GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdə olan jurnalistlərin anaları Prezidentlərdən əfv istədilər - MÜRACİƏT

Həbsdə olan jurnalistlərin anaları Prezidentlərdən əfv istədilər - MÜRACİƏT

Tarix: 23-04-2024, 17:25 Bölmə :Cəmiyyət Baxış: 254


Həbsdə olan Sənan Həsənoğlu və İlqar Atayevin anaları övladlarının Prezidentlərin əfv etməsi üçün müraciət ediblər.


Bu haqda jurnalistlərin ailə üzvləri gundemxeber.az-a bildiriblər.

Beləliklə, redaksiyamıza təqdim olunan müraciəti olduğu kimi təqdim edirik:

 "Cənab prezident İlham Əliyev, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyeva!

Sizlərə təkcə Ölkəmizin rəhbərləri kimi yox, həm də Milli adət-ənənələrimizə sadiq və qayğıkeş azərbaycanlı ailəsinin başçıları kimi müraciət edirik. Biz həbsdə olan jurnalistlər Sənan Abdullayev və İlqar Atayevin anaları, 70 yaşlı Almaz Kazımova və 74 yaşlı Validə Atayeva olaraq, Sizdən övladlarımızın əhv edilməsini xaiş edirik. Onlar 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışıblar və həmişədə dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olublar. Sənan Abdullayev 1993-cü ildən 2003-cü ilədək ədalət “ Odlar yurdu”, “ Soydaş” və s “ KİV-lərdə” reportyor olaraq 2003-cü ildən isə 2020-ci ilədək , SPACE TV, ATV və AZTV-nin Qarabağda bölgə müxbiri kimi işləyib. İlqar Atayev isə 1998-ci ildən çalışdığı müxtəlif mətbu orqanlarında eləcədə sosial şəbəkələrdə daima mərkəzçi mövqelərini sərgiləyərək dövlətçiliyə xidmət edib. Çünki, hər ikisinin rəhmətlik ataları Həsən Abdullayev və Əlabbas Atayev dövlətçiliyimizə sadiq, Heydər Əliyev ideyalarına dərin inamları olan şəxsiyyət olaraq tanınıblar Elə ona görə də rəhmətlik ataları kimi, ölkəmizin qurucusu Heyder Əliyevin və Sizin daxili və xarici siyasətinizə daim dəstək olduqlarını öz peşə fəaliyyetləri ilə sübut ediblər.       2016-cı ilin aprel döyüşləri zamanı AZTV-nin Qarabağ bölgə müxbiri kimi onun peşəkarlığı, Ali hərbi komandanlığı tərəfindən fəxri diplomla qiymətləndirilib.

44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu yerinə yetirib. Həmin dönəmdə İlqar Atayev Beynəlxalq sosial şəbəkələrdə tanınmış blogger kimi dəfələrlə Azərbaycanın düşmənlərinə tutarlı cavablar verərək Ordumuzun və Ali baş komandan İlham Əliyevin qələbələrinin tərənnümçüsü kimi çıxışlar edib. Onların anaları kimi biz də ömrümüzün 40 ilini sənayeyə və pedoqoji sahəyə həsr ederek övladlarımızı zəhmətlə və qayğıkeşliklə böyütmüşük.

Cənab prezident İlham Əliyev:           


Çox hörmətli Mehriban Xanım:

Əksər insanlar kimi bizim övladlarımız Sənan Abdullayevində  İlqar Atayevin də günahları var və biz bunu dana bilmərik. Amma onların günahları ucbatından həbsdə yatmaları, bu gün- sabah öləcək biz analarının tabutları oğulsuz qoymamalıdırlar. Çünki, yuxarıdada qeyd etdiyimiz kimi birimizin 70, digərlərimizin isə 74 yaşımız var. Necə deyərlər, bir ayağımız burda, bir ayağımız da gordadır. Hər ikimiz ağır şəkər və ürək xəstələri kimi qrup əlillik, əsa ilə yeriyirik. Sənanın 3 övladı və 2 nəvəsi, İlqarın isə 2 azyaşlı övladları var. Demək olar ki, hər ikisinin ailəsində maddi durumları acınacaqlıdır. Sənan Abdullayev 2 tip kardioloji xəstədir. 2-ci qrup gözdən əlildir, ürəyində 7 stenti var ağır şəkər xəstəsidir. 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. İlqar Atayev isə böyrək çatışmamazlığında əziyyət çəkir, xroniki miqren xəstəsidir. Hər ikisi 5 il 6 ay müddətinə 12 dekabr 2022-ci il tarixində Gəncə Ağir Cinayətlər Məhkəməsinin hökmü ilə azadliqdan məhrum edilməklə artıq 18 aydır həbsdədirlər.   


Cənab Prezident!

Siz Ümummilli lider Heydər Əliyevin davamçısı kimi artıq 20 ildir ki, Azərbaycab Respublikasının prezidentisiniz. Dahi liderin layiqli davamçısı olur. Dahi davamçılar isə ölkənin vətandaşları liderin, həqiqətən, onların maraqlarını düşündüyünü hiss etdikdə yaranır. Unutmayaq ki, insanlar yalnız etibar etkilərinə inanırlar. Məhz Siz Azərbaycan Respublikasının prezidenti İlham Əliyev olaraq, 10 millyondan artıq Azərbaycan xalqının inamını qazanmağı bacarmısınız. Razılaşaq ki, liderlik məşhurluq deyil-səmimiyyətdir. O hakimiyyət deyil-məqsəddir. Sonda liderlik vəzifə deyil -istedaddır. Yəni təkcə biz deyil Bütün Azərbaycan anaları Sizin kimi səmimi, məqsədli, hümanist prezidentimizin olması ilə fəxr etmişik və edəcəyikdə. Ən əsası da Siz bütün vətandaşlarınızın elecədə məhkumların da hüquqlarının təminatına daim xüsusi önəm vermisiniz. Sizin hakimiyətiniz illərində 36 əfv sərəncamı ilə 6 mindən cox məhkumu bağışlamaqla onları ailələrinə qovuşdurmusunuz. Məhkum edilmiş şəxslərin efv olunması humanist addım olmaqla yanaşı insan və vətandaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Elə ona görə də düz deyirlər ki, müdrik liderlər həmişə qayğıkeş olurlar.

Cənab prezident İlham Əliyev!

Cox hörmətli Mehriban xanım!

Sizdən ağbirçək analar kimi xahiş edirik ki, Sənan Abdullayevin və İlqar Atayevin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, ilk məhkumluqlarını, törətdiyi əməldən səmimi peşman olmalarını, islah olunmalarını, zərərçəkənlərlə barışıq əldə etmələrini nəzərə alaraq, Prezident kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək onları əfv edəsiniz.

Cənab Prezident!

Hər ikimiz ağbirçək ana kimi gözəl bilirik ki, Siz təkcə hazırda azadliqda xoşbəxt yaşayanlara deyil, həmçinin azadlıqlarını itirmiş insanlara xoşbəxtlik nəsib etmək gücündəsiniz. Bizim üçün xoşbəxtlik həmdə oğlanlarımızın çiynində qəbir evinə getməkdir. Siz təkcə Sənanı və İlqarı bağışlamaqda onlara azadlığı bəxş etməyəcəksiniz bizi, ailələrini, övladlarını sevindirməyəcəksiz.Siz həm də onları bir ömür “Anamızı hamı kimi qəbir evinə yola salmadıq “kimi vicdan əzabından qurtaracaqsınız.


Dərin hörmətlə,                                     

Almaz Kazımova və Validə Atayeva".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi - ƏFV ÜÇÜN...

    Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi ...

    23-04-2024, 12:24

  • 
  • Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək...

    Mehriban Əliyeva şəhid anaları ilə görüşəcək... ...

    7-04-2016, 14:15

  • 
  • Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev verdi

    Mehriban Əliyeva şəhid polkovnikin ailəsinə ev ...

    29-03-2019, 16:07

  • 
  • Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər

    Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər ...

    15-10-2013, 12:36

  • 
  • “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”

    “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə ...

    5-09-2013, 18:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu