Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda yumurta bahalaşacaq?
Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.
"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".
Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlı xəbərlərə də toxunub:
"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu səbəblərdən də yumurtanın qiymətində bahalaşma olmayacaq. Bazarda yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".
M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.
"Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir", - deyə o qeyd edib.
GUNDEMXEBER.AZ
29-01-2024, 23:52
17-07-2018, 21:12
12-09-2017, 17:00
8-10-2021, 14:28
3-04-2017, 00:43
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?