Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıtda kişi qadına əxlaqsız təklif etdi, oğlu onları izlədi, sonda... – ŞOK
Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Şamxal anasına qarşı əxlaqsız münasibət təklif edən 1975-ci il təvəllüdlü Oktayı (adlar şərti verilib – red.) öldürüb.
Şamxal tanışı Oktayın onun anası Fəridənin mobil telefonuna zənglər edərək mütəmadi narahat etdiyini, izlədiyini bilib, anasına söz ataraq sataşdığını, əxlaqsız təkliflə müraciət etdiyini görüb.
Şamxal onu bu hərəkətlərdən çəkindirməyə çalışıb, xəbərdarlıq edib. Oktay isə Şamxalı uşaq bilib, onu döyərək əməllərini davam etdirib. Oktay anasına və özünə qarşı bu hərəkətlərə görə qisas almaq məqsədlə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə 12 dekabr 2022-ci il saat 24 radələrində Oktayla Sumqayıt şəhəri 9-cu mikrorayonda qarajların qarşısında görüşərək münasibətlərini aydınlaşdırmağa başlayıb. Mübahisə zamanı üzərində gətirdiyi bıçaqla Oktaya ümulikdə 34 xəsarət yetirib.
Oktay dekabrın 13-də gecə saat 02:20-də aldığı ağır xəsarətlər fonunda daxili qanitirmə nəticəsində xəstəxanada ölüb.
“Səhv zəng etdiyini bildirdi”
İstintaq orqanı tərəfindən Şamxalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Şamxal ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dərsdən sonra boş vaxtlarında Abşeron rayonu Saray qəsəbəsində bibisi oğlu Adəmlə şüşə sexində fəhlə işləyir, pis vərdişlərdən uzaqdır:
“Ailə münasibətlərimiz normaldır. Anam namuslu, ailəsinə bağlı qadındır, söz-söhbətdən uzaq olmağa çalışır. Oktayı həmyerlim kimi tanımışam, qardaşı Taleh mənim kiçik toyumda iştirak edib. 2020-ci ildə anamın mobil telefonuna baxarkən Oktayın ona votsapda “salam, necəsən" məzmunlu SMS-lər yazdığını gördüm. Lakin bu barədə anama və atama bir söz demədim. SMS-lər mənə pis təsir etdi.
Anamın mobil telefonundan Oktayın mobil nömrəsinə votsapdan zəng etdim. Ondan kimi axtardığını və ona kim lazım olduğunu, nə üçün bu nömrəyə zəng etdiyini soruşdum. Oktay səhv zəng etdiyini bildirdi”.
“Sən nə qədər əclaf adamsan...”
Şamxalın sözlərinə görə, daha sonra diqqət edəndə ev telefonuna arada zənglərin gəldiyini, telefona o və ya anası cavab verəndə zəng edən şəxsin səsini çıxartmadığını görüb:
“Oktayın tanışlar arasında pis xarakterizə edildiyini eşitdiyimdən ondan şübhlənməyə, anama pis niyyətlə SMS yazıb evə zəng etdiyini, ailədə söz-söhbət yaratmaq istədiyini başa düşməyə başladım. Hadisəyədək Oktayla müxtəlif vaxtlarda üz-üzə gələndə məni nifrət və qəzəb dolu baxışlarla süzürdü.
Anamın işi olduqda bacımı məktəbdən evə gətirməyə gedirdim. Oktayın qızı bacım Vüsalənin oxuduğu məktəbdə təhsil aldığından o da qızının arxasınca gəlirdi.
Hadisədən təxminən iki-üç ay əvvəl məktəbin yanından keçərkən məktəbə çatmağa təxminən 20-30 metr qalmış anamın məktəbin inzibati binasına yaxınlaşdığını, bu vaxt kənarda dayanan Oktayın ona tərəf getdiyini gördüm. Onları izləmək, anamın Oktaya qarşı münasibətini öyrənmək üçün kənara çəkildim. Bunu nə anam, nə də Oktay gördü.
Diqqət edərkən Oktayın anama yaxınlaşdığını, anamın isə əsəbi halda: “Ə, sən nə qədər əclaf adamsan, nə istəyirsən? Bilirsən ki, hərəkətlərini ərimə, oğluma desəm nə baş verə bilər? Rədd ol get burdan” - dediyini eşitdim. Anamın bu cavabından sonra artıq şühələrimin düz olduğunu, anamın ehtiyatlanaraq Oktayı hərəkətlərini atam Elçindən və məndən gizlətdiyini yəqin etdim”.
