Yerdə baş verən maqnit qasırğası yüksək G3 səviyyəsinə çatıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alimlər qeyd bildirir ki, G3 səviyyəsi (Kp = 6,67) altı saat ərzində davam edib.
Qeyd edək ki, Yerin maqnit sahəsinin pozulması beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif pozuntuya, G5 isə ən güclü maqnit qasırğasına uyğundur. Səviyyə G2-dən aşağıdırsa, maqnit sahəsinin pozulması heç bir ciddi nəticələrə səbəb olmur.
Bundan əvvəl “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, gələn həftə sonu Yer kürəsində maqnit qasırğası gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?