GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vüqar Qurbanov xəstəxana rəhbərlərinə vaxt verdi

Vüqar Qurbanov xəstəxana rəhbərlərinə vaxt verdi

Tarix: 23-08-2024, 21:55 Bölmə :Cəmiyyət Baxış: 344
Vüqar Qurbanov xəstəxana rəhbərlərinə vaxt verdi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Müşavirədə Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərə tibb müəssisələrinin hazırlığı, “Formula-1” Azərbaycan Qran Prisi yarışları və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi, tabeli tibb müəssisələrində mövcud vəziyyət, əhaliyə göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyəti, tibbi sığorta, müəssisələrin maliyyələşdirilməsi və hüquqi məsələlərə dair geniş müzakirələr aparılıb.

Eyni zamanda müşavirədə TƏBİB tabeliyində fəaliyyət göstərən bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım xidməti ilə bağlı fəaliyyətin restrukturlaşdırılması, region müəssisələri arasında zərurət yaranan hallar üzrə xəstə təxliyəsinin koordinasiyalı təşkil edilməsi, ixtisaslı tibbi yardımın xidmət arealının genişləndirilməsi, tibb müəssisələrində müayinə və əməliyyat qarşılığında əlavə ödənişlərin tələb edilməsi kimi neqativ hallar və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb, məruzələr dinlənilib.

Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, eləcə də seçki prosesində TƏBİB tərəfindən xidmətin təşkili ilə bağlı görülən işlər barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib. Tabeli tibb müəssisələrində 149 seçki məntəqəsinin təşkil olunduğunu və tibb müəssisələrinin kollektivlərinin yüksək seçici fəallığına malik olduğunu diqqətə çatdırıb.

İcraçı direktorunun müşaviri Elşad Məmmədli hazırda restrukturlaşdırma işləri aparılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həyata keçirilən işlərlə bağlı məlumat verib. Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsinin və təhvil-təslim prosesinin başa çatdığı qeyd olunub.

Daha sonra Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov rəhbərlik etdikləri sahələr üzrə görülən işlər və qeydə alınan nöqsanlar barədə ayrı-ayrı tibb müəssisələrinin misalında təqdimatla çıxış ediblər.

Tibb müəssisələrinin rəhbərlərinin də səsləndirilən irad və təkliflər, eləcə də həyata keçirilən fəaliyyətlərlə bağlı çıxışları dinlənilib.
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru Nərgiz Əliyeva icra edilən işlər, üzləşdikləri çətinliklər və qarşıda duran hədəflər barədə fikir bildiriblər.

Sonda yekun nitqi ilə çıxış edən Vüqar Qurbanov qeyd edib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, səhiyyə qurumları tərəfindən görülən işlərin nəticəsində Azərbaycan regionun ən müasir və təkmilləşmiş səhiyyə sisteminə malik olan ölkəsinə çevrilir. Respublikamızın bütün regionlarında əhali yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunub, əhali tərəfindən ən çox tələbat olan xidmətlər icbari tibbi sığorta çərçivəsində ödənişsizdir, xəstəxanalarda yaradılan hər cür şərait tibb işçilərinə öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə imkan verir.

“Həkim peşəsi ən ülvi peşələrdəndir. Tibb personalımızın məsuliyyətli və gərgin işini yüksək qiymətləndirir, eyni zamanda onların hər birini bu peşəyə ləyaqətlə xidmət etməyə çağırırıq. Tibb sahəsində səhlənkarlığa, əlavə ödənişlərin tələb olunmasına, həkim məsuliyyətsizliyinə qarşı mövqeyimiz birmənalıdır, mütəmadi olaraq həm daxili nəzarət tədbirləri, həm əhalidən, həm də mediadan daxil olan müraciətlər əsasında fəaliyyətində qüsura yol verənlər intizam tədbirlərinə cəlb olunurlar. Məqsədimiz əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaq, göstərilən tibbi xidmətlərin keyfiyyətini və pasiyent məmnuniyyətini artırmaqdır. Bunun üçün üzərimizə düşən bütün öhdəlikləri icra etməyə hazırıq”.

Nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə konkret tapşırıqlar və vaxt verilib./"Cebhe.info"


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?

    Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan ...

    28-01-2022, 12:40

  • 
  • 16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarılıb

    16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən ...

    5-07-2021, 11:00

  • 
  • Ramin Bayramlının istefa ərizəsi qəbul edilib

    Ramin Bayramlının istefa ərizəsi qəbul edilib ...

    13-09-2021, 12:54

  • 
  • Koronavirusla mübarizə aparan könüllülərə mükafat verilib

    Koronavirusla mübarizə aparan könüllülərə mükafat ...

    25-09-2020, 11:05

  • 
  • Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi

    Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş ...

    31-10-2020, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu