Ukrayna prezidenti Volodimir Zelenskinin N-370 Fərmanına əsasən, Ukrayinanın azadlığı və suverenliyi uğrunda qəhrəmancasına həlak olan iki soydaşımızı ölümündən sonra, lll dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.
Belə ki, kiçik çavuş Əsgərov Faiq Tahir oğlu və əsgər Aslanov Ramiz Dursun oğlu ölümündən sonra təltif ediliblər. Orden soydaşlarımızın yaxınlarına təqdim olunub.
Qeyd edək ki, həmçinin Əsgərov Faiq Tahir oğlunun adına küçə verilib və adının əbədiləşdirilməsi üçün bilbord quraşdırılıb.
P.S. Rusiyanın Ukrayinada başlatdığı genişmiqyaslı işğalı dövründə Ukrayinanın azadlığı və suverenliyi uğrunda (döyüş şəraitində) 60-a yaxın soydaşımız həlak olub.
Sorğu
Yeni dizaynımız necədir?