Növbədənkənar parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olaraq qalib gələn Nigar Məmmədovanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəki vəzifəsinə xitam verilib.
Bunu modern.az-ın sorğusuna cavabında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departmentinin müdiri Elvin İbrahimov təsdiqləyib. "Qanunvericiliyə uyğun olaraq, Milli Məclisə növbədənkənar seçkilərin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mövcud səlahiyyətlərin icrasına xitam verilir və deputatlıq fəaliyyəti həyata keçirilir. Məlumat üçün bildiririk ki, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilməsi ilə əlaqədar olaraq, Nigar Məmmədovanın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru kimi vəzifəsinin icrasına xitam verilib",-o deyib. N.Məmmədova 2023-cü ilin 1 sentyabr tarixindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı. O, parlamentə ilk dəfə seçilən deputatlardandır. N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?