GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda görünməmiş qətl hadisəsi: qadını alt paltarı ilə boğdu...

Bakıda görünməmiş qətl hadisəsi: qadını alt paltarı ilə boğdu...

Tarix: 10-06-2024, 22:08 Bölmə :Cəmiyyət Baxış: 201

bitmap-img6


Bakının Suraxanı rayonunda 1986-cı il təvəllüdlü Bəhruz tanışlıq münasibətlərində olduğu 1977-ci il təvəllüdlü Nigarı (adlar şərti verilib – red.) qətlə yetirib.

Hadisə ötən il avqustun 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib.

Bəhruz qəsəbədə kirayədə yaşayan, maddi gəlir qarşılığında kişilərlə intim əlaqəyə girməklə əxlaqsız həyat tərzi keçirən tanışı Nigara borc verdiyi 50 manatı geri istəyib.
Qadınla cinsi əlaqədə olmaq üçün yüngül sərxoşluq vəziyyətində onun yaşadığı mənzilə gəlib, 1 gün əvvəl verdiyi 50 manat pulun 15 manatını cinsi əlaqə qarşılığında özündə hesab edib, qalan 35 manatı isə geri qaytarmasını tələb eləyib.
Nigar onun ünvanına nalayiq ifadələr işlədərək pulu qaytarmaqdan nümayişkaranə surətdə boyun qaçırıb.
Bəhruz əvvəllər 2023-cü ilin yanvar və avqust aylarında borc kimi verdiyi 500 manat pulu da qaytarmadığına görə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə mənzilin qonaq otağında çılpaq vəziyyətdə olan Nigara əlləri və təpikləri ilə ardıcıl zərbələr endirib. Sonra isə qadın alt tumanını onun boynuna dolayıb, onu boğaraq öldürüb.

“Dəfələrlə cinsi əlaqədə olmuşam”

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz özünü qismən təqsirli bilib. O, özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə günahkar sayıb.
Bəhruzun sözlərinə görə, təxminən 5-6 il əvvəl o, Nigar ilə Türkan yolunun üstündə yerləşən “Cahargah” barında tanış olub: “Nigar ilk dəfə pul müqabilində özü mənə yaxınlaşdı. O, əvvəllər başqa-başqa yerlərdə, hətta yataqxanada da qalırdı. Son 2-3 ay olardı ki, hadisə baş verən mənzildə kirayədə yaşayırdı.

Mən Nigarla dəfələrlə cinsi əlaqədə olmuşam. Nigarın bir qızı var, Türkiyədə ərdədir”.

“15 manata görüşə çıxdığını bilirdim”

Bəhruz qeyd edib ki, növbəti dəfə, günorta saatlarında Nigara zəng edib, onunla görüşmək istədiyini deyib: “Nigar kənarda olduğunu, bir azdan evə gələcəyini dedi. Hövsan qəsəbəsində yerləşən “Okean” kafesində 6-7 bakal pivə içdim. Sərxoş vəziyyətində yaşadığım həyətə gəldim.
Məhəllədə ağacın altında oturmuşdum, Nigarın gəldiyini gördüm. O mənə “gedək görüşməyə” dedi. Dedim, görürsən içkiliyəm, gedirəm yenə pivə içməyə. “Bu gün görüşə bilməyəcəyik?” deyə məndən soruşdu. Mən yenə pivə içmək istədiyimi söylədim.
Nigarın daim 15 manata görüşə çıxdığını bilirdim. Ona 50 manat pul uzadaraq, 35 manatı qaytarmasını istədim. Dedi ki, axşam gələrsən, 35 manatı qaytararam. Mən pivə içməyə getdim. Həmin gün Nigarın evinə gedə bilmədim”.

“Hər dəfə yolda olduğunu dedi”

Bəhruzun ifadəsinə görə, növbəti gün saat 10 radələrində Hövsan qəsəbəsindəki “Gəncə kafesi”nə gedib və orada 3 bakal pivə içib:
“Sonra qonşum Əli ilə Məscid tərəfdə “Pub” kafesində 4 bakal pivə içdik. Sonra dəniz kənarına gedərək çimmək istədik. Lakin su natəmiz olduğundan fikrimizdən vaz keçdik. Bundan sonra “Toğrul market” tərəfə gəldik.
Nigarın mobil telefonuna zəng edərək evdə olub-olmadığını soruşdum. Nigar evə gəldiyini, artıq yolda olduğunu dedi. Bu arada mən üç dəfə Nigara zəng etdim. Hər dəfə mənə yolda olduğunu dedi”.

“Ata-anasını söydüm”

Bəhruz qeyd edib ki, nəhayət, Nigar saat 21 radələrində evə gəlib və həyətdə onunla qarşılaşıb:
“Birlikdə Nigarın qaldığı evə daxil olduq. O, sərinkeşi qoşdu, mən də divanda oturdum. İlk sözüm “35-i görüm” oldu. O isə məni nalayiq sözlə təhqir edib, pulu olmadığını dedi. Mən Fərhadın kafesinin şüşəsini əlimlə təsadüfən sındırdığımı, şüşənin pulu və pivədən 10 manat borcum qaldığını, təcili pulu çatdırmalı olduğunu dedim.
Nigar pulu olmadığını bir daha təkrarladı. “Pulun yoxdu, heç olmasa 20 manat ver, aparım kafenin pulunu çatdırım” dedim. O məni nalayiq sözlərlə təhqir edərək və söhbət edə-edə cinsi əlaqədə olmaq üçün tam soyundu. Lakin alt tumanı əynində qaldı.

Ondan 50 manatın hamısını geri istədim. Nigar mənim ata-anamın ünvanına nalayiq sözlər dedi. Mən də onun ata-anasını söydüm”.

“Taqətdən düşdü”

Bəhruzun ifadəsinə görə, daha sonra Nigar alt tumanını da soyunub və ona “4 dəfə ol, hesab bitsin” deyib: “Alt tumanını çıxarıb divanın üstünə ataraq lüt vəziyyətdə oldu. Sonra sərinkeşin qarşısına, döşəməyə döşək atdı. Ona “mənim ata-anamı söyürsən?..” - dedim.
Nigarın divanın üstünə atdığı alt tumanını götürdüm və onun arxasına keçdim. İki əlimdə tumanı ilgək şəkilində Nigarın arxadan boğazına atdım, sağ dizimi onun onurğa sütununa qoydum və tumanı özümə sarı sıxmaqla onu boğdum. Təxminən 3 dəqiqə davam etdim.
Nigar mənə əvvəl “boşla-boşla” deyib, divana əl-qol atsa da, mən boğmağa güc verəndən təxminən 2-3 dəqiqə sonra onun səsi kəsildi, taqətdən düşdü”.

“Törətdiyim cinayət əməlini etiraf etdim”

Bəhruz qeyd edib ki, Nigarın tam öldüyünə əmin olandan sonra onun sinəsində oturub, “ay fahişə məni zibilə saldın” deyib: “Onun sinəsinə bir yumruq da vurdum. Mübahisə edərkən ucadan danışmamışıq. Bizim səsimizi qonşular eşitməyib. Hətta mübahisə edəndə pəncərəni də bağlamışdıq ki, səs küçəyə getməsin.

Mən Nigarın öldüyünə tam əmin olandan sonra lüt vəziyyətdə özünün yerə saldığı döşəyin üzərinə kürəyi üstə uzatdım. Bu zaman Nigara zəng gəldi. Telefonu onun sinəsinin üstünə qoydum, zəng edənin kim olduğuna baxmadan və zəngə cavab vermədən, açarla qapını çöldən bağlayıb həyətə düşdüm. Bir qədər binanın qarşısında oturdum.

Oğlumun əl telefonuna zəng edib, adam öldürdüyümü dedim. Bundan sonra yaşadığım evə gəldim, telefonumu atama verdim. Törətdiyim cinayət hadisəsini ata-anama dedim. Əlimi-üzümü yuyandan sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getdim. Törətdiyim cinayət əməlini etiraf etdim.

Hadisədən əvvəl Nigarla cinsi əlaqədə olmamışam. Evdə Nigarla özümdən başqa heç kim olmayıb”.

“Valideynlərim barəsində ağır təhqirlər etməsi olub”

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir neçə ay əvvəl Nigara borc olaraq 300 və 200 manat pul verib: “Geri qaytarmamasına baxmayaraq, pulumu tələb etməmişəm. Nigarın evinə getməyimdə məqsədim borc verdiyim 50 manatdan 35 manatını almaq olub. Qətli tamah məqsədi ilə tərətməmişəm. Buna əsas da olmayıb. Nigarın maddi vəziyyəti yaxşı olsaydı, hadisədən bir gün əvvəl məndən borc pul istəməzdi.
Nigarı öldürməyimin əsas səbəbi onun valideynlərim barəsində ağır təhqirlər etməsi, nalayiq ifadələrlə küçə söyüşləri söyməsi olub. Nigarı öldürdükdən sonra onun telefonunu sinəsi üzərinə qoydum, pulqabına isə ümumiyyətlə toxunmadım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 il 6 ay azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İki saatı 40 manat” – Fəhlənin əxlaqsızlıq yuvası...

    “İki saatı 40 manat” – Fəhlənin əxlaqsızlıq ...

    23-11-2018, 15:30

  • 
  • Ata qızını zorladı, qız isə həmin anı videoya çəkdi - BAKIDA RƏZALƏT

    Ata qızını zorladı, qız isə həmin anı videoya ...

    11-07-2016, 15:44

  • 
  • 22 yaşlı qadın tanışı tərəfindən zorlandı

    22 yaşlı qadın tanışı tərəfindən zorlandı ...

    20-08-2013, 14:28

  • 
  • Bakıda yas yerində söyüşə görə baş verən qətlin TƏFƏRRÜATI...

    Bakıda yas yerində söyüşə görə baş verən qətlin ...

    13-07-2021, 15:55

  • 
  • Bakıda dəhşət - Oğlan 16 yaşlı nişanlısına psixotrop maddə verib zorladı

    Bakıda dəhşət - Oğlan 16 yaşlı nişanlısına ...

    12-02-2018, 23:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu