Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qadınlarımız yalnız uşaq doğmaq üçün ərə gedir” iddiası “TikTok”da DAVA SALDI
Son zamanlarda “TikTok” platformasından istifadənin sayı günü-gündən artır. Digər ölkələrdə bu platforma insanlara faydalı olsa da, təəssüf ki, bu bizim ölkədə hələ də daha çox davalar elə bu məkanda düşür. Çünki “TikTok”un Azərbaycan seqmentindəki videolarına nəzər yetirsək, burada mili genefonduna əks, bayağı fikirlərin, özündə intellektuallığı əks etdirməyən paylaşımların milyonlarla baxış topladığını görərik. Təbii ki, bu bütün TikTok istifadəçilərinə aid edilmir.
Elə sözügedən videolardan biri də “TikTok”-da “psixoloq” adı ilə paylaşımlar edən Nizami Orucovdur. Gundemxeber.az-ın lent.az-a istinadla məlumatına görə, psixoloq Azərbaycanda qadınların yalnız uşaq doğmaq üçün ərə getdiyini bildirib.
Onun sözlərinə görə, bu tendensiya son zamanlar daha çox yayılıb:
“Onlar düşünür ki, “təmtəraqlı toy edib, daha sonra isə bir uşaq doğaram". Uşaq biraz böyüyənə qədər səbir edirlər. Daha sonra isə qadın 180 dərəcə dəyişir. Boşandıqdan sonra isə kişi aliment pulu ödəyir. Uşaq atasız böyüyür, boşanan qadının isə məqsədi bəllidir. Üstəlik “kişinin evindən, maşınından nə qopara bilsəm min bərəkətdi” deyib kişinin başına oyuna açırlar. Ona görə də, əziz kişilər, gözlərinizi açın. Ölkəyə evlilik müqaviləsi gəlməlidir. Bu müqavilə ilk növbədə kişiləri və uşaqları qorumalıdır”.
Psixoloqun bu fikirləri isə insanlar arasında böyük mübahisəyə səbəb olub. Kimisi ona haqq verir, kimisi isə onu təhqir və tənqid edir. Bu videonun altında Azərbaycan kişiləri və qadınları bir-birinə ən ağır təhqirlər yağdırmaqdan çəkinməyiblər.
GUNDEMXEBER.AZ
1-08-2020, 11:04
22-09-2020, 11:42
13-03-2024, 11:57
2-12-2022, 19:17
8-05-2024, 13:15
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?