GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhşurları "öldürərək" reytinq yığanlar kimlərdir? - NƏ ETMƏLİ?

Məhşurları "öldürərək" reytinq yığanlar kimlərdir? - NƏ ETMƏLİ?

Tarix: 16-07-2024, 17:20 Bölmə :Cəmiyyət Baxış: 138

Məhşurları "öldürərək" reytinq yığanlar kimlərdir?

“Bu şəhərdə”nin iki simasından biri - əməkdar artist Rafael İsgəndərovun Tiktok ölüm xəbərini yayıb – təbii ki, feyk olduğunu bilə-bilə: Rafael buna çox acıqlı reaksiya verib və media da bunu fürsətə çevirib, müəmmalı bir başlıqla yayıb.


Rafael İsgəndərovun əsəbi, hikkəsi və verdiyi reaksiya anlaşılandır – o yayılan xəbəri görən dost, tanış, qohum hansı hisslər keçirər, kimlər hansı vəziyyətə düşər? Bəlkə də bu xəbərin özü Rafaelin ailəsində faciəyə çevrilə bilərdi.
Maraqlı olan həm də bu xəbərin Rafaelin kanallarımızla bağlı iradlarından sonra yayılmasıdır. Daha doğrusu, paralel ortaya çıxmasıdır – bir tərəfdə Rafael TV-ləri tənqid edir, baxmayaraq ki, bu tənqidində belə sərhəd gözləyir, məlum Zaurlar-Lalə-Elgiz-Xoşqədəm beşliyini və bu beşliyin təsirində olan verilişləri tənqid etməklə bərabər, onların baxımlı olmasına, “reytinq qırmasına” da toxunur, “balansı qoruyur”, digər tərəfdə Rafaelin “ölüm” xəbəri yayılır.
İlahi mizandır sanki, necə də üst-üstə düşür: Rafaelin adını çəkdiyi və üstünə getmədən, böyründən keçərək, cəsarətsizcəsinə, Trampın “qulağını yalayan” gülləsayağı “şou”ya bir “güllə” atır, əvəzində eynilə Trampın qatili kimi anında, yerindəcə “qətlə” yetirilir!
Bu, müqayisə deyil, zatən müqayisəyə də gəlmir – sadəcə, paralel olaylardır, eyni gündə yaşadıqlarımızdır.
Amma Tiktokun Rafaeli məhz insanların əxlaqını dağıdan rüsvayçılıqlara doğru cəsarətsizcəsinə çıxış etdiyi bir vaxtda “öldürməsi” təsadüf deyil. Mahiyyət etibarilə Tiktokdan qətiyyən fərqlənməyən həmin verilişlərə qarşı illərdir çıxışlar, sözlər, ziyalı etirazları kimsəyə təsir etmir – nə kanal rəhbərlərinə, nə də o verilişlərin müəlliflərinə. Bilə-bilə ki bu verilişlər insanların əxlaqını dağıdır, milli mədəniyyətə təcavüzdür, hər gün onlarla ailəni məhv edir, öldürür, dağıdır – yenə eyni templə davam edirlər.
Tiktok da eləcədir: yalan, feyk, düşüklük, əttökən çığır-bağırlar... Amma tiraj var, baxılma var, populyarlaşma var deyə, orda da heç bir məhdudiyyət, ölçü-mizana riayət edilmir!
Faktiki olaraq TV-lərin əlindən sağ çıxmağa çalışanları Tiktok öldürməklə məşğuldur, yaxud əksinə. Rafaelin “ölümü” əslində bir nümunədir – gündə onlarla insanı mənən öldürən, şir-fil-bayquş-qaşqaldağa görə hər şeyini qurban verən Tiktok və ya tv-şouların qətliamlarının qarşısında bir Rafaelin “ölümü” nədir ki?
Rafael bu gün “ölməyibsə” də, nəyinsə hesabına, hansı fövqəlzəhmətin sayəsində ayaqda qalıbsa da, sabah sənət baxımından, peşəkarlıq nöqteyi-nəzərindən “öləcəyi” ehtimalı çox yüksəkdir. Çünki tv-şoular və Tiktok videoları qarşısına çıxan hər şeyi dağıdır, məhv edir, qətlə yetirir. Və onların atdığı güllə heç vaxt yan keçmir – başını qaçırmağa yer də yoxdur. Trampı xilas edən başını qaçırıb monitora baxmasıydımı? Sən hara qaçıracaqsan başını? Monitora? Monitorda daha eybəcər şoulardır...
Rafaelin simasında (yəni “Bu şəhərdə”nin) istedadlı kəsim “manevr” edə bilir, ona görə ayaqdadır: heç bir satirası, hədəfi olmayan “səhnəcik” qurur, ən azı 5-6 blokundan yarısını auditoriyanı toplamağa sərf edir ki, heç olmasa, digər 2-3 blokunda o mənasız, düşük səhnələrlə cəlb etdiklərinə nəsə təqdim edə bilsin!
Bacarırlar, hələ ki! - Həm auditoriyanı, həm də sənəti qoruya bilirlər. Nə vaxta qədər? Sabah bunu saxlaya biləcəklərmi? Bu boyda aşınmanın qarşısında dayanmağa gücləri çatacaqmı? Həm də artıq gənc də deyillər, o enerji də qalmayıb; həm də artıq püxtələşmiş yaşdadırlar, daha fərqli sənət ortaya qoymağa meyilləniblər. Bu statusla davam edə biləcəklərmi?
Problem küll halda həll olunmalıdır, böyük proses başlamalıdır: həm Tiktokda, həm TV-lərdə, həm digər sosial şəbəkələrdə...
Amma heç kəsdən hərəkət yoxdur, heç bir müqavimət mövcud deyil, heç kim başlaya bilmir – çünki başlayacağı halda dəstək qazanacağına inanmır.
Ona görə Rafaellər mütləq öləcək, Baboşlar yaşayacaq, böyüyəcək, artacaq!
Ona görə artıq Rafael yox, Baboşlardan avtoqraf alırlar; artıq Rafael yox, Baboşlar küçədə-bacada barmaqla göstərilir!
Bizdə mədəniyyətin və mənəviyyatın soyqırımı aparılır Tiktok - TT ilə; bizdə maviləşmiş artilleriya ilə hər gün uşaq bağçalarına, məktəblərə, yeniyetmələrə, gənclərə ağır zərbələr endirilir; bu ölkənin mədəniyyətinin və mənəviyyatının kürəyinə “Xəncər” saplanır - bircə ədəd “Patriot”umuz da yoxdur ki, istedadlı insanlar, ziyalılar onun arxasında birləşib, hipersəs, hipervizual raketləri zərərsizləşdirsin...

Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, məşhur insanların ölüm, evlilik, xəstəlik kimi xəbərlərinə baxış çox olduğuna görə bəzi sahifələr və dırnaq arası saytlar bu ucuz oyuna əl atırlar:

“Lakin həmin insanlar 5 oxucu qazanırlarsa, 15 nəfər oxucunu itirirlər. Ancaq bunun fərqində olmurlar. Bu işə tiktok və instagram səhifələri alət olub. Feyk xəbər yolu ilə öz reytinqlərini qaldırmaq istəyirlər. Qarşı tərəfdə əsəb yaradan məsələdir. İnsanların psixologiyası olduqca gərgindir. Dövrümüzdə çox insan gərgin psixoloji vəziyyət ilə yaşayır. Rafael bəyin də reaksiyasını normal qəbul edirəm. Çünki bir insanın ölüm xəbəri onun özündən çox, doğmalarını narahat edir. Tanınmış sima olduğuna görə onun izləyiciləri və digər narahat olan insanlar da çoxdur. Ümumiyyətlə məhşurluq həmişə fayda ola bilmir. Bəzən həmin məşhurluq insana zərər də verə bilir. Məhşur bir insan bu cür vəziyyətlərə hazır olmalıdır”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölüm xəbəri yayılan Tünzalə Əliyeva danışdı: “Niyə məni incidirsiniz?”

    Ölüm xəbəri yayılan Tünzalə Əliyeva danışdı: ...

    25-10-2018, 21:37

  • 
  • Rafael Ağayev toy edir

    Rafael Ağayev toy edir ...

    6-06-2016, 12:33

  • 
  • Rafael Dadaşovun səhhəti haqda oğlundan AÇIQLAMA

    Rafael Dadaşovun səhhəti haqda oğlundan AÇIQLAMA ...

    9-05-2017, 17:01

  • 
  • Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı rəsmi sənəd daxil olmayıb - MSK

    Rafael Cəbrayılovun deputat mandatından məhrum ...

    30-09-2019, 16:01

  • 
  • Rafael Cəbrayılov üçün SON BAZAR – Prokurorluğa müraciət olunacaq

    Rafael Cəbrayılov üçün SON BAZAR – Prokurorluğa ...

    18-10-2019, 12:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu