GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Laçın toteminin yaranma tarixi necə olub? - TƏFƏRRÜAT

Laçın toteminin yaranma tarixi necə olub? - TƏFƏRRÜAT

Tarix: 8-10-2024, 13:33 Bölmə :Cəmiyyət Baxış: 218

Laçın, Azərbaycanda Şərqi Zəngəzur regionunda inzibati yaşayış məntəqəsi, Laçın adlı rayonunun mərkəzidir. İndiki Laşın rayonunun ərazisi qədim zamanlarda Zəngəzur vilayətinin Qaraçorlu, Mağavuz, Keştasf, Hacısamlı nahiyələri kimi adlarla tanınıb və bütün rəsmi sənədlərdə Azərbaycan Dövlətlərinin tərkib hissəsi kimi göstərilmişdir. Laçın rayonu ərazisi, 17.05.1992-ci il tarixdən. 01.12.2020-ci il tarixə qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuş, bir çox qiymətli tarix və mədəniyyət abidələri ermənilər tərəfindən ya dağıdılmış ya da görkəmləri dəyişdirilərək erməniləşdirilməyə cəhd edilmişdir. Laçın rayonu, təbii resurslarına, tarix və mədəniyyətinin zənginliyinə eləcədə coğrafi ərazisinə görəAzərbaycanın strateşi ərazilərindən biri kimi tanınır. Laçın onomastik vahidi Laçınkənd (Laçın rayonu), Laçın (Kəlbəcər rayonunda kənd), Laçınlar (Şuşada kənd) Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə və Şuşa rayonlarında yer adı), Laçın dağı (Oğuz), Laçın dərəsi (Kəlbəcər) və s. yer adlarında yaşamaqdadır. Bundan belə bir nəticəyə gəlmək olur ki, Laçın adı tək bu ərazidə yox Azərbaycanın bir çox regionlarında da öz mövcudluğunu qoruyaraq dövrümüzə qədər gəlib çıxmışdır. Bu isə “Laçın” sözünün xalqımız üçün əhəmiyyətinin böyük olduğunun göstəricisidir. Bu baxımdan laçın toponiminin öyrənilməsi başlıca şərt kimi qarşıda durur.

Laçın toponiminin etimologiyası haqqında iki mülahizə mövcuddur. Birinci mülahizəyə görə, “Laçın” sözü türk dillərindəki (sıldırım-qaya, yalçın-qaya) sözünün təhrif edilmiş fonetik forması olduğu iddia edilir.Həqiqətəndə Laçın ərazisinin başdan-başa sıldırım qayalarla əhatə olunması bu mülahizənin irəli sürülməsinə əsas yaradır. Digər regionlarda da sərt ərazilərə, sıldırım qayalıqlara Laçın adının verilməsi, Laçın sözünün sərtyalçın anlamını yaradır. Nəticə etibarı ilə qeyd etmək olar ki, laçın sözü, sərt(yalçın) sözünün fərqli deyiliş forması olmuşdur. İkinci mülahizə isə, Laçın onomastik vahidi məhz qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədar olduğu iddia edilir. Məhz buna görə bəzi mülahizələrdə, laçın quşunun totem olması, sonradan yer adına çevrilməsi iddiaları səsləndirilir. Əsas kimi göstərilir ki, zoomorfik miflərlə (totemlərlə) əlaqədar toponimlərin etimologiyasını araşdıranda məlum olur ki, qədim türklərin müqəddəs hesab etdikləri heyvanların adları bir sistem şəklində yer-yurd adlarına keçərək mühafizə olunmuşdur.

Məlumdur ki türk coğrafiyasında mifoloji toponimlərin işlənmə arealı kifayət qədər geniş və müxtəlifdir. Odur ki, bütün türk coğrafiyasında yaşayan xalqlarda heyvan totemlərinin sistemli şəkildə yer adlarına keçməsi iddiası doğru olmazdı. Çünki fərqli regionlarda yaşayanların fərqli adətləri də ola bilər. İndiki Laçın rayonu ərazisində, “laçınların (quşlarının) yaşadığı ərazi”, “laçın quşlarının çox məskun olduğu ərazi” kimi deyimlərin yaranması Laçın (Şahin) sözünün yer adına keçməsinə şərait yarada bilməsi versiyası istisna edilə bilməz. Lakin xalq arasında bu ərazidə yaşayan insanların da xarakterlərinin “sərt-yalçın” və “təmiz-saf” kimi qiymətləndirilməsi, birinci mülahizəni daha inandırıcı edir. Burada yer və quş adı uyğunluq təşkil etdiyindən bu ad gah yer, gah da quş adı ilə uzlaşır. Bütün bu deyilənlər Laçın (Şahin) quş anlamının əhəmiyyətini heç də azaltmır. Laçın-quş, laçın-yer, laçın-insan adları və xarakterləri bu ərazidə birləşərək sanki harmoniya (vahidlik) təşkil edirlər. Laçın sözü Şimali Altaydakı türk dillərində “şahin” mənasını verir. Türk tayfaları V-VI əsrlərdə Şimali Altayda qartal(şahin) totemini yaratmışdılar. Osmanlı mənbələrində isə Laçın quşunun ağ şahin olduğunu iddia edilir. Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır. Azərbaycan mifik təfəkküründə quş onqanları mühüm yerlərdən birini tutur.

Qədim zamanlardan türk xalqlarının həyatında mühüm yer tutan şahin quşları, türk xalqları tərəfindən ov üçün öyrədilən yeganə yırtıcı quşdur. Şahin küləyin əksinə deyil, küləyə qarşı uçduqda inanılmaz yüksəkliyə qalxa bilir. O, ov dalıca gedəndə sürətlə uçur, sərt hücumla və güclü zərbə vura bilir. Şahinlə ov etmək türklərin qədim adəti olub. Buna görə də türk tayfaları arasında şahinlə bağlı müxtəlif rəvayətlər vardır. Rəvayətlərin birində deyilir ki, uşaq gözləyən xanım yuxularında tez-tez şahin görməsi, onun dünyaya bir qəhrəman övlad gətirəcəyi ehtimalını yaradır. Digər bir rəvayətdə də deyilir ki, şahin insanlar üçün günəşdən bir qığılcım qopararaq yerə od gətirib və insanlar oddan istifadəni öyrəniblər. Sibirin, Altayın, Orta və Kiçik Asiyanın, Qafqazın türk xalqlarının yaddaşında şahin (qartal) haqqında bu kimi çox sayla müxtəlif rəvayətlərə rast gəlmək olur. Ümumilikdə belə görünür ki Şahin türklər arasında həm də günəş, işıq mənbəyi totemi də hesab olunurmuş. İndiki Laçın rayonu ərazisində şahinlə ov etmək adətlərinin olduğunu şərtləndirən amillər olub. Beləki indiki Laçın ərazisində hələ sinifli cəmiyyətə keçməzdən əvvəl oxçuluqla məşğul olan insan qrupları olub. Oxçular, yəni bir qrup oxçuluq sənəti üzrə təlim görmüş insanlar, ovçuluqla məşğul olaraq tayfanın digər üzvlərinin də qida ehtiyaclarını ödəyirlərmiş. Tayfanın digər üzvləri oxçuları yanlarına çağıranda şəxsin adıyla deyil sənətinə - “gəl-oxçu” deyə müraciət edirlərmişki, sonralar bu söz “gəloxçu kimi formalaşaraq, dövrümüzə qədər gəlib çıxmışdır.

 “Gəloxçu” (gəl-oxçu)ların nəsli bugünkü günə qədər Laçın rayonu ərazisində yaşamaqdadır. Əlbəttə indiki Laçın rayonu ərazisində ovçuluq sənətinin geniş inkişafı Şahin quşlarından istifadəni də qaçılmaz edirdi. Bu baxımdan Laçın(quş) totemlərinin də bu ərazidə yaranması təbii hadisə idi. Məhz bu səbəbdən də bu totemin daş üzərində işlənməsi V-VI əsrə aid olduğunu ehtimal etmək olar. İlk dəfə Laçın(Şahin) toteminin Bu totemlərdən biri Laçın rayonunun Çıraqlı kəndi ərazisində aşkar edilmişdi. Bu totemi araşdıran Qalib Nüsrət oğlu Quliyevin gəldiyi son qənaət belədir: “Quşun yaddaşı QAZ mənşəlidir. Sinəsindəki 5 sıra dalğavari xətlər qaz-qız simvolizmidir. Sağ qanadın yuxarısında 3x3 tərtibli MAQ kvadratı həkk olunub. Quşun caynaqlarındakı qoç rəmzi, qoç dövrünün sonu olduğunu göstərir. Quşun gövdəsindəki 5 dalğavari rəmz 3+4+5+4+3=19 edir. Quşun sağındakı və solundakı 3x3=9 kodları, 2x9=18+1=19 edir”. Bu şahin toteminin mövcudluğu indiki Laçın rayonu ərazilərinin nə qədər qədim tarixə və mədəniyyətə malik olduğunun əyani göstəricisidir.


Faiq İsmayılov

AMEA A.A.Bakıxanov adına 

Tarix və Etnologiya İnstitunun əməkdaşı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Laçın... - Fotolar

    Laçın... - Fotolar ...

    15-05-2014, 18:05

  • 
  • 25 il Laçınsız...

    25 il Laçınsız... ...

    18-05-2017, 08:00

  • 
  • Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar

    Prezident İlham Əliyev və Mehriban Əliyeva ...

    16-08-2021, 20:52

  • 
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü

    Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini ...

    11-11-2020, 13:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (82)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu