GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb?

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb?

Tarix: 4-06-2024, 20:54 Bölmə :Cəmiyyət Baxış: 123

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:

Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Müdir müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.

Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin sabiq müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz.

Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. Məsələn, sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər. Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur.

Qeyd edək ki, Eldəniz Qafarovun adı bundan əvvəl də saxta işlərdə hallanıb. Nümunə kimi Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızının mediada yayılmış müraciətini göstərmək olar. Həmin müraciətdə vətəndaş Göyçayın icra başçısından şikayətlənir. Bildirir ki, icra başçısı onların istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsini ələ keçirmək istəyir. Eldəniz Qafarov isə bu işdə ona faktiki olaraq yardımçı olub. Belə ki, şöbə müdiri vətəndaşın ona ünvanladığı məktuba cavabında həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığını iddia edib: “Hətta iş o yerdədir ki, mənim ünvanıma Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda yalandan qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyəyə aid deyil, şəxsi mülkiyyətdir”, deyə vətəndaşın müraciətində qeyd edilir.

Beləliklə, aydın olur ki, Eldəniz Qafarov bələdiyyə mülkiyyətində olan torpaq sahəsini şəxsi mülkiyyət kimi təqdim etməklə, saxtakarlığa yol verib və həmin ərazinin ələ keçirilməsinə dəstək olub. Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir. Şəmkirdən olan sakinlərin sözlərinə əsasən cumhuriyyet.az bildirir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 “meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib./Cumhuriyyet.Az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Əmlak Xidmətindəkı həbslər - Baş verənlərdən Eldəniz Qafarov xəbərsiz olub?

    Dövlət Əmlak Xidmətindəkı həbslər - Baş ...

    17-06-2022, 16:02

  • 
  • Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi

    Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi ...

    27-08-2014, 13:14

  • 
  • Deputatın polisi döyməsi təsdiqləndi - Araşdırma başlanıldı

    Deputatın polisi döyməsi təsdiqləndi - Araşdırma ...

    30-07-2021, 11:45

  • 
  • Eldəniz Səlimov nədən Prezidentlə müqayisə edildi? - QALMAQAL

    Eldəniz Səlimov nədən Prezidentlə müqayisə ...

    3-03-2021, 14:18

  • 
  • General İmranovun biznes imperiyası

    General İmranovun biznes imperiyası ...

    9-05-2014, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu