Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rəsmi qeydiyyata alınan Könül Xammədovanın adı niyə MSK-nın sihahısında yoxdur?..-Fotolar
58 saylı Xaçmaz Kənd Seçki Dairəsində maraqlı vəziyyət yaşanır. Orada seçkinin əsas favoriti Xammədova Könül Hikmət qızı sayılır. Ancaq maraqlıdır ki, bu xanım deputatlığa namizəd kimi rəsmən qeydiyyata alınsa da, MSK-nın rəsmi səhifəsində adın gizlədilib.
Biz Xammədova Könül Hikmət qızının rəsmən qeydiyyatdan keçdiyini təsdiq edən sənədi və MSK-nın rəsmi saytındakı məlumatın fotolarını təqdim edirik. Müqayisə etdikdə maraqlı sual yaranır: Könül Xammədovanın adı qeydiyyata alınan rəsmi namizəd kimi niyə MSK-nın rəsmi səhifəsinə əlavə edilməyib?
Bu, texniki səhvə oxşamır. Əgər Könül Xammədova iddiasından əl çəkibsə, onda niyə bu barədə ictimaiyyətə məlumat verilməyib? Qeyd edək ki, Könül Məmmədovanın davranışlarında seçki marafonundan geri çəkilmək kimi əlamətlər də müşahidə edilmir. Əksinə, o, deputat seçilmək üçün daha səylə çalışır.
Sözügedən dairədən seçkinin favoriti sayılan Könül Xammədova əslində kimdir? Bu xanımın çox dəbdəbəli həyat yaşadığı, “zerkalnı” sayılan nömrələrlə bahalı markalı avtomobillər idarə etdiyi, Bakıda və digər ərazilərdə bahalı mülklərə sahib olduğu bildirilir. O, Azərenerji Açıq Səhimdar Cəmiyyətinin sabiq rəhbəri Etibar Pirverdiyevin yaxın qohumudur. Atası Xammədov Hikmət “Ekspress” bankın əsas səhimdarlarından biridir. Könül Xammədovanın hazırda hakimiyyətdəki bəzi dairələr tərəfindən ciddi dəstəkləndiyi bildirilir və sözügedən dairədən məhz onun mandat əldə edəcəyi kimdəsə şübhə doğurmur. Təəssüflər olsun ki, MSK-dan bu məsələyə münasibət öyrənə bilmədik. Mövzuya qayıdacayıq…/azinforum.az
16-07-2014, 11:54
15-01-2017, 12:57
20-04-2020, 01:28
18-02-2020, 12:21
20-02-2016, 20:12
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?