“Keçən dəfə nə qələt edirdin, indi səni eşidərəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam anası ilə söhbət edib: “Anam mənə “Oktayın əlindən bezmişəm, son vaxtlar başını itirib, əl çəkmir, hara gedirəmsə, arxamca gəlib mənə əxlaqsız təkliflər edir” dedi. Anamdan nə üçün bu müddət ərzində Oktayın hərəktləri barədə nə mənə, nə də atama deməmisən soruşdum. Cavab verdi ki, atana desəm, ona pis təsir edər, sən də cavansan, Oktaydan uzaq qal, o axmaq adamdır, onsuz da qardaşını görüb şikayət edəcəm.
Anama onu da bildirdi ki, Oktayın hərəkətləri barədə xalam da məlumatlıdır. Mən bu sözləri eşidərək qəzəbləndim. Bir neçə gün sonra Oktayı yenidən gördüm. Ona “özünü yaxşı apar, həddini aşmısan” deyə xəbərdarlıq etdim.
Oktay da mənə “get işinlə məşğul ol, indi səninlə danışmaq istəmirəm, amma narahat olma, danışıb cavabını verəcəm” dedi. Üç-dörd gün sonra təsadüfən onunla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazəsində “Aygün” şadlıq evinin yaxınlığında axşam saatlarında rastlaşdım. Oktay tək idi. Məni görəndə “keçən dəfə nə qələt edirdin, indi səni eşidərəm” dedi.
Ona dedim ki, anam sənin hərəkətlərin barədə mənə danışıb, məktəbin həyətində hərəkətlərini gözümlə görmüşəm, biz yerliyik, sənə yarışmır, ailəli qadına qarşı belə hərəkətlər edirsən, özünü yığışdır.
Bu sözləri eşidən Oktay üstümə yeridi, “yaxşı edirəm” deyib şillə-yumruqla məni döyməyə başladı. Əlbəyaxa olarkən köynəyim cırıldı. Oktayın əlindən birtəhər çıxdım və ondan uzaqlaşdım”.
“Məni xeyli sorğu-sual etdi”
Səhəri anam bədənimin bəzi hissələrində qançırlar gördü, onun harada yarandığını soruşsa da, cavab vermədim. Atam bədənimin qançılarını gördü və dalaşdığımı başa düşdü. Məni "kiminlə dava etmisən" deyə xeyli sorğu-sual etdi. Mən də atama “sən heç cavanlıqda dalaşmamısan?” deyə sual verdim. Bundan sonra valideynlərim sakitləşdi.
Qərara gəldim ki, Oktayla yenə görüşüb, onunla bu dəfə sakit danışım, anamdan uzaq olmasını xahiş edim”.
“Tövbə etdirmək qərarına gəldim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, iki gündən sonra Oktayı onun yaşadığı 9-cu mikrorayonda binanın qarşısınıda görüb: “Onunla söhbətə başladım. Lakin Oktay məni yenə söydü, yaxşı etdiyini dedi. Bu rəftarı namusuma sataşmaq kimi qəbul etdim. Anama və ailəm qarşı etdiyi hərəktlərinə görə onu cəzalandırmaq, hər hansı qadına qarşı əxlaqsız hərəkətlər təklifi etməsinə tövbə etdirmək qərarına gəldim.
Oktayın həmin ərazidə yaşadığın bilsəm də, nə vaxt evdən çıxıb, nə vaxt evə gəldiyini dəqiqləşdirmək üçün binanın ətrafında gəzdim. Belə bir qərara gəldiyimi və Oktayı izlədiyimi hər kəsdən gizlin saxladım.
Oktayı izləyərkən hər dəfə onu uşaqlarının yanında görürdüm deyə, istədiyimi gerçəkləşdirə bilmirdim. Onu uşaqlarının yanında alçaltmaq istəmirdim. Qərara gəldim ki, Oktayı axşam evinə qayıdarkən və ya evdən tək çıxarkən cəzalandırım”.
