Gundemxeber.az » Ölkə » Cəmiyyət » Çin elektromobillərinin "beli" qırıldı - görünməmiş rüsum tətbiq olundu!
Kanada hökuməti oktyabrın 1-dən Çinin elektrik avtomobillərinə və bəzi hibridlərinə 100 faiz idxal rüsumları tətbiq etmək niyyətindədir.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı Kanada Maliyyə Nazirliyi açıqlayıb.
Məlumatda qeyd olunur ki, yeni rüsumlar “Çin istehsalçılarının haqsız rəqabəti” fonunda mövcud 6,1 faizlik rüsumlara əlavə olaraq tətbiq edilir.
Ottava həmçinin "Kanada işçilərini Çinin ədalətsiz ticarət siyasətindən qorumaq" üçün oktyabrın 15-dən Çindən gələn polad və alüminium məhsullarına 25 faiz rüsum tətbiq etməyi planlaşdırır. Kanada Polad İstehsalçıları Assosiasiyasının (CSPA) məlumatına görə, Çin ölkəyə polad idxalına görə üçüncü yerdədir.
Bundan əlavə, Kanada hökuməti iqtisadiyyatın digər kritik sektorları, o cümlədən batareya və batareya komponentləri bazarı, yarımkeçiricilər sənayesi, günəş enerjisi və minerallar üzrə 30 günlük məsləhətləşmələr aparacaq.
Bu tədbirlərə onların tətbiqindən sonra bir il ərzində yenidən baxılması planlaşdırılır. Onlar genişləndirilə və ya əlavə edilə bilər.
Xatırladaq ki, may ayında ABŞ prezidenti Co Baydenin administrasiyası Çinin elektrik avtomobillərinə 100 faiz tariflərin tətbiq olunduğunu elan edib, iyulda isə Avropa Komissiyası bu məhsullara əlavə rüsumlar tətbiq edib.
Avqustun əvvəlində Çin Ticarət Nazirliyi Avropa tərəfinin gəldiyi nəticənin faktiki və hüquqi əsasının olmadığını qeyd edərək ÜTT-yə şikayət göndərib.
Gundemxeber.az
10-03-2023, 23:08
2-07-2018, 17:04
13-03-2023, 16:26
21-07-2018, 12:09
31-05-2018, 14:12
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?