Faktdır ki, ölkəmizdə təhsil sistemi inkişaf etdikcə bu sahədə əldə olunan naliyyətlərin, tətbiq olunan yeniliklərin və s. əhatə dairəsi də artmaqda davam edir. Bütün bunlar onu söyləməyə əsas verir ki, təhsil sahəsinin inkişaf etdirilməsi, bu gün də əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır.
Hal-hazırda dövlət təhsil müəssisələri ilə bərabər, özəl təhsil müəssisələri, ayrı-ayrı kurslar və s. bu sahənin inkişaf etdirilməsində əvəzsiz rola malik olurlar. Bu sırada “Universal Kurs”un da fəaliyyəti diqqətdən kənarda qalmır və tam əksəriyyət tərəfindən yetərincə də qiymətləndirilir.
Qeyd edək ki, 17 may 2024 -cü il tarixdə “Universal Kurs”un rəhbəri Günay Seyfullayevanın təşkilatçılığı ilə təhsil networkingi keçirilir.
60 nəfərlik üçün nəzərdə tutulan audutoriyada keçirilən tədbirdə müəllim və valideynlər iştirak edirlər və bu tədbirin mahiyyətində əsas nüans, məhz şagirdlər arasında dərslərə maraq oyatmaq, müəyyən maarifləndirmə təbliğatını həyata keçirmək nəzərdə tutulur.
Tədbirin təlimçiləri olan uzman psixoloq Narınc Rüstəmova, dövlət imtahan mərkəzinin marker müəllimi İlhamə Axundova, nitq təlimçisi Çilənay Əliyeva çox faydalı və vacib məlumatları audutoriya iştirakçılarının diqqətinə çatdırır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?