Şamxal qeyd edib ki, 12 dekabr 2022-ci ildə dərsdən çıxıb və iş yerinə - Saray qəsəbəsinə yollanıb: “Tezdən dərsə gedərkən artıq qət etmişdim ki, Oktayla görüşərək söhbətimi edim və onu cəzalandırım. Çünki onunla bir neçə dəfə söbhbət etsəm də, nəticəsi olmamışdı.
Hər dəfə məni söyüb-döydüyündən, lazım gəlsə özümü müdafiə etmək məqsədilə üzərimdə cib bıçağı gəzdirirdim. Həmin gün də üzərimdə bıçaq vardı. Evdən gedərkən anama evə bir qədər gec gələcəyimi dedim”.
“Söyüşləri məni özümdən çıxartdı”
Şamxal bildirib ki, dekabrın 12-də xalası Fatimə və dayısı Famil onlarda olduqlarından anası evə vaxtında gəlməyini xahiş etdib: “Anam tez-tez mobil telefonuma zəng edərək evə nə vaxt qayıdacağımı soruşurdu. Hər dəfə ona narahat olmamağı bildirirdim.
Həmin gün saat 21-22 radələrində işlədiyim sexdən çıxdım və Oktayı görmək ümidi ilə onun yaşadığı binanın yanına gəldim. Apardığım müşahidələrə əsasən, Oktayın evə bir qayda olaraq çox gec qayıtdığını bilirdim. Bu səbəbdən binanın ətrafında gəzərək dolanmağa başladım.
Təxminən saat 24 radələrində Oktayı binanın qarşısında gördüm. Bilmədim, Oktay evdən həyətə düşüb, yoxsa çöldən evə getmək istəyir. Yaxınlaşaraq söhbət etmək istədiyimi bildirdim, onu binanaların arasına, qarajların yanına dəvət etdim. Qarajların yanında ona dedim ki, sənə dəfələrlə söyləmişəm, anam namuslu qadındır, hərəkətlərinə son qoy, sən hər dəfə məni söyüb-döyməklə məni uşaq bilmişən.
Bu sözlərimdən sonra Oktay yenidən üstümə gəldi. Mənim və anamın ünvanına söyüş söyməyə başladı. Onu cəzalandırmağa gəldiyimdən söyüşlər məni özümdən çıxardı. Özümlə gətirdiyim bıçağı çıxardım və Oktayın bədəninə surətlə ardıcıl zərbələr endirməyə başladım.
Oktay bıçağı əlimdən almağa çalışdı. Bu vaxt sol əlimin barmağı kəsildi. Ona neçə zərbə endirdiyimi xatırlamıram”.
“Qəzəbim yenidən coşdu”
Təqsirləndirilən şəxs qeyd edib ki, Oktaya yenə bıçaq zərbələri vurmaq imkanı olsa da, dayanıb, çünki onu cəzalandırdığı qənaətinə gəlib: “Oktaydan əl çəkdim, bıçağı qatlayaraq cibimə qoydum. Atama səhv etmirəmsə votsapla zəng edərək Oktayı qarajların qarşısında bıçaqladığımı, ona tibbi yardım etmək üçün təcili yardım çağırmasını tapşırdım. Sonra telefonu söndürdüm, təcili yardım maşının gəlməsini gözlədim.
Oktaydan bir neçə metr uzaqlaşdım, onun yerdən qalxaraq yenidən mənim və anamın ünvanına söyüş söyərək yaşadığı binaya doğru getdiyini gördüm. Qəzəbim yenidən coşdu, bıçaq zərbələri endirməyə imkanım olsa da, onu öldürmək niyyətində olmadığından şillə-təpiklə vurmağa başladım.
Yaşadığım ünvan hadisə baş verən binanın təxminən 100 metrliyində yerləşdiyindən 2-3 dəqiq sonra atam və dayım olduğum yerə gələrək məni Oktayın yanından uzaqlaşdırdı.
Az sonra hadisə yerinə təcili yardım briqadası və tanımadığım şəxslər gəldi. Həkimlər Oktayı xəstəxanaya apardılar. Mən isə Sumqayıt Şəhər Polis İdarəsinə gedərək təslim oldum”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şamxal 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./teleqraf.com/
13-08-2014, 02:10
24-03-2015, 10:58
1-09-2017, 16:36
24-08-2018, 21:15
1-08-2014, 01:56
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?