Gundemxeber.az Baku TV-yə istinadən xəbər verir ki, həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.
Pediatr Şahnaz Zamanlı bildirib ki, xüsusən məktəb və bağça yaşlı uşaqlarda yuxarı tənəffüs yolu infeksiyası, bağırsaq infeksiyaları və ya yoluxucu infeksion xəstəliklərə daha çox rast gəlinir:
"Bunlardan virus infeksiyalarına daha çox rastlayırıq. Qızdırmalar arası qısalarsa yaxud qızdırmanın şiddəti artarsa həkim müayinəsi lazımdır. Hərarət 72 saatı keçərsə, öskürək artar və qulaqda ağrı olarsa, qarın ağrısı və ya sidikdə göynəmə kimi hallar baş verərsə mütləq pediatrlara müraciət etmək lazımdır".
Ş.Zamanlı onu da vurğulayıb ki, bu kimi hallarda "sepsis", "miningit" və sairə ağırlaşmalar ölümə qədər gətirib çıxarır.
Həkim-terapevt Adil Qeybulla isə bildirib ki, bu xəstəliyə uşaqlarla yanaşı böyüklər də yoluxurlar: "İnfeksional xəstəliyi COVID-19 peyvəndi olmayan şəxslər ağır keçirirlər. COVID-19-a yoluxma və ölüm halları indi də qalmaqdadır. Bütün bunlar normal vaksinasiyanın olmaması ilə bağlıdır".
Araşdırmadan da məlum olur ki, son zamanlar yayılan infeksiyanın əsas simptomları şiddətli ağrı və yüksək temperaturdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?