“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 01 dekabr 2023 – 10 mart 2024-cü il tarixlərdə həyata keçirdiyi “Bir ölür - min dirilərik! - 4” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Bakı şəhəri və Füzuli rayonunda həyata keçirilmişdi.
Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə müasir qəhrəman obrazları yaratmaqdır.
Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli rayonunun Qaraxanbəyli, Mahmudlu-2, Kərimbəyli, Alxanlı kəndlərinə səfərlər təşkil etmiş və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə Xüsusi Təyinatlı Quvvələri döyüşçülərin - Həsənov Vüsal Oktay oğlu, Həsənov Şiraz Elburus oğlu, Həsənov İbrahim Məzahir oğlunun döyüş yolları, həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibəsi zamanı həyata keçirilən əməliyyat və döyüşlər, azad olunmuş ərazilər və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır.
Layihənin yekunu olaraq 01 mart 2024-cü il tarixində Horadiz şəhəri Füzuli Dövlət Dram Teatrında Füzuli Rayon İcra Hakimiyyətinin başçı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil”i şöbəsinin müdiri Misirli Hafiz çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb.
Misirli Hafiz “Bakı Gənclər Klubu” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirərək gördüyü işlərdə birliyin kollektivinə uğurlar diləyib.
“Bakı Gənclər Klubu” ictimai birliyin sədri Azər Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır.
Daha sonra Birinci Qarabağ müharibəsi qazisi Azərbaycan Bayrağı ordenli İsmayılov Sevindik çıxış edərək, Vətən müharibəsində dövlətimizin, xalqımızın, ordumuzun birliyini xüsusilə vurğuladı və çıxışının davamında şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.
Tədbirın sonunda layihənin yekunu olaraq hazırlanmış 3 qısametrajlı 10-15 dəqiqə arası filmlərin təqdimatı
“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?