GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...

Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...

Tarix: 16-08-2024, 12:25 Bölmə :Cəmiyyət Baxış: 170

bitmap-img6


Naxçıvan Ali Məclisinin sabiq sədri yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər, bunun nə qədər davam edəcəyi isə...

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.

Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib. Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlum deyil. Qeyd edək ki, Talıbovlar Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. YAP-ın Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcəyi dəqiqdir.

Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib.

Bəllidir ki, sentyabrın 1-də Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub.
Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı.  Seymur Talıbov da Naxçıvan Dövlət Universitetinin  prorektoru vəzifəsindən azad edildi. Seymur Talıbovun elə o ərəfələrdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postundan istefa verdiyi bildirilirdi. İddialara görə, Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bəlli deyil. Vasif Talıbovun anadan olduğu kənddə yerləşdiyi və zəruri ehtiyaclar yaranmasa, evdən çıxmadığı haqda mediada gedən məlumatlar bu günədək təkzib olunmayıb.

Naxçıvandakı bir mənbə Talıbovların YAP-dan çıxacaqlarını da istisna etməyib. Amma bunu mümkün qədər səs-küysüz etmək istəyirlər.  Yeri gəlmişkən, Azpolitika.infonun  araşdırması zamanı məlum olub ki, YAP-ın “yap.org.az” saytında yerləşdirilən rayon təşkilatları siyahısında, ümumiyyətlə, Naxçıvan MR ərazi təşkilatının adı yoxdur.  YAP Naxçıvan təşkilatı barədə internetdə axtarış verdikdə vaxtilə keçirilən iclaslar haqqında bəzi qəzetlərdə və internet saytlarında məlumatlar çıxır. Onların əksəriyyəti isə Ali Məclisin keçmiş sədri Vasif Talıbov dönəminə aiddir.
Bildirək ki, Vasif Talıbov 2022-ci ildə YAP-ın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə qatılmaq üçün Naxçıvandan paytaxta gəlmişdi. Lakin Vasif Talıbovu tədbirin keçirildiyi binaya buraxmamışdılar. O günlərdən Vasif Talıbovun hakim partiyadan uzaqlaşdırılacağı xəbəri gündəmdən düşmür.
Maraqlıdr ki, Vasif Talıbovu və oğlunu hakim partiyadan uzaqlaşdırmağa tələsmirlər.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Görünən odur ki, postundan uzaqlaşdırılmasından ötən 2 ilə yaxın vaxt ərzində Vasif Talıbov "oyun qaydaları"ndan kənara çıxmayıb. Ona göndərilən ismarışlara sözsüz əməl edib".
Onun sözlərinə görə, “Naxçıvan xanı”nın gözlənilməz sözəbaxanlığı itirəcəklərinin çox olması ilə bağlıdır: “Vasif Talıbov vəzifədə olanda nə qədər ötkəm, aqressiv idisə, vəzifədən yola salınandan sonra bunun əksi müşahidə edilir. Daha onda özündənrazılıq, mənəmlikdən əsər-əlamət yoxdur. Xatırlayırsınızsa, 2019-cu ildə Azərbaycan regionlarının inkişafı, kadr və struktur islahatlarının gerçəkləşməsinə başlanılarkən, Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilirdi. Bakıdan göndərilən kadrlara aqressivlik göstərilir, işləmələrinə imkan verilmirdi. Əlbəttə ki, bu, mərkəzi hakimiyyətin diqqətindən qaçmırdı. Naxçıvanda Vasif Talıbovun 27 illik "xanlığı"nın sonu gəldi. Vasif Talıbovun özünü 1 günün içindən kreslosundan aşırdılar, ətrafındakı korrupsioner komandasının əsas üzvlərini isə həbs etdilər. 144 milyon manat büdcə vəsaitini ələ keçirən maliyyə naziri,  132 milyon manat vəsaiti ələ keçirən gömrük rəsmisi tutuldu, bu haqda ictimaiyyətə məlumat verildi. Aydın idi ki, tutulan vəzifəli şəxslər özbaşına bu qədər vəsaitləri ələ keçirə bilməzdilər. Bu araşdırmalar davam etdirilsəydi, əlbəttə ki, Vasif Talıbovun ütülü kostyumunun yaxası istintaqçıların əlinə keçəcəkdi. İllərlə Naxçıvanın təbii sərvətlərinin talanından tutmuş bütün biznes sahələrinin kriminal yollarla Talıbovların nəzarətinə keçirilməsi isbatlana bilərdi. Vasif Talıbov inadkarlığının onu hara aparıb çıxaracağını dəqiq bildiyindən qısa müddətdə davranışlarına korrektələr etməyə üstünlük verdi. Onun indiki “modu” hələ ki problem yaratmır. Ona görə də Vasif Talıbovun, onun oğlunun hakim partiyadan qovulması da gerçəkləşmir".


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Vasif Talıbov da parlamenti buraxdı

    Vasif Talıbov da parlamenti buraxdı ...

    9-12-2019, 17:17

  • 
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ...

    26-09-2016, 18:57

  • 
  • Vasif Talıbov yenidən sədr seçildi

    Vasif Talıbov yenidən sədr seçildi ...

    24-02-2020, 14:22

  • 
  • Vasif Talıbov yeni qurum yaratdı

    Vasif Talıbov yeni qurum yaratdı ...

    22-12-2017, 11:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu