GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Evə başqa qadın gətirən ərini öldürdü, həbs olunmadı – Bakıda idmançının qətlinin TƏFƏRRÜATI

Evə başqa qadın gətirən ərini öldürdü, həbs olunmadı – Bakıda idmançının qətlinin TƏFƏRRÜATI

Tarix: 22-10-2024, 15:02 Bölmə :Cəmiyyət Baxış: 165

Evə başqa qadın gətirən ərini öldürdü, həbs olunmadı –

2022-ci il sentyabrın 2-də Bakının Xətai rayonu Neapol küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Hadisə olan Neapol küçəsi, 41 ünvanında üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Nurani Qalabəylinin meyiti aşkar edilib. Şübhəli şəxs qismində mərhumun arvadı 1987-ci il təvəllüdlü Əfsanə Qalabəyli saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nurani Qalabəylinin bədən səthində 14 ədəd bıçaq yarası aşkar edilib.

GUNDEMXEBER.AZ xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 2-i saat 11 radələrində Əfsanə Qalabəyli əri Nurani Qalabəylinin əxlaqsız hərəkətlərindən və mütəmadi onu söyməsindən əsəbləşərək, qisas niyyəti ilə ərini öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək yataq otağına girib və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı yoldaşının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Əfsanə Qalabəyli bildirib ki, Nurani kikboksinq idman növü üzrə məşqçi olub. Əri həmişə onunla pis rəftar edib:

“Naxçıvandan Bakı şəhərinə köçdükdən sonra Nurani mütəmadi spirtli içkilər qəbul edib və evə pozğun qadınlar gətirməyə başlamışdı. Nuraninin bu hərəkətlərinə etiraz etdikdə yoldaşım məni döyürdü. Nurani bir neçə dəfə Rəsmiyyə adlı qadını evimizə gətirərək, onunla qonaq otağında cinsi əlaqədə olub. Vəziyyət o yerə çatmışdı ki, övladlarımız atalarının digər otaqda qadınlarla əlaqədə olmasını başa düşmüşdü. Nuraninin bu hərəkətlərinə dözməyimin yeganə səbəbi uşaqlarımın olması idi. Rəsmiyyə adlı qadın da Nuranidən qorxurdu. Ərim bir dəfə onu da döyüb, burnundan qan açılıb, evlərinə təcili yardım işçiləri gəlib.
Sentyabrın 2-də Nurani yenə məni təhqir etməyə başlayıb və Rəsmiyyəni evə gətirib onunla yaşayacağını dedi. Buna görə onu bıçaqla vurub yaralamaq fikrinə düşdüm. Düşündüm ki, ərim xəstəxanada olduğu müddətdə, övladlarımla bir neçə gün rahat nəfəs alarıq. Yataq otağına daxil olandan sonra əvvəl boyun nahiyyəsinə zərbə enidirdim, üzünü mənə çevirdiyi an xəsarətlər yetirməkdə davam etdim. 3 zərbə vurmağım yadımdadır, qalan zərbələri necə vurduğumu xatırlamıram. Nurani yaralanmasına baxmayaraq qəzəbli halda üzərimə gəldi. Mən də əlimdə bıçaqla bloka çıxıb qonşuların qapılarını döydüm. Qışqıraraq polis və tibbi yardım çağırmaları üçün yalvardım, lakin heç kim qapını açmadı. Qısa müddətdən sonra polis əməkdaşları gələrək məni bölməyə apardılar”.
Əfsanə Qalabəyli əlavə edib ki, Nuranini necə vurmasını uşaqları görməyib, onlar həmin vaxt qonşu otaqda olublar.
Məhkəmə iclasında Əfsanə Qalabəyli ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqda verdiyi ifadəsini təsdiq edib. Qeyd edib ki, əməlindən peşmandır.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Xaqani Qalabəylinin istintaqda verdiyi ifadəsi elan olunub. O bildirib ki, qardaşı Nurani 2008-ci ildə Əfsanə ilə ailə həyatı qurub, bir ildən sonra Naxçıvandan Bakıya köçüblər:
“Nikahdan 4 övladları dünyaya gəlib. Qardaşım yaşca məndən böyük olduğu üçün münasibətimizdə məsafə vardı. Tez-tez telefonla danışırdıq, ay ərzində 3-4 dəfə görüşürdük. Heç vaxt onların yaşadığı evdə olmamışam. Sentyabrın 2-də yaşadığımız ərazinin sahə rəisi mənə zəng edərək, qardaşımın arvadı Əfsanə tərəfindən öldürüldüyünü bildirdi. Nuraninin yaşadığı mənzilə çatanda, meyitini qonaq otağının gişində, dəhlizdə olduğunu gördüm. Üzərindəki paltarlar və döşəmə qana bulaşmışdı. Sonradan qardaşımın yaşadıqları evə qadın gətirib, onunla 3 il müddətində cinsi əlaqədə olmasını öyrəndim. Buna görə də, Əfsanə ilə Nuraninin münasibəti yaxşı deyilmiş”.
Xaqani Qalabəyli qeyd edib ki, Əfsanə Qalabəyliyə qarşı şikayəti və tələbi yoxdur.
Şahid qismində dindirilmiş Rəsmiyyə Abuşova ifadəsində göstərib ki, Nurani Qalabəylini təxminən üç ildir ki tanıyır, onunla kafedə işləyərkən tanış olub:

“Bir müddətdən sonra Nurani cinsi əlaqədə olmağı təklif etdi və məni yaşadığı mənzilə aparacağını dedi. Arvadı və uşaqları olan mənzilə getməyəcəyimi söyləyəndə, Nurani mənə yoldaşının buna etiraz etməyəcəyini bildirdi. Bundan sonra onunla birgə Nuraninin evinə getdim. Əfsanə mənə xoş gəldiyini və sərbəst olmağımı dedi. Nurani ilə qonaq otağında cinsi əlaqədə olduq. Axırıncı dəfə hadisədən bir həftə əvvəl onların evində olmuşam”.
Şahid Ulduz Əliyeva ifadəsində göstərib ki, sentyabrın 2-də evdə olanda səs-küy eşidib:
“Pəncərədən baxanda, məhəllədə insanların yığışdığını gördüm. Sonradan eşitdim ki, qonşuluqda yaşayan Əfsanə ərini bıçaqlayıb. 2019-cu ildən həmin binada yaşasam da, Əfsanəgilin evindən səs-küy eşitməmişdim. Lakin bir qonşu kimi söhbət edən zaman qadın yoldaşından gileylənirdi və ondan qorxduğunu deyirdi. Hadisədən sonra Nurani Qalabəylinin evinə əxlaqsız qadınlar gətirdiyini bildim”.
İstintaq zamanı keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Əfsanə Qalabəyli anlaqlı hesab olunub. Məhkəmənin gedişatında, təqsirləndirilən şəxsin psixioloji müayinəsini stasionar şəraitdə davam etdirilməsi və məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilib. Kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilib ki, yoxlanılan şəxsdə hazırda “orta dərəcəli depressiv pozuntu” əlamətləri ilə psixi patologiya müəyyən edilir. Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranıb. O, hazırda öz prosessual hüquq vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil. Buna görə, Əfsanə Qalabəyli ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir.

Məhkəmə nəticəyə gəlib ki, Qalabəyli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Amma, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əfsanə Qalabəyli cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunub.


 

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdmançı ərini öldürən Əfsanə cəzadan azad edildi - FOTO

    İdmançı ərini öldürən Əfsanə cəzadan azad edildi ...

    21-06-2024, 13:21

  • 
  • DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

    DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞUN ...

    14-04-2015, 23:35

  • 
  • Ata qızını öldürdü

    Ata qızını öldürdü ...

    15-06-2013, 18:12

  • 
  • Bakıda arvad boyunbağı ilə ərini boğaraq öldürüb

    Bakıda arvad boyunbağı ilə ərini boğaraq öldürüb ...

    10-08-2021, 11:30

  • 
  • Bakıda çay evində QƏTL - Başına çaydanla vurub öldürdü

    Bakıda çay evində QƏTL - Başına çaydanla vurub ...

    18-10-2019, 10:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu