GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbsdə olan jurnalist həbs olunarkən zorakılığa məruz qaldığını bildirir

Həbsdə olan jurnalist həbs olunarkən zorakılığa məruz qaldığını bildirir

Tarix: 30-05-2024, 11:47 Bölmə :Cəmiyyət Baxış: 215


Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə məhkəmə prosesi davam edib. Teymur Kərimov məhkəmədə bildirib ki, polis özbaşınalığı haqqında hazırladığı reportajlara görə şərlənərək həbs olunub.


Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

O bildirib ki, Fərrux Ələkbərovu tanımayıb, heç vaxt görməyib. Bir neçə dəfə bu şəxs ona zəng etsə də, əksər hallarda onun zənglərinə cavab verməyib:

“Mən onu nə görmüşəm, nə də pul istəmişəm. Əksinə, onun mənə yazdığı mesajlarda təhrik var. Qanuna görə, təhrik də cinayət sayılır. Amma istintaq bunu araşdırmayıb. Niyə?”.

Teymur Kərimov qeyd edib ki, onu həbs etmək üçün qurama ittihamlardan istifadə olunub. O məhkəmədə öz ifadəsində bildirib ki, həbsindən əvvəl onun özünü hədələyib, cəzalandırılacağı barədə xəbərdarlıq ediblər:

“Həm “Bandotdel”dən hədələmişdilər, həm də Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev. Səs yazıları da var”.

Jurnalist dekabrın 11-də necə həbs olunması barədə danışarkən bildirib ki, ona zorakılıq göstərilib.

Kərimovun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onu əvvəl narkotiklə şərləməyə çalışıblar. Hətta cibinə 3 büküm narkotik də qoyub, çəkiliş də aparıblar. Lakin o, çəkiliş vaxtı həmin narkotikin ona aid olduğunu deməkdən imtina edib.

Jurnalist bildirib ki, onu döysələr də, narkotiki üzərinə götürməkdən imtina edib:

“Mənə dedilər ki, burada etiraf eləməyən olmayıb, sən də edəcəksən. Sonra fikirlərini dəyişdilər. Biri o birinə dedi ki, jurnalistə narkotik uyğun gəlmir, yaxşısı budur, 182 (hədə-qorxu ilə tələb etmə) ilə göndərək. Polkovnik bunlara deyirdi ki, elə yerinə vurun, üzdə görünməsin. Məni müstəntiqin yanına aparanda dedi ki, “əmrin yuxarıdan gəlib”, yaxşısı budur, özünü döydürmə, sənə 182.1-ci maddəsini verəcəyik, o da 2 ildən 5 ilə qədərdir. Yenə də razılaşmadım. Məni çox döydülər. Axırda biri gəldi, məni zorlamaq göstərişi verdi. Dubinkanı götürəndə dedim ki, bundansa lap istəyirsiniz, dədəmin də üzünə durum”.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, ötən il dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.

Kərimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı apellyasiya məhkəməsi jurnalisti həbsdə saxlayıb

    Bakı apellyasiya məhkəməsi jurnalisti həbsdə ...

    12-03-2024, 16:41

  • 
  • Jurnalist Əziz Orucov azadlığa çıxdı

    Jurnalist Əziz Orucov azadlığa çıxdı ...

    5-04-2018, 11:50

  • 
  • Teymur Kərimov barəsində əlavə ittiham irəli sürülüb

    Teymur Kərimov barəsində əlavə ittiham irəli ...

    15-03-2024, 22:03

  • 
  • Tanınmış kanal rəhbərinin məhkəmə işi

    Tanınmış kanal rəhbərinin məhkəmə işi ...

    6-02-2018, 13:19

  • 
  • Reportyor fiziki təzyiqə məruz qaldığını bildirir

    Reportyor fiziki təzyiqə məruz qaldığını bildirir ...

    21-04-2020, 14:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu