Gundemxeber.az » Ölkə » Cəmiyyət » Respublika Pediatriya Mərkəzi işçilərin maaşını niyə vermir? - NARAZILIQ VAR...
Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri işçilərinin maaşlarını verə bilmir.
GUNDEMXEBER.AZ-ın moderator.az-a istinadən əldə etdiyi məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) icraatına verilib.
Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib. Hazırda isə işçilər işlədikləri son ayın maaşını ala bilmir.
Dia-az,info-a istinadən xatırladır ki, TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi bu ilin aprel ayında yaradılıb.
Həmin dönəmdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
İndi isə aydın olur ki, yeni qurumda işçilərə veriləcək maaşın mənbəyi müəyyən olunmayıbmış...
Məsələ diqqətimizdədir...
GUNDEMXEBER.AZ
3-07-2024, 13:36
14-10-2015, 15:18
10-01-2024, 18:13
28-04-2021, 15:31
31-10-2020, 15:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?