Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gömrük Komitəsi qalmaqallı şirkətə 900 minlik sifariş verib
Dövlət Gömrük Komitəsi dünən daha bir tenderi başa vurub.
GUNDEMXEBER.AZ xəbər verir ki, qurumun Avtomobil Nəqliyyatı İdarəsi “Avtomobillərə texniki qulluq və təmir xidmətlərinin alınması” bəndi üzrə satınalma müaviləsi imzalayıb.
Bildirək ki, 847.846,24 manatlıq dəyəri olan satınalma müqaviləsi adı bir çox qalmaqallarda hallanan “İDEAL MOTORS” MMMC ilə bağlanıb. Belə ki, bu şirkətə hələ bu ilin martında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub. Məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb. Həmin maddəyə əsasən isə şirkət cərimələnib.
Amma “İdeal Motors”un məcaraları bununla bitmir. Tribunainfo.az xəbər verir ki, şirkətin adı qüsurlu avtomobil satışında da hallanır. Belə ki, «Chevrolet», «Baic» və «Jak» avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC şirkəti müştəriyə istehsal qısuru olan avtomobil satıb. Bundan başqa, şirkət onun təmirini ləngidib, müştəri avtomobili qaytarmaq istədikdə isə bundan imtina edib və bununla da ölkə qanunvericiliyini pozub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bu hərəkətinə görə, bu ilin aprel ayında “İdeal Motors”u İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəəsi ilə 900 manat cərimələyib. Həmçinin xəbərdarlıq edib. Amma “İdeal Motors” MMC bu göstərişi də yerinə yetirməyib və nəticədə Xidmət yenidən işə qarışmalı olub. Bu dəfə “İdeal Motors” artıq Xidmətin yazılı tələbini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 544.2 bəndi ilə 4-5 min manat məbləğində cərimə edilib.
Xatırldaq ki, «İdeal Motors» MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.
Onu da qeyd edək ki, “İdeal Motors” son zamanlar bir çox tenderlərdə də iştirak edib. Əsasən, dövlət qurumlarının keçirdikləri tenderlərin qalibi olub. Bu isə səbəbsiz deyil. Çünki bu şirkətin əsl sahibi isə adı bir çox qalmaqallarda hallanmış Qalib Məmmədovdur. O, təkcə, avtomobil sektorunda deyil, həmçinin “Melisa Park” tikinti şirkətinə də rəhbərlik edir.
Bu barədə geniş araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik.
Yazıda adları keçən tərəfləri də dinləməyə hazırıq./tribunainfo.az
22-11-2023, 14:12
17-02-2021, 12:24
20-07-2019, 15:50
30-06-2020, 11:41
8-11-2017, 13:26
Sorğu
Yeni dizaynımız necədir?