Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefa verməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlar heç də həqiqəti əks etdirmir. GundemXeber.Az-ın əldə etdiyi məlumata görə müavinin istefa qərarı bir-iki saytlar tərəfindən yayımlanıb və qərəzli şəkildə dərc olunub. Yayılan məlumatda Ş. Həsənovun bu addımı atmasına səbəb olan amillər təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib. Bəzi yazılarda isə, ümumiyyətlə heç bir əsası olmayan versiyalar irəli sürülüb. Bununla bağlı Ş. Həsənov özünün facebook səhifəsində də açıqlama verib. Açıqlamada bildirilir ki, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyevlə müavini arasında hər hansı qarşıdurma və ya narazılıq olmayıb. Şamxal Həsənovun işdən öz ərizəsi ilə çıxmasının yeganə səbəbi, onun bu yaxınlarda yeni vəzifəyə təyinat almasıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?