GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Balababa Rzayevi niyə “tok vurdu”?! –“Azərenerji” təftiş edilə bilər

Balababa Rzayevi niyə “tok vurdu”?! –“Azərenerji” təftiş edilə bilər

Tarix: 8-10-2024, 13:10 Bölmə :Cəmiyyət Baxış: 156


Balababa Rzayevlə bağlı məlum sərəncamın daha dərin qatlardan “süzüldüyü” qənaəti doğur


“Azərenerji” ilə bağlı indiyədək vacib olan şəffaflığı təmin etməli olub da,  etməyən hökumətin başçısının bu sərəncamı bumeranq effekti verir.


Bu ayın 5-də Azərbaycanda daha bir ilk yaşandı: Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Prezidenti Balababa Rzayevə şiddətli töhmət verildi. Bununla da biz ilk dəfə şahid olduq ki, Azərbaycanda nazir statuslu kimsə bu forma və səviyyədə cəzalandırılır… İlk olduğu səbəbindədir ki, o gün-bu gün cəmiyyətdə müxtəlif söz-söhbətlərə, versiyalara yol açıldı.

               

 Siyasi qərar qəbul olunub?


İndi bu istiqamətdə cavabını gözləyən suallar sıralanır: Balababa Rzayevə kəsilən bu cəza hansı səbəblərdən qaynaqlanır?, Rəsmi olaraq ictimailəşən səbəb nə dərəcədə gerçəkdir?, Səbəbkar hansı səhv(lər)inin cəzasını alır?, Onunla bağlı məlum siyasi qərar qəbul olunubmu? Və s.

İlk diqqəti çəkən Baş nazirin belə bir ilkə imza atmasında nə dərəcədə müstəqil olmasıdır. Balababa Rzayev dövlət başçısının etimadını doğruldan, işinin peşəkarı kimi az sayda məmurlardan biri kimi tanınır. Elə bu sərəncamdan iki gün əvvəl də Zəngilanda Sarıqışlaq yarımstansiyasının açılışında Prezidentin yaynında olub. Əlbəttə, nəinki iki günün, hər anın da öz hökmü ola bilir... O da ola bilir ki, baş nazir belə "məsləhət alıb".

Digər diqqəti çəkən məqam isə, bu sərəncamın ardınca hakimiyyətyönümlü medianın “Azərenerji” “şef”inə qarşı hücumu oldu. Ölkə mediasının bəlli durumu halında bunu ictimai, yaxud hansısa dövləti marağa hesablanmış “özfəaliyyət” kimi qəbul etmək sadəcə mümkünsüzdür. “Killer media”nın, “Killer jurnalistlər”in hansı mənbədən qidalandığı və tezislər aldığını bilənlər bilməyənlərdən az deyil.

Beləliklə, müxtəlif ekspert şərhlərində, analizlərdə “Azərenerji” “şef”i “dağdan daşa, daşdan dağa vuruldu”. İndi “yada düşdü ki,” “Azərenerji” son 10 ilə yaxın nə qədər qaz qarışılığında nə qədər enerji ixrac edirmiş, Türkiyədə hansı törəmə şirkəti, hansı ölkələrlə, hanıs əməkdaşlıqda olub və s. və ilaxır.

“Azərenerji” ilə bağlı indiyədək vacib olan şəffaflığı təmin etməli olub da,  etməyən hökumətin başçısının bu sərəncamı bumeranq effekti doğurmaqdadır. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da hər ilin enerji balansı hökumət tərəfindən qabaqcadan təsdiqlənməlidir və təsdiqlənir də. Burada qeyri-adi, sirr sayılacaq bir nəsnə yoxdur. “Azərenerji”nin nə qədər qaz alıb, nə qədər enerji istehsal etdiyini hər bir ölkə vətəndaşının bilmək hüququ və haqqı var. Təəssüf ki, əksər ölkələrdən fərqli olaraq bizim hökumət, hansı səbəblərdənsə bunu ictimailəşdirməkdən çəkinir(?)

Toxunduğumuz məqamlar Balababa Rzayevlə bağlı məlum sərəncamın daha dərin qatlardan “süzüldüyü” qənaətini doğurur. Adətən belə “süzülmələr” üçün isə əvvəlcə SİYASİ QƏRAR olur…

     ***

Yeri gəlmişkən, Yünixeber.org-a sızan məlumatlardan belə məlum olur ki, “bu xəmir hələ çox su aparacaq”. Qarşıdakı günlərdə “Azərenerji” ASC-də təftiş gözlənilir: xüsusi ilə də, dövlət satınalmaları ilə bağlı…

Mövzunun davamı olacaq.

İlqar Salmanov, (Yenixeber.org)





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Balababa Rzayev kollektivə təqdim edildi

    Balababa Rzayev kollektivə təqdim edildi ...

    5-09-2018, 15:47

  • 
  • Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı - PREZİDENTDƏN SƏRƏNCAM

    Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı ...

    4-09-2018, 16:32

  • 
  • "Azərenerji"də yüksək vəzifələrə təyinatlar olub

    "Azərenerji"də yüksək vəzifələrə ...

    20-10-2018, 16:32

  • 
  • İlham Əliyev "Azərenerji" ASC-nin "Dübəndi" yarımstansiyanın açılışında

    İlham Əliyev "Azərenerji" ASC-nin ...

    10-02-2020, 12:01

  • 
  • Prezident İlham Əliyev "Azərenerji" ASC-nin "Dübəndi" yarımstansiyanın açılışında iştirak edib

    Prezident İlham Əliyev "Azərenerji" ...

    10-02-2020, 10:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu