GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Tarix: 23-05-2024, 12:04 Bölmə :Cəmiyyət Baxış: 213

Səs yazısında Səttar Möhbalıyevin bu işlərin başında dayandığı bildirilir...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın bir sıra şəhər və rayonlarındakı stadionların qanunsuz satılmasında ittiham olunur. Onun adı həmçinin Bakının Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionun satılmasıyla bağlı cinayət işində keçir. Bu üzdən həmin cinayət işi üzrə məhkəmədə də Səttar Möhbalıyevin dindirilməsi tələb olunur.

“Məhsul” stadionunu satmaq adıyla sahibkarları aldadaraq, pullarını ələ keçirməkdə ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun işi üzrə bir ildən çoxdur ki, məhkəmə prosesi keçirilir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fəriz Namazovun sədrliyilə, Əhməd Quliyev və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Bu iş üzrə məhkəmə prosesi bir ildən çoxdur ki, davam edir və dəfələrlə də məhkəmədə Səttar Möhbalıyevin adı hallanıb. Hətta bununla bağlı səs yazısı da ortaya çıxıb. Həmin səs yazısında Nadir Əliyev bu işlərin başında Səttar Möhbalıyevin dayandığını bildirir.

Nadir Əliyev və Alik Həsənova qarşı ittihamda göstərilib ki, ayrı-ayrı sahibkarlar stadionun ərazisində bina tikmək üçün həmin ərazini almaq istəyiblər. Bu cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Həbib Zülfüqarov, Rauf İsmayılov, Yusif Vəlixanov, Dadaş Umbatov və Elçin Rüstəmovdur.

Məsələn, zərərçəkmişlərdən Rauf İsmayılov və Yusif Vəlixanovdan “Məhsul” stadionunu satmaq adıyla 900 min manat beh alınıb. Onlarla danışılıb ki, stadion ərazisi 5.5 milyona satılacaq. Bu məbləğin bir hissəsi nağd pul şəklində, qalanı isə tikiləcək binadan bir neçə mənzillə ödəniləcək. Sahibkarlar aldadıldıqlarını biləndə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bundan sonra 900 min manatın 100 mini qaytarılıb.

Digər zərərçəkmiş Dadaş Umbatov ona 360 min manat ziyan dəydiyini bildirib və pulunun ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmiş Elçin Rüstəmovu məhkəmədə təmsil edən vəkil Aslan İsmayılov indiyədək bir neçə dəfə vəsatət qaldırıb ki, Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri olan deputat bu qurumun tabeliyində olan müxtəlif stadionların qanunsuz satılmasına rəhbərlik edir. Vəkil vurğulayıb ki, Göygöldə, Gəncədə stadionlar sənəd üzərində cüzi məbləğ göstərilməklə qanunsuz satılıb.

Aslan İsmayılov xatırladıb ki, təqsirləndirilən şəxslərdən Nadir Əliyev istintaq zamanı ifadəsində də bu işlərə Səttar Möhbalıyevin rəhbərlik etdiyini deyib. Lakin məhkəmədə fərqli ifadə verib. O, həmin ifadəsindən imtina edib. Buna baxmayaraq, məhkəmə prosesində Nadir Əliyevin səs yazısı ortaya çıxıb və orada da o, Səttar Mehbalıyevin bu işin içində olduğunu bildirir:

“Nadir Əliyev səs yazısında açıq şəkildə deyir ki, bu işin başında dayanan Səttar Möhbalıyevdir. Özü də etiraf edir ki, səs onundur. Amma dediklərini danmaq istəyir ki, guya montajdır. Hamı da bilir ki, montaj deyil. Nadir Əliyevin məhkəmədə bu cür davranışı Səttar Möhbalıyevin ona vəd verməsinin nəticəsidir. Ona söz veriblər ki, çıxaracaqlar. Səttar Möhbalıyevlə bağlı məsələni qaldırıram deyə, məni prosesdən uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atırlar. Nadir Əliyev məhkəmədə deyir ki, guya istintaqda onu mən məcbur eləmişəm ki, Səttar Möhbalıyevin adını çəksin. Mən müstəntiq deyiləm, onun vəkili deyiləm, onun dindirməsində necə iştirak edib, onu nəyəsə məcbur edə bilərdim? Absurddur. Sadəcə, mən bu məsələnin ört-basdır olunmasına imkan vermirəm. Bütün şikayətlərimdə də yazmışam ki, Səttar Möhbalıyev dövlətin malını dədə malı kimi satır. Ölkədə stadionların bir çoxunu qanunsuz satıb, pulunu mənimsəyiblər”

Aslan İsmayılov əlavə edib ki, istintaq zamanı da Səttar Möhbalıyevin çağirılıb dindirilməsi barədə vəsatət qaldırıb. Lakin prokurorluq vəsatəti təmin etməyib:

“Prokurorluq adamı çağırıb dindirmədən, məsələni özündən soruşmadan Səttar Möhbalıyev haqqında cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Məhkəmədə də dəfələrlə vəsatət verdik ki, bu adam mütləq dindirilməli, müəyyən məsələlərə aydınlıq gəlməlidir. Məhkəmə də eyni cür davrandı – qanunsuzluq davam etdirildi. Görünür, satdığını bölüşdürüb ki, prokurorluq da, məhkəmə də onu çağırıb dindirməkdən qorxur”.

Prokuror vəsatətə münasibət bildirərkən deyib ki, deputatın dindirilməsinə ehtiyac yoxdur. Çünki istintaq dövründə prokurorluq onunla bağlı məsələyə hüquqi müstəvidə aydınlıq gətirib – Səttar Möhbalıyevin əməlində cinayət müəyyənləşdirilmədiyinə görə onun haqqında cinayət işi başlanması rədd edilib.

Təqsirləndirilən şəxslərdən Alik Həsənov, eləcə də zərərçəkmişlər Səttar Möhbalıyevin dindirilməsini istəyiblər. Lakin Nadir Əliyev deyib ki, buna ehtiyac yoxdur.

Hakimlər də vəsatəti təmin etməyib.

Nadir Əliyev özünü təqsirli bilmir. O iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar Alik Həsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

Səttar Möhbalıyevin adı bir neçə il əvvəl Qarabağ əlili Zaur Həsənovun intiharında hallanırdı. Deputat tərəfindən əmlakının əlindən alındığını iddia edən Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırmış, xəstəxanaya çatdırılsa da, orada vəfat etmişdi./meydan tv/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA

    Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - ...

    17-09-2020, 15:54

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya üzvlüyündən azad edildi

    Ramiz Mehdiyev və Səttar Möhbalıyev Komissiya ...

    8-09-2020, 17:44

  • 
  • Məhsul’ stadionunun satılmasında məchullar: Nadir Əliyev ilkin izahatından imtina edir....

    Məhsul’ stadionunun satılmasında məchullar: Nadir ...

    26-12-2023, 22:43

  • 
  • Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi

    Əli Həsənovun polkovnik kürəkəninə töhmət verildi ...

    15-03-2021, 16:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu