GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DİN-də kollegiya iclası keçirilib (FOTO/VİDEO)

DİN-də kollegiya iclası keçirilib (FOTO/VİDEO)

Tarix: 17-10-2024, 19:16 Bölmə :Cəmiyyət Baxış: 181


Daxili İşlər Nazirliyində (DİN) kollegiya iclası keçirilib.


2024-cü ilin 9 ayının yekunları ilə bağlı diqqətə çatdırılıb ki, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Qeyd edilib ki, axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub, habelə ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Həmçinin, qanunsuz dövriyyədən 4 ton 81 kiloqram narkotik vasitə çıxarılıb və bu əməllərə görə 5735 nəfər saxlanılıb.

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı görülən işlər və profilaktik tədbirlərin effektivliyi də öz müsbət nəticələrini göstərib və müvafiq hadisələrin sayı 173 fakt, qəzalarda həlak olanların sayı 107 nəfər, xəsarət alanların sayı 120 nəfər azalıb.

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri məruzə edərək narkotiklərlə mübarizə, gənclərin Polis Akademiyasında təhsilə təşviqi, kadrların hazırlığı, ixtisasının artırılması və peşəkarlıqlarının yüksəldilməsi, COP29 tədbiri ilə əlaqədar hazırlıq işlərinin gedişi və digər istiqamətlərdə görülmüş işlərdən, qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətindən, əldə edilən nəticələrdən danışıblar.

İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb.

Nazir hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaşların fəallığının artmasına da toxunaraq qeyd edib ki, cinayətkarlığa, onun transmilli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, yol hərəkəti təhlükəsizliyinin təminində müşahidə olunan müsbət təmayüllər məhz günbəgün möhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürüdür və bu işbirliyi fundamental insan hüquqlarının müdafiəsində, hər bir şəxsin qanuni mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında mühüm rol oynayır.

Bununla yanaşı, mediada, sosial şəbəkələrdə, qəbullarda qaldırılan ədalətli və obyektiv məsələlərin təhlilinin aparıldığını və fəaliyyətdə nəzərə alındığını vurğulayan daxili işlər naziri bütün müraciətlərə operativ qaydada baxıldığını, qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarlara hüquqlarının izah olunduğunu diqqətə çatdırıb. Həmçinin, bildirib ki, ölkədə cinayətkarlıqla mübarizədə, asayişin və təhlükəsizliyin təmini işində əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır, şəxsi heyət suverenliyini tam təmin etmiş Azərbaycanın bütün ərazilərində qanunla müəyyən edilmiş vəzifələrinin icrasını böyük əzmlə davam etdirərək xalqa xidmət funksiyalarını layiqincə həyata keçirməyə çalışır.

Eyni zamanda, avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneə törədən avtomobillərin kənarlaşdırılmasının, sürücü intizamının daha da yüksəldilməsinin, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.

Yekunda general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin bundan sonra da məsul vəzifələrin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcəyinə, ölkədə sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəyinə əmin olduğunu bildirib.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 32 cinayətkar qrup ifşa olunub

    Bakıda 32 cinayətkar qrup ifşa olunub ...

    26-07-2013, 15:00

  • 
  • Mirqafar Seyidov Bakı polisinə tapşırıq verdi

    Mirqafar Seyidov Bakı polisinə tapşırıq verdi ...

    9-07-2017, 11:25

  • 
  • Bakıda yarım ildə nə qədər cinayət baş verib?

    Bakıda yarım ildə nə qədər cinayət baş verib? ...

    8-07-2017, 22:30

  • 
  • DİN: Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər ...

    17-10-2019, 13:43

  • 
  • Ramin Usubov kollegiya iclası keçirir

    Ramin Usubov kollegiya iclası keçirir ...

    21-04-2017, 17:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu