GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda qadına xərçəng diaqnozu qoyuldu, Almaniyada isə… – Şikayət

Bakıda qadına xərçəng diaqnozu qoyuldu, Almaniyada isə… – Şikayət

Tarix: 4-04-2024, 17:07 Bölmə :Cəmiyyət Baxış: 427

Almaniyada işləyən azərbaycanlı həkim Oksana Balakişiyeva Sumqayıtda fəaliyyət göstərən “Doktor.az” klinikasından şikayətçidir. O, həkim Sevil Musayevanın onun anasına səhvən xərçəng diaqnozu qoyaraq əməliyyata məcbur etmək istədiyini iddia edir.


GundemXeber.Az xəbər verir ki, “Qafqazinfo”ya danışan O.Balakişiyeva özəl klinikada çalışan həkimin əlil anasına heç bir əsas olmadan uşaqlıq boynunun xərçəngi diaqnozunu qoyduğunu deyib.


Onun sözlərinə görə, həkim şişin 2-ci dərəcədə olduğunu bildirirək təcili əməliyyata ehtiyac görüb:


“Anam onu görməyə martın 7-də gedib. Müayinələrdən sonra Sevil Musayeva anama audiomesaj göndərib ki, onda uşaqlıq boynu xərçəngi var və bu, çox güman ki, ikinci mərhələdir. Həkim oradakı qohumlarıma əməliyyata ehtiyacı olduğunu və hər şeyin keçəcəyini söyləyib. Ancaq o, mənim həkim olduğumu bilmirdi. Bundan sonra mən ona mesaj yazdım. Ondan konkret nə gördüyünü mənə izah etməsini və əməliyyatın epikrizini yazılı şəkildə verməsini xahiş etdim. O isə mesajımı oxuyaraq məni qara siyahıya saldı və cavab vermədi”.


O.Balakişiyeva daha sonra anasının analizlərinin və digər məlumatların Almaniyada həkimlərə yoxlatdırdığını, eləcə də yaşlı anasını başqa həkimin müayinəsinə göndərdiyini deyib. Bundan sonra qadında hər hansı şiş xəstəliyinin, ümumiyyətlə, əməliyyata ehtiyacın olmaması müəyyənləşib.


O, “Doktor.az” klinikasında çalışan Sevil Musayevanın 32 ildir əlil arabasında oturan qadını pul qazanmaq məqsədilə səhv diaqnoz əsasında əməliyyat etmək istədiyini iddia edib.


“Bu necə mümkündür? Bu hekayə tək deyil, belə hallar çoxdur, amma niyə heç kim buna reaksiya vermir? Bütün bunlar nə üçün idi? Hamısı pul xatirinə?! İnanmaq mənim üçün çətindir və tibbdə belə insanların olmasına çox üzülürəm! Ən pisi isə odur ki, belə həkimlərin tibbdə işləməyə davam etmək hüququ var!”, – deyə Oksana Balakişiyeva əlavə edib.

İddialarla əlaqədar həkim Sevil Musayeva açıqlamasında ittihamları tamamilə əsassız adlandırdı:


“Mən necə xərçəng diaqnozu qoya bilərəm? Heç bir onkoloji xəstəlik adı çəkməmişəm, belə söhbət olmayıb. Xahiş edirəm, mənə böhtan atmasınlar. Müayinə zamanı Dilarə xanımın uşaqlıq yolunda proses müəyyən etdik və ona digər müayinələrdən keçməyi məsləhət gördük və Histalogiya Şöbəsinə yönləndirdik. Onlar gedib müxtəlif yerlərdə analizlər veriblər, məndən narazılıq edirlər. Halbuki mən onlara yalnız toxumalardan analiz götürülməsinin vacibliyini demişəm. Biz həmin qadını çox hörmətlə qarşılamışıq, yola salmışıq”.


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Özəl Tibb Şöbəsinin müdir müavini Ramiq Quliyev cavab olaraq bildirdi ki, “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir:


“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.


Beləliklə, vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil olmadığı və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə prokurorluq və ya məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılır”.


GundemXeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları

    “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: ...

    19-09-2017, 15:57

  • 
  • Sumqayıtda həkim baş həkimi bıçaqladı

    Sumqayıtda həkim baş həkimi bıçaqladı ...

    6-08-2019, 10:57

  • 
  • Tibbimiz dünyada rəzil oldu - Azərbaycanda 25 yaşlı qadına səhv diaqnoz qoyaraq döşünü kəsdilər -

    Tibbimiz dünyada rəzil oldu - Azərbaycanda 25 ...

    21-07-2017, 13:37

  • 
  • Türkiyədə işləyən azərbaycanlı həkim Britaniya ştammına yoluxdu

    Türkiyədə işləyən azərbaycanlı həkim Britaniya ...

    8-05-2021, 09:31

  • 
  • Məşhur türkiyəli sənətçiyə xərçəng diaqnozu qoyuldu

    Məşhur türkiyəli sənətçiyə xərçəng diaqnozu ...

    7-04-2023, 11:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu