3 saylı uşaq dəri-zöhrəvi dispanserinin baş həkimi Gülnarə Cəfərova cərimələnib.
Dövlət Əmək Müfəttişliyi Xidməti baş həkimə İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə cərimə yazıb.
Gülnarə Kərimova dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamiq Bağırov iş üzrə hakim təyin edilib.
555.3-cü maddə bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması barədədir.
Maddədə inzibati cəza növü kimi 1800 manatdan 2200 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Beləliklə, aydın olur ki, dispanserdə hansısa bədbəxt hadisə baş verib. Gülnarə Cəfərova isə bu faktı gizlədib, yaxud da olay barəsində akt tərtib etməkdən boyun qaçırıb.
Qaynarinfo detalları öyrənmək üçün 3 saylı uşaq dəri zöhrəvi dispanseri ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, Gülnarə Cəfərova hazırda işdə deyil. Məhkəmə işinə gəlincə, dispanserdən deyilib ki, bu barədə heç bir məlumat verə bilməyəcəklər. /qaynarinfo/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?