Qanuni təmsilçisi Sərdar Seyidov Ağamir oğlu olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən "Nigar" klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.
Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?