GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dil milli birliyin birinci şərtidir

Dil milli birliyin birinci şərtidir

Tarix: 21-10-2024, 14:03 Bölmə :Cəmiyyət Baxış: 176

Azərbaycan Dövlətinin dövlət dili “Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında” 1918-ci il 28 may tarixli Bəyənnaməsində, Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən türk dilinin dövlət dili olaraq qəbul olunması haqqında 27 iyun 1918-ci tarixli qərarında, “Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyənnamə barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarında, “Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktında, 22 dekabr 1992-ci il tqrixli, 413 saylı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”da əks olunan prinsiplərə, əsaslara uyğun, ölkədə çoxluq təşkil edən, ölkə ərazisinin çoxu onun milli ərazisi olan və bu arealda tarixən faktiki ortaq ünsiyyət vasitəsi olaraq mövcud olan Türk millətinin dili – Türk dili olmalıdır.

Əgər ölkə ərazisi, ölkədə yaşayan və ölkə ərazisi tərkibində onun milli əraziləri olan millətlərin birləşməsindən yaradılmışdırsa, onda bu millətlərin dilləri onların hamısının say çoxluğu sırası ilə I, II və sairə dövlət dili statusu daşıya bilərdi... lakin, bu hal Azərbaycan Respublikasına aid edilə bilməz, çünki Azərbaycan Respublikasının ərazisi Türk milli ərazisində, Türk millətinin iradəsini əks etdirən yuxarıda sadalanan sənədlərdə oluşdurulmuş, sonradan bərpa edilmiş, indi də eynən adlandırılmalıdır.Bütünün (məqalənin) adında deyildiyi kimi dil milli birliyin birinci şərtidir. Başqa sözlə, dil, fikir və əməl birliyi olmadan hər hansı birlik qurulmaz. Dil birliyini təmin etmənin reallıqdan irəli gələn faktiki və elmi əsasları vardır. Dil birliyini, həm də mümkün qədər əhatəli, mənalı, məntiqli ədəbi dili formalaşdırmaq üçün həvəskar və özfəaliyyət qaydası yetərli deyil. Ona görə də bu yöndə:

1. Xüsusi Dövlət Proqramı qəbul edilməli;

2. Xüsusi Dövlət Proqramını oluşduran peşəkar dilçilərdən, habelə həvəskarlardan Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu yaradılmalıdır.

3. Dövlət Türk Dil Komissiyasının İşçi Qrupunun işini təşkil etmək üçün Dövlət Büdcəsindən gərəkən miqdarda pul ayrılmalıdır. 

4. DTDKİQ üzvləri hazırda mövcud olan söz ehtiyatlarımızdan Türk Dil Bankımızı yaratmalıdır. 

5. Türk Dil Bankımızı daha da zənginləşdirmək üçün yurdumuzun bütün bölgələrində, o cümlədən respublika ərazisindən kənarda bütün, o cümlədən arxaik və dialekt söz nümunələrini toplamaq üçün Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu üzvləri, bölgələrin sayı qədər yarımqruplara bölünərək, yerlərdə çalışmaqla görəvləndirilməlidir. İşçi qrupunun işini asanlaşdırmaq, ona yardım edilməsi üçün Azərbaycan xalqına və soydaşlarımıza müraciət edilməli, onların təqdim etdikləri söz nümunələri də qeydə alınmalıdır.

6. Söz ehtiyatlarımızın toplanmasını bitmiş saydıqdan sonra Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu birgə qərar verməklə yeni, zənginləşmiş Azərbaycan Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

7. Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu eyni işin respublikamızdan kənar bütün Türk boylarında təşkil edilməsi üçün, bütün Türk boylarına, onların dövlətlərinə, yerli inzibati və kompakt yaşam vahidlərinə müraciət etməlidir. 

8. Yalnız, bütün Türk boylarından toplanan söz ehtiyatlarımızın toplanmasını bitmiş və incələnmiş saydıqdan sonra, Türk Boylarının Dövlət Dil Komissiyalarının İşçi Qrupu birgə qərar verməklə yeni, bütün Türk boylarının söz ehtiyatlarını ehtiva edəcək, yaradılacaq Turan Dövlətinin dövlət dili funksyasını yerinə yetirə biləcək, daha dolğun, zənginləşmiş ümumtürk - Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

9. Türk Dil Bankı əsasında Türk millətinin vahid tədris, təlim, tərbiyə işlərinə başlanılması üçün dərsliklər çap edilməli, mətbuat, informasiya vasitələri, dövlət dili bu əsasa keçməlidir. Bu işi Türk dövlətləri birlikdə maliyyələşdirilməlidir.

10. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.

11. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə,hökumətlərinə, Türk dövlətlərinin parlament və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına göndərilməli və onların – Ümumtürk Dil Hərakatında fəal iştirakı istənilməlidir.

12. Təşkilati işlər, Birinci Türkçülük Çalışmaları iştirakçıları sırasından seçiləcək Təşkilat Qrupuna tapşırılmalıdır. 


Keçmiş prokuror, əmək veteranı, 

Məmmədxan Əzizxanlı.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür ...

    18-10-2019, 10:10

  • 
  • 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi ...

    18-10-2018, 11:11

  • 
  • 18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür

    18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür ...

    18-10-2024, 15:43

  • 
  • “Yol terroru”nun qorxunc statistikası: 500-dən çox şəxsi ölümə aparan SƏBƏBLƏR

    “Yol terroru”nun qorxunc statistikası: 500-dən ...

    18-10-2021, 11:23

  • 
  • Müstəqilliyin bərpasından 33 il keçir

    Müstəqilliyin bərpasından 33 il keçir ...

    18-10-2024, 10:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu