Gundemxeber.az » Ölkə » Cəmiyyət » 3 məntəqənin nəticələri ləğv edildi - RƏSMİ
Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində qanun pozuntusu qeydə alınıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:
"Namizəd səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntular, müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O həmçinin, 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib.
İddia olunan qanun pozuntuları təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib".
MSK üzvü əlavə edib ki, dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur. (Report)
18-02-2020, 16:39
17-02-2020, 17:14
21-02-2020, 16:48
24-02-2020, 10:40
22-02-2020, 14:43
Sorğu
Yeni dizaynımız necədir?