GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - “Gəlib danışsın”

“Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - “Gəlib danışsın”

Tarix: 17-10-2024, 23:00 Bölmə :Cəmiyyət Baxış: 149

“Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - “Gəlib danışsın”

Müdafiə Nazirliyinin bu dəfə 42 milyonluq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda “Şlyapa Zahid” ləqəbli məşhur zabit sərbəst ifadə verib.
Qısaca məlumat üçün deyək ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 42 milyon 470 min 885 manat kredit götürüb. O, həmin krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurmağa görə mühakimə edilir, amma ittihamları qəbul etmir.
İlk baxış iclasında onun vəkili törədilən cinayətdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Deyib ki, 24 milyonun köçürüldüyü şirkət əslində müvəkkili Niftəliyevin, yox Sadıkovundur. Vəkil bu məsələlərə aydınlıq gətirməsi üçün Nəcməddin Sadıkovu məhkəməyə çağırıb.

Bu prosesdə “Şlyapa Zahid” də vəkilinin dediklərini təsdiq edib. İfadəsində deyib ki, Nəcməddin Sadıkovun xahişinə görə adına şirkət açılmasına razı olub. Amma şirkətin sonradan yeyinti məqsədilə istifadə edilməsindən məlumatsız olub: “Bir işlə bağlı Sadıkovun qəbuluna girmişdim. Söhbət əsnasında dedi ki, bəs bizə önəmli bir iş görmək üçün şirkət lazımdır. Mərhum vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən işlər görməli idi. Bu işləri reallaşdırmaq üçün də şirkət lazım idi. Məhz bu səbəbdən razı oldum. Fazil Məmmədov vəfat edəndən sonra bilmişəm ki, mənim üstümdən oyun oynayıblar”.

Niftəliyev özü də məhkəmə zalından Nəcməddin Sadıkova müraciət yollayıb, ondan hər şeyi danışmasını istəyib: “Bankdan 42 milyon götürülüb. Bu qədər pulu mənə kim verə bilərdi? Oradan mənə 40 manat da çatmayıb. Demirəm ki, Nəcməddin Sadıkov, ya Fazil Məmmədov yeyib. Amma onlar bilirdilər. Nəcməddin Sadıkovdan xahiş edirəm, gəlib danışsın”.
“Amma sənədlərdə sizin imzalarınız var”-, dövlət ittihamçısı deyib. Niftəliyev bunu təsdiq edib. Onun sözlərinə görə, bankda imzalar atıb, amma pul söhbətindən xəbərsiz olub.
“Şlyapa Zahid” sonda Fazil Məmmədovun müşaviri olmuş Mahir Rəfiyevin otağında baş tutan toplantıdan söz açıb.
Məhkəməyə sədrlik edən hakim Novruz Kərimov bu yerdə iclası dayandırıb.
Prosesin davamı qapalı keçirilib.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Onu da əlavə edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./“Qafqazinfo”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şlyapa Zahid” yenidən həbs olundu - 42 milyon ziyan vurub

    “Şlyapa Zahid” yenidən həbs olundu - 42 milyon ...

    19-07-2023, 11:53

  • 
  • “Şlyapa Zahid”in həbsi ilə bağlı - YENİ DETALLAR

    “Şlyapa Zahid”in həbsi ilə bağlı - YENİ DETALLAR ...

    31-05-2022, 11:51

  • 
  • Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - 24 milyonluq mənimsəmə...

    Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham - ...

    2-08-2024, 13:20

  • 
  • Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR – “Onun xəyanətini faktlarla ortaya qoymuşduq”

    Nəcməddin Sadıkovla bağlı SENSASİON DETALLAR – ...

    1-06-2022, 17:42

  • 
  • Nəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində fəhlə kimi işlədib - YENİLƏNİB

    Nəcməddin Sadıkovun yaxın adamı hərbçiləri evində ...

    23-01-2023, 15:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu