GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yaşayış ola-ola bina söküldü – “Melissa Group”u hansı cəza gözləyir?

Yaşayış ola-ola bina söküldü – “Melissa Group”u hansı cəza gözləyir?

Tarix: 23-10-2024, 22:47 Bölmə :Cəmiyyət Baxış: 222

Yaşayış ola-ola bina söküldü –

İki gün bundan öncə Bakının Yasamal rayonu, Alatava -1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb. Bu məlumatlar sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, “Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

Bəs belə bir vəziyyətdə tikinti şirkətinə, söküntünü icra edən işçilərə hansısa cəza tədbiri olması nəzərdə tutulurmu? Qanun bu barədə nə deyir? Məsələni “Yeni Sabah”a şərh edən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, sözügedən hadisə ilk dəfə deyil ki, baş verir:

“Oxşar hadisələr dəfələrlə yaşanıb. Sakinlər söküntünü qanunsuz saydıqları üçün yaxud da təklif olunan məbləğ ev sahiblərini qane etmədiyindən evi tərk etməkdən boyun qaçırırlar. Bəzən isə sökülən yaşayış yerinin əvəzinə müvəqqəti belə olsa, ayrı bir ev təklif edilmir. Tikinti şirkəti və ev sahibi arasında narazılıqların ortaya çıxması dövlət ehtiyacları xaricində aparılan tikinti, abadlıq işləri zamanı daha çox müşahidə olunur. Dövlət ehtiyacları üçün söküntünün aparılması Mülki Məcəllədə öz əksini tapıb. Burada meyarlar hamısı bir-bir sadalanıb. Bu qanuna ölkə və beynəlxalq əhəmiyyətli yolların tikilməsi, kommunal xətlərin çəkilməsi, hərbi məqsədli tikintilər və s. aiddir.

Belə hallarda Nazirlər Kabinetinin təyin etdiyi məsul şəxs, adətən, rayon icra hakimiyyətindən olur. Onlarla sakin arasında razılıq əldə olunmayanda icra hakimiyyəti həmin sakini məhkəməyə verir. Məhkəmə bu zaman məcburi qaydada evdən çıxarılma ilə bağlı qərar çıxarır. Məhkəmə qərarının icrası ilə bağlı məsul şəxslər gələrək qərarı icra edirlər. O zaman çox nadir hallarda problemlər yaranır. Çünki həmin icraçılar təcrübəli insanlardır. Dövlət ehtiyacı üçün söküntü işləri aparılan zaman kompensasiyanın məbləğini Nazirlər Kabineti təyin edir. Əgər dövlət ehtiyacları üçün deyilsə, qanun deyir ki, şirkət ev sahibi ilə mütləq qaydada razılaşmalı, müqavilə bağlanmalıdır. Əgər ev yiyəsinin tələb etdiyi pulu şirkət ödəmirsə, onun evi sökmək hüququ yoxdur”.
Vəkil onu da qeyd edib ki, şirkət ev sakinləri ilə razılaşma əldə edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər:
“Ancaq məhkəmənin ixtiyarı yoxdur ki, mülkiyyət sahibinin razılığı olmadan onun haqqında desin ki, bu qədər kompensasiya verilir və evdən çıxmaq lazımdır. Qanun hər iki tərəfin razılığını tələb edir. Burada məcbur edilmə, hədə-qorxu etmək cinayət tərkibi yaradır. Evin içərisində əmlak, insan olduğu halda söküntü işi aparmaq cinayət sayılır. Bu, hüquqi şəxslər tərəfindən törədilən şəxsi əmlakın məhvi ilə bağlı cinayətdir, insan hüquqlarının pozulması deməkdir.

Əgər məhkəmə qərarı varsa, cinayət işinin qaldırılması üçün prokurorluğa müraciət etmək lazımdır. Digər bir yol isə məhkəməyə müraciət edərək, həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etməkdir. Əgər insanlar öz hüquqlarını müdafiə etməyə başlasalar, bu, həmin şirkətlər üçün dərs olar. İnsanlara özlərini müdafiə etmək üsullarını izah etmək, onları maarifləndirmək lazımdır”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz aksiyası keçiriblər

    Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz ...

    17-08-2017, 14:30

  • 
  • Bakının bu ünvanında söküntü başlayır – sakinlərə kirayə pulu ödəniləcək

    Bakının bu ünvanında söküntü başlayır – sakinlərə ...

    20-05-2020, 14:57

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Bakıda nurçuların evi söküldü - FOTO

    Bakıda nurçuların evi söküldü - FOTO ...

    15-05-2014, 11:24

  • 
  • Yeni tikilidə ev istəmirəm, çünki qorxuram' - ARAŞDIRMA

    Yeni tikilidə ev istəmirəm, çünki qorxuram' - ...

    19-07-2023, 13:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu