Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qobuda itlərin dişlədiyi uşaqdan XƏBƏR VAR - reanimasiyadan palataya köçürülüb
Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Gundemxeber.az bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.
Gundemxeber.az
23-02-2016, 20:55
17-01-2018, 14:03
27-11-2019, 14:04
8-04-2017, 12:35
31-07-2017, 17:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?