GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda yaşayan Ordubad ziyalıları Ordubada səfər edib. - FOTO

Bakıda yaşayan Ordubad ziyalıları Ordubada səfər edib. - FOTO

Tarix: 24-01-2024, 17:08 Bölmə :Cəmiyyət Baxış: 278

“Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə əslən Ordubad rayonundan olan, uzun illərdir Bakı şəhərində yaşayan ziyalılar  yanvar ayının 22-də Ordubad şəhərinə səfər ediblər. Ziyalılar Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanını  və Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək ehtiramlarını bildiriblər.

Daha sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşü keçirilib. Görüşün əsas mövzusu “Yeniləşən qədim Ordubad: gözləntilər və perspektivlər”  idi. Dörd saata yaxın çəkən görüşün əvvəlində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində hər bir sahədə aparılan işlərdən, inkişafdan danışıb, əldə edilən nailiyyətlərə nəzər salıb.  

    Rəcəb Rəhimli Ordubadın hazırda görülən və görüləcək işlərlə bağlı məlumatlar verib, Ordubadın inkişafı yolunda əslən Ordubaddan olan iş adamlarının və ziyalıların dəstəyinin əvəzsiz olacağını bildirib. O cümlədən  Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və rifah halının yüksəldilməsi məqsədilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan, bu proqramın məqsədi və prioritet istiqamətlərindən ətraflı danışıb. Dövlət Proqramında muxtar respublikanın bütün rayonları kimi, Ordubad rayonunun da şəhər, qəsəbə və kəndlərinin inkişafının nəzərdə tutulduğunu, müvafiq proqrama əsasən Ordubad rayonu üçün xüsusi layihələrin hazırlandığını bildirən İcra başçısı, Ordubadda həyata keçiriləcək rayonun gələcək inkişaf perspektivləri barədə danışıb. 

       Ordubad şəhərinin baş planının hazırlanmasından, qarşıdakı illərdə rayonda böyük infrastruktur layihələrin həyata keçiriləcəyindən, xüsusilə, Ordubad üçün önəmli olan konserv və ipəkçilik müəssisələrinin yenidən qurulmasından, tarixi abidələrin, qədim məhəllələrin restavrasiyası ilə turizm imkanlarının genişləndirilməsindən danışan Rəcəb Rəhimli, rayonun simasının tarixiliyin və müasirliyin vəhdətində yeni görkəm alacağını da ifadə edib. Bildirib ki, hazırda diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılışının reallaşması ilə Ordubad rayonu daha da sürətlə inkişaf edəcək. Heç şübhəsiz ki, müvafiq Dövlət Proqramı haqqında vətəndaşların məlumatlandırılması prosesində, rayonda kadr potensialının təkmilləşdirilməsində, onların formalaşdırılmasında, gələcək prioritetlərə uyğunlaşdırılması sahəsində, eləcə də rayonunun hərtərəfli inkişafında uzun illər Bakı şəhərində məskunlaşan rayon ziyalılarının iştirakı zəruridir və mütləqdir. Rayon İcra Hakimiyyətinin başçısı bütün bu işlərdə, ictimai-siyasi həyatda hər bir ziyalını daha da fəal olmağa, rayonun inkişafında bilik – bacarıqları, səmərəli fəaliyyətləri ilə yaxından iştirak etməyə dəvət edib.

      Görüşdə uzun illərdir Bakı şəhərində məskunlaşan, müxtəlif sahələrdə fəaliyyət göstərən ordubadlı ziyalılardan Professor, Azərbaycan Tibb Universitetinin Kafedra müdiri Çingiz Rəhimov, filosof, Türk dünyasının sevimli şairi Rüstəm Behrudi, Ramiz Babayev, Professor Müzəffər Məmmədov, Akademik, Fizika İnstitutunun şöbə müdiri Vəli Hüseynov, ⁠ Professor, AMEA-da şöbə müdiri Bəhlul İbrahimli, həkim-cərrah, Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov, Ali dərəcəli həkim-cərrah Telman İbadov, Ali dərəcəli həkim-terapevt İsa Cahanov, Mehrac Əliyev, jurnalist, köşə yazarı Çingiz Əliyev (Çingiz Özgür), dövlət xadimi Natiq Məmmədov, QHT sədri, ictimai fəal Kəmalə Ağazadə, Dosent, “Azərbaycan tarixçiləri” İctimai Birliyinin sədri Mehri Xanbabayeva, Ələsgər Mehdiyev, Bakı ŞİH əməkdaşı ⁠Füzuli Quliyev, Geodeziya və Kartoqrafiya Agentliyinin Həmkarlar İttifaqının sədri Ləyaqət Mövsümova, həkim-dermatoveneroloq, Azərbaycan Tibb Universitetinin Dermatoveneroloq kafedrasının professoru Zülfüqar Fərəcov, ⁠ İş adamı Rafiq Quliyev, Professor Aydın Mehdiyev, “AZENCO” ASC idarə heyəti sədrinin birinci müavini Ramazan Səfərov, həkim invaziv-kardioloq, Avrasiya Hospitalın həkimi Tofiq Sadıqov, həkim-terapeft Hacıağa Bağırov, hərbi ekspert Elxan Şıxəliyev, Dosent, arxeoloq Elvin Əliyev, Azərbaycan Respublikasının əməkdar artisti İntiqam Soltan, Həkim-stomotoloq, Uzman, həkim-cərrah, “Medical Plaza” Klinikasının Cərrahiyyə şöbəsinin müdiri Niyazi Qənbərli, Tibb üzrə fəlsəfə doktoru Təmraz Quliyev, müəllim Leyla Əliməmmədova iştirak ediblər. 

        Görüş zamanı Bakıda yaşayan, əslən ordubadlı olan ziyalılarla rayonun gələcək inkişafı ilə bağlı proqramların həyata keçirilməsi, o cümlədən, rayonun inkişafına istiqamətlənmiş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Hər bir ziyalı öz elinin inkişafı yolunda düşündüklərini dilə gətirib, təkliflərini səsləndirib. Ziyalılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti tamamilə dəstəklədiklərini, ölkəmizin əldə etdiyi Zəfər, günbəgün qazanılan uğurlarla qürur duyduqlarını ifadə ediblər və ölkədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı ilə bağlı görülən işlərə, dövlətimizin yüksəlişinə öz töhfələrini verəcəklərini bildiriblər. 

      Sonda “Tusi” Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri Yəhya Babanlı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə ziyalıları belə yüksək səviyyədə qarşıladıqlarına, bu görüşün təşkilinə, onlarla səmimi söhbətə, Ordubad rayonunun inkişafı üçün göstərdikləri xidmətlərə görə öz minnətdarlıqlarını bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin, Yəhya Babanlı “Tusi” Xeyriyyə Cəmiyyətinin üzvləri adından Rəcəb Rəhimliyə xatirə olaraq gətirdikləri hədiyyələri təqdim edib.

Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO
Ziyalılar Ordubada səfər etdilər - İcra başçısı ilə görüşdülər - FOTO

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • Azərbaycanda icra başçısı bələdiyyə sədrinə sakinlərin qarşısında uzunqulaq dedi - ŞOK VİDEO

    Azərbaycanda icra başçısı bələdiyyə sədrinə ...

    27-06-2013, 18:28

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50

  • 
  • Prezident regionların inkişafının növbəti mərhələsinə yekun vurur - YENİLƏNİB

    Prezident regionların inkişafının növbəti ...

    29-01-2018, 11:00

  • 
  • İlham Əliyev Qaxda müşavirə keçirir - Foto

    İlham Əliyev Qaxda müşavirə keçirir - Foto ...

    4-08-2017, 11:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu