş etdi. Bundan sonra Şahmar gəlib, “pulu 3 günə gətirib, qaytaracağam” söyləyərək, məndən 400 manat aldı. Xeyli müddət keçməsinə baxmayaraq Şahmar pulu qaytarmadığından, onların evinə gedib anasından oğlunun harada olduğunu soruşdum. Qadın isə “Şahmar evdə yoxdur, pul da yoxdur” deyə cavab verdi. Şahmar Asimə zəng edib “anasının ondan əl çəkmədiyini” söyləyərək, iradını bildirdi. Dekabrın 31-də evə gələn oğlum “Şahmarı vurduğunu” dedi və çıxıb getdi. Bir neçə saatdan sonra 20-ci bölmənin əməkdaşları gələndə, onlara Asimin evdə olmadığını bildirdim. Saat 19 radələrində Asim özü polisə gedib təslim oldu. Hadisədən sonra mərhumum qardaşı zəng edib, hədə-qorxu gəlib, mənim və qızımın üzünə kislota töküb, bizi yandıracağını dedi. Şahmarın ailəsi ilə barışmaqdan ötrü dəfələrlə müraciət etdim. Amma qarşı tərəf məni təhqir edib həyətdən qovdu. Oğlumu evləndirmək üçün Bakıya çağırıb gətirdiyim və nəticədə bu bəlaya saldığım üçün özümü günahkar hesab edirəm”.
Məhkəmə iclasında Asim Nəcəfov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını bildirməklə, ona ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Asim Nəcəfovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 21 yaşlı gənc tanışını öldürdü

    21 yaşlı gənc tanışını öldürdü ...

    14-06-2021, 11:09

  • 
  • Bakıda ata qızını zəhərli iynə ilə öldürdü - YENİLƏNİB

    Bakıda ata qızını zəhərli iynə ilə öldürdü - ...

    23-03-2021, 13:46

  • 
  • Evində öldürülən Sumqayıt sakini ilə bağlı cinayət işi açılıb

    Evində öldürülən Sumqayıt sakini ilə bağlı ...

    20-07-2020, 10:43

  • 
  • Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı

    Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı ...

    17-03-2017, 22:35

  • 
  • Baş Prokurorluq məktəblilərin intiharı ilə bağlı məlumat yaydı

    Baş Prokurorluq məktəblilərin intiharı ilə bağlı ...

    26-05-2014, 12:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu