GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)

Döyüşlərdə düşmənin kabusuna çevrilən qəhrəman (Məmmədov Tural Gülməmməd oğlu)

Tarix: 4-11-2024, 20:59 Bölmə :Cəmiyyət Baxış: 108


Vətənpərvərliyin dərin və tarixi kökləri var. Bu hisslər insana onun genləri vasitəsi ilə ötürülür. Bunlar ən ülvi hisslər və duyğulardır. Bu gərək insanın ruhunda olsun. İnsanın qiyməti onun vətənə, millətə olan vətənpərvərlik duyğuları ilə ölçülür.


Elə bu hiss və duyğularla yetişən gəncliyimiz  son 200 illik Azərbaycan tarixində görünməyən bir qələbə qazandı. Ordu, xalq və Ali Baş Komandan birliyi xalqımıza böyük qələbə bəxş etdi. Böyük sərkərdələr yetişdirən Azərbaycan tarixi qələbəsini qazandı. Torpaqlarımız işğaldan azad oldu. Azərbaycann konstitusion hüququ, ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Azərbaycan əsgərinin gücü və əzmi bəşəriyyət tarixində böyük iz qoydu. Xalqımız ordusunun və Ali Baş Komandanın yanında olmaqla dəmir yumruğa çevrildi. Bu o yumruqdur ki, ermənilərin başını cəmi 44 gündə əzdi. 23 saat davam edən antiterror əməliyyatı isə erməni daşnaklarının belini sındırdı və Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Torpağı öz qanları ilə vətən edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və bu gün səngərdə əlləri tətikdə dayanan əsgərlərimiz bizlərin qürur ünvanımızdr. Elə bu qürur duyduğumuz qazilərimizdən biri də MƏMMƏDOV TURAL GÜLMƏMMƏD oğlunun ünvanıdır. Onu yaxından tanıyaq:

Məmmədov Tural Gülməmməd oğlu 1987-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olmuşdur. 1994-cü ildə Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbin birinci sinfinə daxil olur. Təhsilini 136 saylı məktəbdə davam etdirən Tural Məmmədov 2005-ci ildə tam orta məktəbi bitirir.

2006-cı ildə həqiqi hərbi xidmətə göndərilir. Topçu batareyasında xidmətə başlayır. Topun dərin sirlərinə yiyələnir. Bu silahın istifadə və dəqiq hədəflərin vurulma mexanizmini ətraflı öyrənir. Ağstafada yerləşən N saylı hərbi hissədə topçu kimi xidmətini başa vurub, evə qayıtdıqdan sonra fəhlə kimi bir çox işlərdə özünü sınayır. Amma bir yerdə qərar tuta bilmir. O, yenilik axtarışında idi. İş quraraq, onu daha da genişləndirib insanlara xidmət etmək kimi böyük arzularla axtarışında idi. Nəhayət, günlərin bir günü kiçik biznes fəaliyyətinə başlayır və getdikcə biznesi böyüdür. O, haqsızlığa heç vaxt dözə bilmir. Ən xırda, kiçik mübahisələrdə belə həmişə haqqın və ədalətin yanında yer alırdı. Onunla söhbət daha maraqlı olur:

“Bir sözü tez-tez təkrarlayanda, qiymətdən düşür,   mən belə şeyləri sevmirəm, çalışırım ki, maksimum dərəcədə düz olam. Əlbəttə ki, indiki cəmiyyətdə bu çox çətindir. Amma çətin də olsa, bunu edirəm”.

2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə işğalçılara qarşı genişmiqyaslı hücum başladı. Ürəyi vətən eşqi ilə döyünən hər kəs komissralıqlara üz tuturdu. Tural bu barədə belə danışır:

“Məndə bir xasiyyət var. Kim nəyi edirsə, mən onu təkrarlamaq  istəmirəm. Gördüm ki, hamı könüllü olaraq komissarlığa üz tutur. Bəziləri isə qorxu içində idi. Ona görə qorxurdu ki, birdən onu döyüşə apararlar. Mən isə düz 11 dəfə komissarlığa getdim. Hər dəfə mənə deyirdilər ki, sənin sənədlərini tapa bilmirik. Mən də məyus halda geri dönürdüm. Sonuncu dəfə isə dözməyib orada işləyən bir qıza yaxınlaşdım. Sənədlərimi arxivdən tapdırıb, xahiş elədim ki, şəxsi sənədlərim olan qovluğu birinci sıraya qoysun. Həmin günün axşamı mənə komissarlıqdan zəng gəldi. Dedilər ki, sabah yaxınlaş, gedirsən xidmətə. Çox sevindim, çünki döyüşə gedirdim. Vətəni quldurlardan xilas etməyin zamanı gəlmişdi. Bir də ki, vətəni sevməyi pulla satmırlar, o gərək qanda ola. Müharibə şərəf məsələsidir.”

Döyüş başladı

Müsahibimiz o qədər həyəcanlı idi ki, söhbət elədikcə sanki o anları bir də yaşayır, əlləri əsir, rəngi ağarırdı. Amma xatirələrini maraqla anladırdı:

“İlk olaraq bizi Ağcabədiyə, sonrası gün isə Beyləqana apardılar. İki gün təlimdən sonra N saylı hərbi hissənin tərkibində döyüşə başladıq. Onu da qeyd edim ki, təlim vaxtı mənim topçu biliklərim komandirimizin diqqətini cəlb eləmişdi. Bu baxımdan hesab edirdim ki, döyüşdə ermənilərdən qisasımızı ala biləcəm. İlk döyüşümüz Cəbrayıl istiqamətində oldu. Düşmənin bir çix dayaq məntəqələrini, texnikasını,  canlı qüvvəsini kəşfiyyat dəstəsinin verdiyi koordinata uyğun olaraq dəqiq və nöqtə atışlarla məhv etdik. Daha sonra biz Qubadlı istiqamətondə döyüşlərə başladıq. Düşmən texnikanı, silah-sursatı qoyub qaçırdı. Nəhayət, biz Qubadlının Xanlıq qəsəbəsində yerimizi möhkəmlətdik. Ordumuz sürətlə irəliləyir, düşmən geri çəkilirdi. Çox keçmədi ki, Qubadlı da Ermənilərdən təmizləndi. Bizim düşməni məhv etməyimiz hər bir döyüşçüdə böyük ruh yüksəkliyi yaratmışdı. Komandirimiz Zaur Ələkbərovun göstərişinə əsasən qarşıda  mühasirəyə düşmüş əsgərlərimizin xilası üçün böyük və peşəkar döyüş planı quruldu. Plan və taktika uğurla işlədi, əsgərlərimizi mühasirədən çıxarmağı bacardıq. Döyüş ərəfəsində mən böyük zədə almışam, sənəddə 3-cü qrup Qarabağ əliliyəm, amma əslində həkimlərin rəyinə əsasən, mənə ikinci qrup verilməli idi. Dərmanlarla yaşayıram. Qrup davası eləmirəm. Özləri çağırıb veriblər. Haqsızlıq görəndə özümü saxlaya bilmirəm.

Döyüş yoldaşlarımdan Əli Səlimovu, Muradı, Nahidi, Calal Ağayevi, İsanı deyə bilərəm. İndi travmadan sonra yaddaşım itib, az-az yadıma adalar düşür. Əli yaxşı oxuyandır, televizora da çıxır. Yaxşı dostuq. Nə isə əsas odur ki, qələbə qazandıq. Düzdür, sağlamlığım yerində deyil, yarımcanam. Əsas vətən sağ olsun. Prezident Ali Baş Komandanın sərəncamı ilə  Cəbrayılın, Qubadlının alınmasına görə medalları ilə təltif olunmuşam.”

Döyüş yoldaşları arasında, Turalı “Canavar Tural” deyə çağırardılar. Döyüş vaxtı çəkilən video bu deyilənləri bir daha təsdiq edir. Topun atış traektoriyasını özü düzəldir və tətiyi çəkir.

 

ONLAR DÖYÜŞDƏ TANIŞ OLDULAR

 

Tural döyüş yoldaşları haqqında da danışır. Düzdür onların sayı kifayət qədərdir. Daha çox  Asəfin igidliyindən söhbət açır.

Asəf haqqında qısaca arayış:

Agayev Asəf  Sabir oglu 1988-ci ildə Cəbrayıl rayonu Kavdar kəndində anadan olub. Hərbçidir,  5 il orduda xidmət edib.  2016-cı il   aprel döyüşlərində böyük qəhrəmanlıqlar göstərib. Lələtəpənin alınmasında iştirak edib. O da digər könüllülər kimi 27 sentyabrda döyüşə atılıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərə qatılır. Elə Turalla da səngərdə tanış olur.

Turalın döyüş yoldaşı onun haqqında bunları deyir:

“Döyüş yoldaşlarım var idi, Tural, Murad və başqaları, biz çətin və şərəfli anlarda bir yerdə idik. Bəzən bir kanserv qutusunu 4 nəfərə bölürdük. Hətta bəzən ac qalan vaxtlarımız da olurdu. Buna baxmayaraq vətən sevgisi bizi daha da irəliyə, düşmənin üzərinə aparırdı. Düşünürdük ki, vətən uğrunda şəhid olmağımız bizim üçün ən böyük zirvədir. 3 ay Tural, Murad və digər dostlarla kürək-kürəyə verib düşmən üzərinə yeridik, gözümüzü qırpmadan. Tural çox qorxmaz və vətənpərvər igidlərimizdəndir. Onun kimi bizim səngərdə tanıdığımız çoxsaylı dostlarımız var. Səngər dostları ilə. nəhayət, qələbə çaldıq. Torpaqlarımızı işğaldan azad elədik. ”

Tural bildirir ki, indi başımız dik, alnımız açıqdır. Biz qalib dövlətik.

Qarabağ Azərbaycandır!

Subut Mehdiyev, 

“Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan 2 qolla qələbə qazandı

    Azərbaycan 2 qolla qələbə qazandı ...

    11-10-2013, 23:34

  • 
  • Qalatasaray qələbə qazandı

    Qalatasaray qələbə qazandı ...

    11-12-2013, 18:28

  • 
  • Əli Kərimli Ali Baş Komandanı təbrik etdi

    Əli Kərimli Ali Baş Komandanı təbrik etdi ...

    9-11-2020, 13:31

  • 
  • “İlham Əliyev hərbi və siyasi qələbə qazandı” - İqor Korotçenko

    “İlham Əliyev hərbi və siyasi qələbə qazandı” - ...

    16-02-2021, 10:35

  • 
  • Zakir Həsənov Azərbaycan Ordusu təbrik etdi

    Zakir Həsənov Azərbaycan Ordusu təbrik etdi ...

    26-06-2021, 10:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu